380x80 400x80

Elon Muskun gələcək haqqında proqnozları

Texnologiya

14.12.2017 | 11:50 Oxunub: 72


Qatil robotlar qarşısındakı qorxu, təmiz enerjiyə ümid və kosmosun mənimsənilməsi yolunda iddialı planlar... Bu özəlliklər üzrə məşhur sahibkar Elon Musku tanımaq olar.

Parafraz-ın Technote-yə istinadən məlumatına görə, onun verdiyi bəyanatlar sayəsində “Business Insider” saytı gələcəyin 11 proqnozunu tərtib edib. Həmin proqnozlar arasında total avtomatlaşdırma, elektronəqliyyatın inkişafı və süni zəka təhlükəsi var.

Bütün nəqliyyat növləri elektroenerjiyə keçəcək:

Elon Muskun fikrincə təyyarələr, gəmilər və bütün avtomobil nəqliyyatı gec-tez elektroenerji formatına keçəcək. Onun fikrincə bazarı hibrid nəqliyyat növləri deyil, məhz elektromobillər və elektrogəmilər tutacaq. Yeganə istisnanı isə raketlər təşkil edəcəklər.

10 ildən sonra ABŞ-da olacaq bütün avtomobillərin yarısı elektrikləşdirilmiş olacaq:

ABŞ-da elektromobillərin satışları 88% qalxıb və yüksəlməkdə davam edir. Analitiklər isə Muskdan fərqli olaraq daha ehtiyyatlı proqnozlar edirlər. Onlar düşünürlər ki, ABŞ bazarında elektromobillərin payı yalnız 2050-ci ildə 75% təşkil edəcək. Bazarın lideri isə sözsüz ki, “Tesla” şirkəti olacaq.

20 ildən sonra avtonomluq avtomobillərdə adi standart halına gələcək:

20 ildən sonra avtopilot sisteminə sahib olmayacaq avtomobillər günümüzdə atların qoşulduğu arabalar kimi primitiv görünəcəklər. Muskun fikrincə bu cür avtomobillərdən yalnız sentimental hisslərin nəticəsində istifadə edəcəklər. Bununla yanaşı nəinki adi avtopilot funksiyaları, hətta tamamilə avtonom rejimli avtomobillər də adi satandarta çevriləcəklər. “Tesla” artıq gələcəyə doğru hazırlaşır və avtopilot sistemi üçün dünyanın ən yaxşı süni zəka sistemini yaratmaqla məşğuldur.

Robomobillərin yayılması nəticəsində milyonlarla insanlar işsiz qala bilərlər:

Pilotsuz nəqliyyat növləri əmək bazarını dəyişəcək, robotlar isə insanları daha bir sahədə geridə qoyacaqlar.

Avtomatlaşdırma qeyd-şərtsiz baza gəlirinin daxil edilməsini tələb edəcək:

Muskun fikrincə avtomatlaşdırma səbəbilə dövlət bu və ya digər formada qeyd-şərtsiz baza gəlirini daxil etməli olacaq. “Hansısa digər variantların olacağına şübhə edirəm”, – deyə Musk bu barədə bildirmişdi.

2025-ci ildə insan Marsa yollanacaq:

Musk ilk kosmonavtları 2025-ci ilə kimi Marsa göndərməyi planlaşdırır. İlk insanlar koloniya üçün lazımi şəraiti yaradacaqlar və müəyyən vaxtdan sonra planet yaşamaq üçün komfort yerə çevriləcək. Qeyd etmək lazımdır ki, bu plan “SpaceX” şirkətinin iştirakı olmadan da reallaşa bilər. Belə ki, bir neçə müddət bundan öncə “Boeing” şirkəti bildirmişdi ki, o, insanları Marsa Muskdan daha tez göndərəcək.

Süni zəka nüvə silahından da təhlükəli olacaq:

Muskun fikrincə Şimali Koreyanın raket təcrübələri süni zəka tərəfindən ola biləcək təhlükənin yanında heçnədir. Onun fikrincə süni zəka bütün sivilizasiyanı məhv edə bilər.

Süni zəka Üçüncü Dünya Müharibəsinin səbəbi ola bilər:

Göstərdiyi təhlükə baxımından süni zəkanın nüvə silahı ilə eyni səviyyədə tutulmasından sonra onun Üçüncü Dünya Müharibəsinə start verəcəyinə heçnə mane ola bilməz. Bu barədə Musk bir neçə müddət bundan öncə öz Tvitter hesabında bildirmişdi. Bundan əlavə olaraq o qeyd etmişdi ki, müxtəlif dövlətlər süni zəka sahəsində liderliyin əldə olunması uğrunda mübarizə aparacaqlar.

Qatil robotlar ciddi problemə çevriləcəklər:

Özünə bənzər növlər ilə kooperasiya yarada biləcək robot zəkası bu cür işlərlə məşğul olmağa başlaya bilər. Bununla yanaşı silah və bombalar ilk mərhələdə olmayacaqlar. İlk öncə süni zəka saxta xəbərlərin yaradılmasında məşq edəcək. Günümüzdə mediakontentləri saxtalaşdırmağı bacaran alqoritmlər artıq mövcuddurlar.

Tunellər gələcək nəqliyyat növünün əsası olacaq:

Muskun 3-cü şirkəti olan “Boring Company” bu ideyanı reallaşdırır. Bunun üçün şirkət Los-Ancelesdə yeraltı tunellər qazır və onları tıxacların yarandığı yerüstü yollara alternativ kimi istifadəyə verməyi planlaşdırır. Xüsusi platformada olacaq avtomobillər yeraltı sistemlər vasitəsilə saatda 200 km sürətlə hərəkət edəcəklər. Bu halda isə sərnişinlər öz dəyərli vaxtlarına qənaət edə biləcəklər.

Sağ qalmaq üçün insanlar kiborqlara çevrilməli olacaqlar:

“Düşünürəm ki, müəyyən vaxtdan sonra biz bioloji və rəqəmsal zəkanın birləşməsinin şahidi olacağıq”, – deyə Musk bildirib. Bunu etməkdə isə xüsusi neyrointerfeyslər yardımçı olacaq. Muskun digər bir şirkəti olan “Neuralink” də məhz bu istiqamətdə çalışır.



Texnologiya

16.02.2018 | 19:37“WhatsApp”dan daha bir yenilik
13.02.2018 | 15:37“WhatsApp”dan daha bir yenilik 
13.02.2018 | 12:55“Instagram”dan maraqlı yenilik
09.02.2018 | 17:47“Instagram”da videozəng funksiyası da olacaq
07.02.2018 | 22:49“WhatsApp”ın bu yeniliyi hamının ürəyincə olacaq
30.01.2018 | 20:49Yaponiyada müştərilərə robotun xidmət göstərdiyi kafe açıldı
28.01.2018 | 21:23Üzən elektrik avtomobili hazırlanıb
23.01.2018 | 19:48Robot Sofia Türkiyəyə gedir
18.01.2018 | 16:37“WhatsApp” saxta mesajları aşkarlayacaq
15.01.2018 | 21:42“Ağıllı” unitaz yaradıldı
11.01.2018 | 13:51“Apple”dan yeni rekord
11.01.2018 | 11:55Xəstəxanada robotlar gecə növbəsində xidmət göstərəcəklər
08.01.2018 | 19:52

2018-ci ilin texnoloji trendləri - Siyahı

07.01.2018 | 11:47“İnstaqram”ın bu funksiyası artıq “WhatsApp”da
05.01.2018 | 16:35Azərbaycanın ilk antivirus proqramı hazırlanır
27.12.2017 | 19:54Fotoşəkillərin keyfiyyətini yüksəldən proqram
26.12.2017 | 19:39Robotlar dad və qoxunu hiss edəcəklər
20.12.2017 | 13:43Dünyanın ən balaca telefonu
16.12.2017 | 13:50Robot Olimpiya məşəli estafetində
14.12.2017 | 15:47

Robot və jurnalistin birgə materialları dərc edildi - İlk dəfə

14.12.2017 | 11:50

Elon Muskun gələcək haqqında proqnozları

12.12.2017 | 13:53Yeni 3D-çap üsulu hazırlandı
12.12.2017 | 09:47“WhatsApp”dan daha bir yenilik
10.12.2017 | 10:33Yeni “Samsung” smartfonlarının təqdimatı təxirə salındı
04.12.2017 | 12:41800 milyon insan robotlara görə işsiz qalacaq
29.11.2017 | 22:22Müasir texnologiyalar bazarında hansı məhsullar populyar olacaq?
27.11.2017 | 20:50İstənilən maşını pilotsuz idarə etmək olacaq
26.11.2017 | 21:30“İlk robot vətəndaş” Sofiya ailə qurmaq istəyir
24.11.2017 | 18:27Çində insanı səsinə görə tanıyan sistem hazırlanır
23.11.2017 | 22:49

Gələcəyin silahı qorxunc olacaq - Alimlərdən açıqlama