380x80 400x80

Emilinin uzmanca naşılığı - Dalğa Xatınoğlu yazır

Ədəbiyyat

24.12.2017 | 19:22 Oxunub: 178


Dalğa XATINOĞLU

Dalğa XATINOĞLU

İngilis dilində ədəbiyyatın inkişafı və axarının qəribə öyküsü var. Ən böyük şairlər təxminən üç şairin şineli altından çıxıblar - zamanlarında nəinki diqqət mərkəzində deyilmişlər, hətta ədəbiyyatı “zay günə” qoyduqları üçün qınanıblar - Uilyam Şekspir, Con Don və Emili Dikinson.

Şekspir az qala bütün Qərbdə ədəbiyyatın axarını dəyişib. Aristoteldən qalmış ədəbi prinsiplərə tamamilə etinasız yanaşıb. Klassisizmdən (Əski yunan və Roma ədəbiyyatı) Şekspirə qədər bütün şairlər Aristotelin estetika və ədəbiyyatla bağlı prinsiplərini rəhbər tutublar.

Şekspir ilə Ben Conson neoklassizm məktəbinin öncülləri idi, ancaq XVII əsrin, ən əsas ədəbi axını metafizika şeri idi, bu məktəbin ulduzları Con Donun (John Donne) şineli altından çıxıblar. 

Don Şekspirdən fərqli olaraq axıcı, gözəl, sadə və ürəkoxşayan vəznləri buraxıb, kobud sözlər, kələkötür, zövqə toxunan vəznlər, ahənglərlə şeir yazırdı. Əsas səbəb isə oxucunu zövqə, ləzzə dalmağa qoymamaq, diqqətlə sözlərə, anlama fikir verməyə məcbur etmək idi. Eyni işi alman şairi Bertolt Brext də görüb.

Conson deyir: "Kələkötür sözlər, harmoniyasız ahəng və düzənsiz vəznlərə görə, Donu qırmancın altına salmaq lazım".

Məsələ nə bu şairlər və üslubları, nə də ədəbiyyatın təməlini dəyişən romantizm məktəbidir. Söhbət Emili Dikinsondan gedir. Hər üç şair, təxminən, yaşamlarından bir əsr sonra ciddiyə alınıblar.


Amerikalı şair nəinki evdən çölə çıxmağı sevmirmiş, hətta 7 il kollecdə dərs oxuduğunu çıxsaq, yaşadığı kənddən addımını çölə qoymayıb. Buna baxmayaraq çox mütaliəli olub.

Diriykən, anonim şəkildə 7 şeri nəşr olunub, ancaq yazdığı 1700-dən çox şeirdən ibarət kitabı ölümündən sonra işıq üzü görüb.

Həmişə ağ geyinən, subay Emilinin ölümündən sonra şeirlər toplusu, ağır redaktələr və dəyişikliklə yayımlanıb. Naşir “qırıq vəznli şeirləri”, “uyğun olmayan qafiyələrini” şairənin naşılığı hesabına qoyub, şeirlərini “düzəldib, gözəlləşdirmək” istəyib.

Təxminən bir əsr sonra Emilidən qalan orijinal şeirlər diqqət çəkib. Nəhayət, 1776 orijinal şeiri, olduğu kimi nəşr olunub və yeni nəslin zövqü başa düşüb ki, Emili qəsdən belə yazıbmış. Bu onun üslubu, səpkisiydi və təsirindən böyük şairlr çıxıb. İndi Emiliyə ingilis modern ədəbiyyatının anası deyirlər. Biz, Emilisevərlər, Tomas Consona minnətdar olmalıyıq ki, onun şeirlərini olduğu kimi nəşr edib.

Emilinin şeri bir yandan Şekspiri, digər yandan "Zəbur"dakı dualarda (özəlliklə Davudun Məzmurları) olan intonasiyanı xatırladır. İki dini kitabın üslubu və intonasiyası hədsiz maraqlıdır. Biri "Quran" və ondan da çox "Zəbur". Hər iki kitabı orijinal dildə oxumaq məsləhətdir. Anlamını buraxaq, intonasiya və ahəngini diqqətə almaq yetər. Valt Vitmenin “Özümü öyürəm” şeiri də "Zəbur"dakı ahəng ilə başlayır. 

"Zəbur"la "Quran" şeir deyil, ancaq daxili vəzni, ahəngi var, hər iki kitabı avazla oxumaq mümkündür, ardıcıl cümlərlərin sonu çox halda qafiyəlidir.

Emili ilə Şekspirin oxşarlığına gəldikdə, birinci, Emili şeirlərində yerli-yerli Şekspirin sözlərinə eyham vurur. Həmçinin, Şekspir kimi mesaj buraxmaq yerinə, oxucunu birbaşa təcrübə ilə üzləşdirir. Emilini oxuyanda adam dərhal başa düşür ki, öz zehniyyətini, təsəvvürünü bir yana qoymalıdır. Anlayırsan ki, onların heç birinə güvənmək olmaz. Tamamilə yeni təcrübə ilə üzləşirsən, hətta reallığın belə, göründüyü kimi olmadığını anlayırsan.

***

Emili DİKİNSON

Mənim adım Heç kim
Bəs sən?
Sənində adın Heç kimmi?
Demək eşik o zaman.
Bunu bildirmə dilini tuta bilməyən Onlara
Necə də bezdiricidir Birisi olmaq
Necə də bayağıdır, bir qurbağa kimi
Uzun yay günləri adını oxumaq,
Yaltaq bir bataqlığa.

***

Kimsə tanımır bu kiçik qızılgülü
Bir yolçudur bəlkə,
Bir züvvardır,
Yollardan qoparıb, sənə sunduğum o gül.
Sonra,
Bir arı darıxacaq onunçün ancaq
Yalnız bir kəpənək
Çaşacaq uzun səfərdən sonra,
Baş qoymağa köksünü tapmayınca
Yalnız bir quş maraqlanacaq
Yalnız bir yel ah çəkəcək yoxluğunu görüncə
Ah, kiçicik qızılgül
Necə də rahatmış sənin kimisinə ölmək...

***

Ölçülü-biçili dururam, 
hədsiz bir acı sonrası,
Sinirlərim başdaşı kimi dim-dik, 
Kübarcasına dinc.
Acı çəkən Bumu? - sorur sərt ürək 
Dünəndənmi başladı, yoxsa yüzillərdənmi?
Ayaqlarım əlimdə deyil yürüyürkən, 
Yerə-göyə, olar-olmaza, 
Taxta kimi bir yol. 
Yaşam umrumda deyil,
Xoşluğum almaz, hüzurum daş kimi. 
Qurğuşun kimi saatlar, 
Diri qalsam, xatırlayacağam, 
Soyuqdan donanların anımsaması kimi, 
Öncə qara dalıb titrəmək, 
Sonra keyimək, 
Sonunda özünü boş vermək.... 

***

Şan, 
parlaq bir üzüntüdür
Bir an,
Hökm sürmək anlamı daşıyır
Gün görməmiş miskin bir itkini qızdırır
Sonra bir an,
Sakitcə anlamı dəyişib unutqanlıq olur...

***

Sonuna kimi toplanmaq
Sonra guruldayıb ildırımsayağı enmək-
Bütün yaratıqlar gizləndiyi zaman.
Şeir budur.
Sevgi də öyləcə olmalı, şeir kimi
Zatən hər ikisi eşit və yaşıd
Biri yoxdur o biri olmadan
Hər ikisini dənəyib, dadır insan
Çünki,
Can qurtarammaz Tanrını görən biri...

***

Həqiqəti bütöv, ama eyhamla söylə
Bir dolayı yoldur uğur.
Həqiqətin möhtəşəm sürprizi
Aşırı parlaq görünür
Titrək və nazik zövqümüzə.
İldırımın gürultusunu uşaqçün
Yumşaqca anlatmaq gərək
Həqiqətin gözqamaşdırıcı işığını da öyləcə,
Yoxsa kor edər istənilən insanı.

***

Qızçiçəyinə əyilib baxarkən gördülər
Himalay dağlarını.
Və bayılacaq qədər üzülmüş, 
Böylə gəlinciyin,
Öylə bayrağını qara sancaraq
Öz dünyasında, gərdək-gərdək yaşamasına...

İzah: 

Qızçiçəyi Himalay dağının (əski Sanskrit dilində Himmaleh deməkdir, yəni qarın məskəni) ayağı altındakı alçaq düzənliklərdə göyərsə də, uca dağ qara baş əyir (qar onun başına yağır), mələk kimi qısa ömürlü, incə çiçəklər qarın altından baş qaldırıb, öz çadırlarını fateh əsgərlər kimi qurub, zəfər bayrağını qaldırırlar. Bunların da hamısı öz dünyalarında baş verir, yəni dağın ayağı altında.

Orijinaldan tərcümə: Dalğa XATINOĞLU



Ədəbiyyat

20.02.2018 | 10:45

“Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsi nəşrə hazırdır

19.02.2018 | 21:36

Umberto Eko ilə ilk və son görüş… - Kamal Abdulla

19.02.2018 | 15:42

Abidə əsərlərin müəllifi Toni Morrison - Tərcümə

19.02.2018 | 13:27

O bülbül ölməyib, ötməyə davam edəcək - Fariz Bayramov yazır

19.02.2018 | 11:37

Mübariz ruhlu alim, incə duyğulu şairə - Tahirə Qürrətül-Eyn

18.02.2018 | 19:44

Əliağa Vahidi öldürən tibb bacısı - Araşdırma

18.02.2018 | 17:30

Ədəbsiz ədəbiyyata doğru - Şərif Ağayar yazır

18.02.2018 | 13:45

“Əgər ən yaxın dostun müharibədə ölmüşsə...” - Rasim Qaraca

17.02.2018 | 21:55

Dəbiyyat - Nemət Hacıəliyev

17.02.2018 | 13:27

Yubiley mükafatı veriləcək - “Qızıl Buker”

17.02.2018 | 11:48

Məşhur yazıçıların fobiyaları - Azər Qismət yazır

16.02.2018 | 17:53

“Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər yandırmaq istəyər” - Rəşad Məcid

16.02.2018 | 16:46Ahmet Altana ömürlük həbs cəzası
16.02.2018 | 00:20

“Sevgini gizlətmək mahalmış demə!..” - Bəxtiyar Vahabzadənin şeirləri

15.02.2018 | 22:54

Skarpionkanın gözləri - Şəfa Vəlinin hekayəsi

15.02.2018 | 19:48

Biz modernist olmaq istəyirik! - Aqşin Yenisey yazır

15.02.2018 | 17:34On beş adda uşaq ədəbiyyatı nəşr olundu
15.02.2018 | 11:45

Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı - İsmayıl Şıxlı

15.02.2018 | 01:53

Milad hədiyyəsi - Sevgililər gününə özəl hekayə

14.02.2018 | 22:29

Sevgisizlik - Ceylan Mumoğlu yazır

14.02.2018 | 20:56İrfan Çiftçiyə Bəxtiyar Vahabzadə Mükafatı təqdim olundu
14.02.2018 | 19:45

“Sən zəriflik tanrısı, qadının ötəsisən...” - 20 ən gözəl sevgi şeiri

14.02.2018 | 18:53

“Zülmətdə bir Alatoran” - Rasim Qaracadan yeni kitab

14.02.2018 | 16:55

Cəfər Cabbarlının narahat qızı - İradə Tuncay yazır

14.02.2018 | 15:50

Çəhrayı çarx - Sərdar Amin yazır

14.02.2018 | 14:36Beynəlxalq kitab bağışlama günüdür
14.02.2018 | 11:43

Nabokovun məhəbbət məktubları - Maraqlı

13.02.2018 | 16:30"Azərbaycan-Türkiyə ədəbi əlaqələri" çərçivəsində silsilə tədbirlər
12.02.2018 | 19:23Səməd Vurğunun “Seçilmiş əsərləri” nəşr olundu
12.02.2018 | 18:22Müşfiq Xan kitabının çapı üçün kampaniyaya başladı