380x80 400x80

Rəsulzadə Mittenvald düşərgəsindən Türkiyəyə necə döndü?

Siyasət

15.12.2017 | 19:41 Oxunub: 133


Məhəmməd Əmin Rəsulzadə yaşadığı və "Odlu Yurt" dərgisini çıxarmaqda olduğu Türkiyədən 1930-cu ildə Polşa və Fransada görüşmələr aparmaq üçün ayrılıb, Türkiyə-Sovet əlaqələrindəki yeni gəlişmələr nəticəsində pasport almaq məsələsində sıxıntılar yaranıb və oraya qayıda bilməyib. 

1939-cu ilədək əsasən Polşada yaşayıb, Almaniyada "İstiqlal" qəzeti ilə "Qurtuluş" məcmuəsini çıxarıb, Fransada bəzi toplantılara qatılıb, yay tətillərini Rumıniyada Köstəncədə keçirib. 1939-da II Dünya savaşının başlaması üzündən "Prometey"də çalışan digər Türk öndərlərlə birlikdə Polşadan getdiyi Rumıniyada Həmdullah Sübhi Tanrıövərin himayəsində Buxarestdə yaşayıb. Savaş dönəmində bir müddət Almaniyada siyasi fəaliyyət göstərib, ancaq almanlarla anlaşa bilmədiyinə görə təkrar Rumıniyaya dönüb, qırmızı ordunun irəliləməsi nəticəsində alman əsgərləriylə birlikdə 1944-cü ildə buradan ayrılaraq qərbə yönəlib.

Rəsulzadə həyat yoldaşı ilə birlikdə 1944-1947-ci illər arasında Almaniyada yaşayıb. 1945-də müharibə bitincə Bavyera əyaləti hüdudları içindəki Mittenvaldda Amerikanın nəzarəti altında açılan Türk düşərgəsində bulunub. Düşərgənin yaşayış şəraiti yaxşı olduğundan qısa zamanda burada çoxlu mültəci türk toplanmışdı. Baymirzə Hayt, Ruzi Nəzər, Ergeş Şermet (Bulakbaşı), Hüseyn İkram kimi tanınmış türküstanlılar düşərgədə adlarını qeyd etdirsələr də, orada qalmamışdılar.

1947-ci ildə Frankfurtda Türkiyə Cümhuriyyəti baş konsulluğu açıldı. Savaşdan sonra sovetlərin əlinə düşməkdən güçlə qurtularaq Avstriya, Almaniya və İtaliyada olan müxtəlif düşərgələrdəki legionlardan qalanlarla mülki işçi türklər Türkiyəyə köçkün olaraq qəbul edilmək istəyi ilə baş konsulluğa müraciət ediblər. Baş konsul Orxan Təhsin Günden əllərindən gələn hər şeyi edəcəklərini, ancaq çalışmaların zaman alacağını bildirib, irəli gələn öndərləri Almaniyadakı Türk Tələbə Cəmiyyəti rəhbərləri ilə tanış etdi. Cəmiyyət onlara savaş zamanı əllərindəki kimlik sənədlərini itirdiklərini bildirməklə Türkiyədən təhsilə gələn tələbələr olduqlarını göstərən saxta  bəlgələr verdi. Mültəcilər bu bəlgələrlə özlərinə sığına biləcək yer axtarmağa başladılar.

Türkiyədən gələn məsul şəxslər bütün düşərgələri gəzərək qalanların siyahısını çıxarmışlar. Mühacir olaraq gələnlərin arasına qarışaraq Türkiyəyə gəlmək istəyən kommunist sızmaların qarşısını almaq üçün üçün təhlükəsizlik soruşdurması aparılıb. Bu proses əldə yetərli bilgilərin olmaması, xəbərləşmə sistemlərinin çatışmazlığı kimi səbəblərlə olduqca yavaş gedib. Təhqiqata ciddi yanaşılmasının doğruluğunu sonradan cərəyan edən bəzi hadisələr təsdiqləyib. Fətəli bəy Düdənginskini onun yanına soxulan, kimliyini gizləyə bilən bir sovet agenti ortadan qaldırıb. Türkiyəyə gələn bəzi krımlı siyasi mühacirlər öncəki nəsildən olan liderlərə qarşı müxalifətə keçərək, Sovetlərə qarşı yürüdülən mücadilənin bütünlüyünü zədələmişlər. Eyni hal azərbaycanlı mühacirlərdə də görülüb - Almaniyadan gələnlər öncəkilərlə birləşərək Rəsulzadəyə qarşı müxalif bir blok yaradıblar.

Almaniyadakı ərəblər, yunanlar və ispanlar yurdlarına dönüblər; dönəmin xəbərləşmə və rabitə şərtləri içində uzun sürən bu müddəti düşərgələrdə yaşayanlar çox sıxıntılı keçiriblər.

1946-da yenidən millət vəkili olan yaxın dostu Həmdullah Sübhi Tanrıövərin yaxından köməyi ilə rəsmi proseslərin sürətləndirilməsi və müsbət sonuclanması ilə Rəsulzadə 1947-nin sentyabr ayında Türkiyə vətəndaşlığı haqqını qazanıb. İndiyə qədər onun tərcümeyi-hal bilgilərində və əlaqədar qaynaqlarda Türkiyəyə dönüşünün təfərrüatı haqqında məlumatlara rast gəlmirik. Son günlərdə dönəmin qəzetlərində apardığım axtarışlar sırasında "Yeni İstanbul" qəzetində redaktor Mustafa Nərminin Rəsulzadənin vəfatından qısa bir müddət sonra qələmə aldığı "Mehmet Emin Resulzadenin Ana Yurda Son Dönüşü" başlıqlı yazısında bu mövzuda verdiyi bəzi bilgiləri əldə etdik.

Fəlsəfəçi Mustafa Nərmi (1890-28.6.1971) Paris və Berlində oxuyub; I Dünya savaşı bitdikdən sonra meydana gələn qarmaşıq durumda özü kimi təhsilə gələn bəzi türk tələbələrlə 1919-da Berlində marksist meyilli Türkiyə İşçi və Çiftçi Firqəsinin qurucuları arasında yer alıb, "Qurtuluş" adlı bir məcmuə nəşr etmişlər. 1933-dən öncə İstanbul Universitetində müəllimlik edib; "Cümhuriyyət", "Yeni İstanbul" və "Hürriyyət" qəzetləri üçün yazıb. "Yeni İstanbul"da ilk səhifədə baş məqalələr qələmə alıb. II Dünya savaşının son dönəmində yaşadığı Almaniyadan çıxa bilməyib, Mittenvaldda on ay Rəsulzadə ilə birlikdə olaraq düşərgənin irəli gələnləri arasında yer alıb, iş təşkilatının müdir yardımçısı olub, burada qaldığı son dönəmində türk sakinlərin başçısı edilib və ona özəl bir otaq ayrılıb.

İzar çayının sahilində şam meşələrinə bitişik Pionler-Kaserne adlı alman qışlasında böyük bir qəsəbə boyda düşərgədə binalar, baraklar, küçələr və türk uruqlarının qurduğu orta ölçüdə teatr vardı. Binaların balkonlarında, pəncərələrdə türk bayraqları görünür, türk elləri ləhcələrinin eşidildiyi, üç mindən artıq adamın yaşadığı düşərgədə altı-yeddi türkiyəli vardı. Düşərgənin ehtiyacını UNRRA ödəyirdi. Düşərgə idarəçiləri sakinlərə Türkiyənin onları qəbul etməkdə ağır davrandığını, bir müddət sonra Daxau düşərgəsinə köçürüləcəklərini, Bavyerada açılan Türkiyə konsulluğuna gedərək mövzu ilə maraqlanmalarını tövsiyə edib.

Amerikalı düşərgə müdiri və M.Nərmi digər türkiyəli sakinlərlə Rəsulzadə ailəsinə gərəkli icazənin verildiyini və üç günlük ərzaq hazırlandığını xəbər verib. Rəsulzadə krımlı bir türkün sürdüyü hərbi Amerika kamyonunda Mustafa Nərminin başçılığı altında səkkiz nəfərlik dəstə ilə Münhen vağzalına gəlib və orada Paris qatarına minib. O, kamyonda bir çuval üzərində oturmalı olub. Yolda xarab olan kamyonun təmiri üçün bir kənddə gözləyərkən qatara gecikmə təlaşı yaşayıblar.

Xoşbəxtlikdən, qatara vaxtında çatıblar, ancaq mindikləri vaqonda amerikalı bir zabitlə onun kupe və koridorda artıq yer tutan əşyalarının çoxluğu üzündən mübahisə ediblər. Alman-fransız sərhəd stansiyası Kehldə sənədləri yoxlanılarkən Fransa vizası alınmadığını görən fransız məmuru yola davam edə bilməyəcəklərini bildirərək əşyalarını qatardan düşürmələrini tələb edib. Kiçik dəstəni düşərgəyə geri dönmək həyəcanı bürüyüb. Mustafa Nərmi fransız məmura dərdlərini kimə anlada biləcəklərini soruşduqda stansiyadakı zabitlə danışa biləcəkləri cavabını alıb. Rəsulzadə vaqondan endirilmiş əşyaların, çamadanların başında gözləyərkən Mustafa Nərmi axtarıb tapdığı fransız zabiti ilə danışdığında "olmaz!" cavabı alıb. Ancaq o, ruhdan düşməyərək dərədən-təpədən söhbətə başladıqda bəlli olub ki, bu zabit onun atası ilə Paris Universitetində birgə oxuyub və onun ən yaxın dostu olub. Bu anlaşılınca qatarın yola düşməsinə on dəqiqə qalmış zabit bütün məsuliyyəti öz üzərinə götürərək Fransa torpaqlarına girmələrinə icazə verib.

Vaqona yenidən yerləşmiş dəstənin əsəbləri hələ gərginmiş. Qatar hərəkətə gələndə bir-biriylə qucaqlaşıblar, Rəsulzadənin gözləri yaşarıb.

Mustafa Nərmi Mittenvald düşərgəsini Ərgənəkon adlandırır, dünyada hər sıxıntının bir bozqurdu olduğunu söyləyir. O, yazısını Rəsulzadənin bəxtiyarlıqdan gözlərinin alov-alov yandığını, illər sonra yurduna - Türkiyəyə döndüyünü, Türkiyənin onun üçün başqa bir Azərbaycan olduğunu bildirən cümlə ilə bitirib.

Yazıda səyahətin Parisdən sonrakı davamı haqqında bilgi verilməsə də, bəllidir ki, o dönəmdə qatar yolu ilə güneyə - Marselə gedərək orada Türkiyədən gələn gəmilərə minir, dəniz yoluyla İstanbula yola düşürdülər. Rəsulzadəgilin dəstəsi də, şübhəsiz, eyni yolla gedib.

Ömər ÖZCAN
"525-ci qəzet"



Siyasət

23.02.2018 | 13:47

Rəsulzadənin Stalinə məktubu - Mətn

13.02.2018 | 22:53

Qaradağa Heydər Əliyevin adı verilsin - Təklif

08.02.2018 | 13:37

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü

08.02.2018 | 09:49

YAP-ın qurultayı keçirilir

06.02.2018 | 22:36

“Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib” - MSK sədri

06.02.2018 | 21:45Seçkiqabağı təşviqatın başlama və bitmə müddəti məlum oldu
06.02.2018 | 20:23Növbədənkənar prezident seçkiləri ilə bağlı Təqvim Planı qəbul edildi
06.02.2018 | 19:32

MSK növbədənkənar prezident seçkilərini aprelin 11-nə təyin etdi

05.02.2018 | 20:15

Seçkilər niyə apreldə keçirilir? - Rəsmi

31.01.2018 | 22:49

Məhəmməd Əmin Rəsulzadə - kiçik ölkənin böyük şəxsiyyəti

31.01.2018 | 18:27Mirhəsən Seyidov: “Azərbaycanın gənclər siyasəti bir çox ölkələrə nümunədir”
31.01.2018 | 10:32Rəsulzadənin anadan olmasından 134 il ötür
29.01.2018 | 12:42

Mərkəzi Cümhuriyyət Parkı salına bilər

26.01.2018 | 16:45

Düşüncədəki reallıqlar - Pərviz Sadıqov

26.01.2018 | 14:38Lənkəran hadisələrindən 28 il ötür
22.01.2018 | 20:46

Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçildi

22.01.2018 | 14:38AŞPA-nın yeni prezidenti seçildi
21.01.2018 | 17:30Ərdoğandan 20 Yanvar paylaşımı
21.01.2018 | 15:37

Rəsmi Bakıdan “Zeytun Budağı” açıqlaması: “Terrorun kökü kəsilməlidir”

20.01.2018 | 09:4820 Yanvar faciəsindən 28 il keçir
19.01.2018 | 09:49

“Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın” - Rəşad Məciddən təklif

16.01.2018 | 13:47Xalq Cümhuriyyətinin İranla münasibətlərinə həsr olunmuş kitab
13.01.2018 | 21:26Cümhuriyyət nazirinin səsini radiodan eşidən qardaşnəvəsi...
07.01.2018 | 15:38

Şəfi bəyin qurumayan göz yaşları... - Cümhuriyyət-100

31.12.2017 | 09:54

Dünya azərbaycanlılarının Həmrəylik günüdür

16.12.2017 | 19:48Mehriban Əliyeva ordenlə təltif edildi
15.12.2017 | 19:41Rəsulzadə Mittenvald düşərgəsindən Türkiyəyə necə döndü?
01.12.2017 | 18:52

Oqtay Əsədovdan xəbərdarlıq: "Telefonda qurdalanmağı yığışdırın!"

01.12.2017 | 10:40

Türkiyədən Ermənistana təyyarə rəysi açılacaq?

30.11.2017 | 19:38Əfqanıstan prezidenti Bakıdadır