380x80 400x80

Natiq, Müslüm baba və Fatih Terim - Qismət Rüstəmov

İdman

27.12.2017 | 13:46 Oxunub: 157


“Brat, futbol mama uşaqları üçündür, yaxşı oğlan gərək fitə dönməsin!”

Yuxarı məhlənin say-seçmə cayıllarından Natiq papirosundan bir qullab da vurub xorultuyla tüpürəndən sonra bu unudulmaz cümləni deyəndə, Zinəddin Zidan Braziliyanı təzəcə udmuşdu. Gəl gör ki, bütün yekəqarın day-daylar Zidana Zirəddin, Roberto Karlosa “balacaboy mator”, Ronaldoya “həvədiş gədə” deyirdilər.

Kasıbların hamısı deyirdi: Braziliyada kasıbçılıqdı, ona görə pelegil oyunu satıblar.

Varlıların hamısı deyirdi: Braziliyada kasıbçılıqdı, platinigil pul verib, oyunu alıblar.

Dindarların hamısı deyirdi: Emanuel Peti üçüncü qolu vuracağını yuxuda görübmüş, Allah böyükdür!

Ateistlərin hamısı deyirdi: Peti qol vurmasa da Fransa udurdu, nağıl danışmayın!

Amma kimə deyirsən, Natiq sözündən dönmürdü: “Brat, kimsə məni yıxacaq, durub üzünə baxacam ki, nədi-nədi qaraköynək gədənin biri fit çalmayıb?! Yaxşı oğlan gərək kəlləni qoyub uzatsın!”

Bu əxlaqlı cümlədən iki il sonra Natiqi tutub içəri basdılar, anasının qır-qızılını oğurlayırmış.

Bu həbsdən illər sonra Zidan futbolçu kariyerasını skandalla bitirdi: Materaziyə kəllə atdı.

***
                                              
90-cı illərdə Müslüm baba adlı bir kişi vardı, xalq təbabəti ilə ən sağalmaz xəstəlikləri belə sağaltdığını iddia edirdi. Kitabı da çıxmışdı. Bugünlərdə Fatih Terim təzədən (dördüncü dəfə) "Qalatasaray"a baş məşqçi təyin olunanda Müslüm babanı xatırladım.

Yadıma gəlir, babam ikinci dəfə ağır xəstələnib yatağa düşəndə, yəni məlum olanda ki, bu xına o xınadan deyil, iki universitet bitirmiş, Moskvada oxumuş ali savadlı dayılarım çarəsizlikdən Müslüm babanı çağırdılar ki, amandır,  gəl, kişi əldən gedir. Müslüm baba da bir sellofan göy-göyərti, ot-ələf yığıb Əzrayılı aldatmağa gəlmişdi. İbn-Sina yadigarı düz bir ay bizimlə yaşadı, hər gün ardıc, zirinc, boymədərən, qarğıdalı saçağı, biyan kökü, dəvədabanı, itburnu və s. dəmləyib babama içirtdi, amma xəstənin vəziyyəti düzəlmədi, əksinə, lap pisləşdi. Məlum oldu ki, bu xalq təbabəti yox, xalq cinayətidir. Axırda Müslüm baba da təslim oldu. Həmin gün Müslüm baba şəfalı bitkilərini "nazpəri setkalarından" birinə yığıb suyu süzülə-süzülə həyət qapısından çıxanda, evdəki qadınlardan birinin çığırtısını eşitdim. Mənim babam da təslim olmuşdu...

Qismət RÜSTƏMOV
Futbolpress.az



İdman

15.02.2018 | 16:25“Qarabağ”dan atmacalı paylaşım
13.02.2018 | 14:53Karate üzrə milli komandanın yeni məşqçiləri müəyyənləşdi
07.02.2018 | 18:20Sançesə 16 ay müddətinə həbs cəzası
05.02.2018 | 15:20Karateçilərimizdən tarixi nəticə
01.02.2018 | 19:36

“Azərbaycan futbolunda ikinci Rəşad olmayacaq” - Bədavi Hüseynov

31.01.2018 | 16:52

Böyükağa Hacıyevlə “Mardan”da söhbət... - Aydın Bağırovun yazısı

25.01.2018 | 17:33

Fatih Terimlə qanqaraldıcı görüş - Aydın Bağırovun futbol xatirəsi

17.01.2018 | 11:43

“Azərbaycanda işləyəndə gördüm ki...” - Prosineçki

15.01.2018 | 11:55“İrəli” sədri Karate Federasiyanın baş katibi oldu
12.01.2018 | 13:45

Vaqif Cavadova bircə sual - Aydın Bağırovun yazısı

09.01.2018 | 14:42

Belə etmə, Rəşad! - Aydın Bağırovun yazısı

28.12.2017 | 18:56

Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edildi - Siyahı

27.12.2017 | 13:46

Natiq, Müslüm baba və Fatih Terim - Qismət Rüstəmov

26.12.2017 | 10:45“Beşiktaş” Ardanı almaq istəyir?
14.12.2017 | 18:48Bizdə şərhçi ancaq Fikrət Adıgözəllidi?
11.12.2017 | 13:22

Banişevskiyə verilən saxta 50 dollar - Aydın Bağırov

08.12.2017 | 09:30“Qızıl top”un sahibi bilindi
06.12.2017 | 01:43“Qarabağ” “Roma”ya uduzdu
01.12.2017 | 15:21

Autizmli gənc və uşaqlar arasında ilk atletika yarışı - Fotolar

28.11.2017 | 13:49

Ağcabədi taekvondoçularının uğuru - Fotolar

25.11.2017 | 22:23Messi "Barselona" ilə yeni müqavilə imzaladı
22.11.2017 | 22:50“Qarabağ” “Çelsi”yə uduzdu
18.11.2017 | 20:41Şahin Diniyev istefa verdi
17.11.2017 | 11:35Türkiyənin keçmiş qol kralı həbs edildi
13.11.2017 | 09:44Ronaldo 4-cü dəfə ata oldu
11.11.2017 | 15:30

FİFA-dan yenilik: Aut atışı ayaqla olacaq

06.11.2017 | 23:37Şahmatçılarımız Avropa çempionu oldular
06.11.2017 | 22:44Pirlo futboldan getdi
03.11.2017 | 12:35

Qurban Qurbanov millinin baş məşqçisi oldu

02.11.2017 | 17:02Almeyda Messi və Neymarı qabaqladı