380x80 400x80

Bizdə şərhçi ancaq Fikrət Adıgözəllidi?

İdman

14.12.2017 | 18:48 Oxunub: 96


2000-ci illərin əvvəlləridi. Müstəqil Azərbaycanın yeni idman teleşərhçiləri yetişməyə başlayır - Elnur Əşrəfoğlu və Altay Əliyev. 

Gəncdilər, bu sahədə yenidilər, işlərində hansısa çatışmazlığın olması mümkündü. Belə vaxtda ən çox uzun illər sovet jurnalistika məktəbini keçmiş veteranların köməyinə və dəstəyinə ehtiyacları var. Elə bu məqamda Cingiz İsmayılov ağsaqqal nəsihəti vermək, şərhçilikdə doğru yol göstərmək əvəzinə mətbuatda onları az-qala asıb kəsir.

Aradan 16-17 il keçib. Bu yaxınlarda Çingiz İsmayılovun daha bir müsahibəsi vardı. Fikirlər yenə dəyişməyib. Mən, biz... İndikilər isə, onun fikrincə, jurnalist və şərhçi deyillər!

Bu gün “Futbol+”də veteran jurnalistimiz Aydın Əliyevin də müsahibəsini oxudum. O da elə təxminən Çingiz müəllimin dediklərini dəstəkləyir. Doğrudu, bir təcrübəli, peşəkar və ağsaqqal jurnalist kimi haqlı iradları, narahatlıqları da var. Buna görə Aydın müəllimə “sağ ol” deyirəm və gəlirəm başqa bir məsələyə.

Sovet jurnalistikasının yetirməsi olan şərhçilərə həmişə elə gəlib ki, bizdə idman jurnalistikası və teleşərhçilik elə ancaq SSRİ-nin dövründə güclü olub, indikilər isə, kobud desək, bir işə yaramırlar. Söhbət düşəndə də müasir idman jurnalistikasından (ən çox da teleşərhçilərdən) ancaq narazılıq edirlər. Bu məqamda nabələd adam təəccüb qalar və elə fikirləşər ki, görün, bizim jurnalistika nə gündədi ki, Sovetlər dağılandan sonra, yəni son 26 ildə bir normal şərhçi belə yetişməyib.

Amma baxırsan “İdman Azərbaycan”a, “CBC Sport”a, neçə-neçə istedadlı, bacarıqlı, potensialı yüksək olan gənc şərhçilərimiz var. Hərçənd bizim dəyərli ağsaqqallarımız nəyə görəsə birinin belə adını çəkmir. Səbəb nədi: qısqanclıq, paxıllq, ya nə?

Soruşanda ki, gənc şərhçilərimizin problemi nədi? Deyirlər, dilimizə çox əcnəbi söz gətiriblər. Bir dəfə biri hətta demişdi ki, aut sözünü çox işlədirlər. Təsəvvür edin də. İndi siz söyləyin, artıq bütün dünya şərhçilərinin dilinə girmiş üç hərfdən ibarət aut sözünün nəyi pisdi? Axı, məsələn, Elnur Məmmədli “topu oyuna yan xətdən daxil edir” söyləyənə qədər oyun qurtaracaq...

Amma görünür, doğma dilimizin keşiyini çəkmək indi ancaq Sovet şərhçilik məktəbinin ən son yetirməsi Fikrət Adıgözəllinin işidi. Kilometlərlə uzunluqda cümlələr qurub danışsın, bütün ölkə də yuxuya gedib, hesabı ertəsi günü “Livescore”dən öyrənsin. Yəqin elə sovet jurnalistika məktəbinin nümayəndələrinin də istəyi budu: oyunları və Qdanskdakı yeniyetmələr üzrə şahmat birincliyini ancaq Fikrət müəlllim aparsın.

Nə isə...

Mətləbə dəxli olmasa da, stajlı azarkeşlərə bir sual: necə olmuşdu ki, o vaxtlar gürcü Kote Maxaradze SSRİ mərkəzi televiziyasında şərhçilik edib şan-şöhrət qazanmışdı, amma bizimkilər indiki AzTV-nin studiyasından bir addım da o tərəfə gedə bilməmişdi?

Aydın BAĞIROV
Qol.az



İdman

15.02.2018 | 16:25“Qarabağ”dan atmacalı paylaşım
13.02.2018 | 14:53Karate üzrə milli komandanın yeni məşqçiləri müəyyənləşdi
07.02.2018 | 18:20Sançesə 16 ay müddətinə həbs cəzası
05.02.2018 | 15:20Karateçilərimizdən tarixi nəticə
01.02.2018 | 19:36

“Azərbaycan futbolunda ikinci Rəşad olmayacaq” - Bədavi Hüseynov

31.01.2018 | 16:52

Böyükağa Hacıyevlə “Mardan”da söhbət... - Aydın Bağırovun yazısı

25.01.2018 | 17:33

Fatih Terimlə qanqaraldıcı görüş - Aydın Bağırovun futbol xatirəsi

17.01.2018 | 11:43

“Azərbaycanda işləyəndə gördüm ki...” - Prosineçki

15.01.2018 | 11:55“İrəli” sədri Karate Federasiyanın baş katibi oldu
12.01.2018 | 13:45

Vaqif Cavadova bircə sual - Aydın Bağırovun yazısı

09.01.2018 | 14:42

Belə etmə, Rəşad! - Aydın Bağırovun yazısı

28.12.2017 | 18:56

Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edildi - Siyahı

27.12.2017 | 13:46

Natiq, Müslüm baba və Fatih Terim - Qismət Rüstəmov

26.12.2017 | 10:45“Beşiktaş” Ardanı almaq istəyir?
14.12.2017 | 18:48Bizdə şərhçi ancaq Fikrət Adıgözəllidi?
11.12.2017 | 13:22

Banişevskiyə verilən saxta 50 dollar - Aydın Bağırov

08.12.2017 | 09:30“Qızıl top”un sahibi bilindi
06.12.2017 | 01:43“Qarabağ” “Roma”ya uduzdu
01.12.2017 | 15:21

Autizmli gənc və uşaqlar arasında ilk atletika yarışı - Fotolar

28.11.2017 | 13:49

Ağcabədi taekvondoçularının uğuru - Fotolar

25.11.2017 | 22:23Messi "Barselona" ilə yeni müqavilə imzaladı
22.11.2017 | 22:50“Qarabağ” “Çelsi”yə uduzdu
18.11.2017 | 20:41Şahin Diniyev istefa verdi
17.11.2017 | 11:35Türkiyənin keçmiş qol kralı həbs edildi
13.11.2017 | 09:44Ronaldo 4-cü dəfə ata oldu
11.11.2017 | 15:30

FİFA-dan yenilik: Aut atışı ayaqla olacaq

06.11.2017 | 23:37Şahmatçılarımız Avropa çempionu oldular
06.11.2017 | 22:44Pirlo futboldan getdi
03.11.2017 | 12:35

Qurban Qurbanov millinin baş məşqçisi oldu

02.11.2017 | 17:02Almeyda Messi və Neymarı qabaqladı