380x80 400x80

Banişevskiyə verilən saxta 50 dollar - Aydın Bağırov

İdman

11.12.2017 | 13:22 Oxunub: 69


Ölməz Banişevskinin vəfatından 20 il keçdi. Yetirməsi olduğu “Neftçi”nin kollektivi, bir də 3-5 idman jurnalistini çıxmaqla futbolumuz üçün bu kədərli tarixi yada salan olmadı. 

Nə AFFA, nə də... Komanda yoldaşları bir-bir bu dünyadan köçüb gedir. Ona görə də ölüm və doğum günündə qəbrini ziyarət edənlərin sayı da ilbəil azalır. Amma qınamayın, bizim yaşayan bir çox futbol veteranını.

Axı, Banişevskinin qəbrini ziyarət edənə pul vermirlər...

***

Jurnalistikamızın canlı əfsanəsi Şakir Yaqubov bir yazısında qeyd etmişdi ki, 1991-ci ildə, hələ cavan olan (cəmi 45 yaş), lakin zahirən azı 60 yaşlı qocanı xatırladan Anatoli Banişevski unudulmaz həmkarımız (yeri gəlmişkən, mənim də jurnalistikada müəllimim), rəhmətlik Adil Qaçayoğluna verdiyi müsahibədə deyirdi: “Mən siyasətbazlığı öz ləyaqətimdən aşağı sayıram, siyasətlə həqiqi mənada məşğul olmaq isə mənim imkanlarımdan xaricdir. Amma qanlı yanvar günlərində ürəyimdən bir hiss keçdi: “Bu çətin dövrdə hətta məni qovan da olsa, Bakıdan getməyəcəyəm”. Heç kəsə deməmişəm, indi sizə deyirəm: hətta bir gün Azərbaycan SSRİ-dən ayrılsa, mən yenə də bu respublikanın vətəndaşı olaraq qalacağam. Kiminsə xoşuna gəlmək üçün demirəm: mən Azərbaycanın çörəyi ilə böyümüşəm, elə xaraktercə də azərbaycanlıyam. Mən “Neftçi”ni ölkədə heç bir kluba, Bakını isə heç bir şəhərə dəyişməmişəm, dəyişmərəm də. Mən köklü bakılıyam: burada doğulmuşam, burada da öləcəyəm..."

Ən böyük, səmimi, təmənnasız patriotluq həm də belə olur...

***

Bu sözləri dəyəndən 3-4 il sonra Banişevski yaşamaq uğrunda son mübarizəni aparırdı. Və elə həmin həssas, bir insanın taleyinin həll olunduğu dövrlərdə bəzi futbol adamları və işbazlar onun   adından istifadə edərək pul qazanırdılar. Baş verən bir hadisə isə mənəviyyatsızlığın lap zirvəsi idi. Sağlığında onun şərəfinə futbol turniri keçirərək pul yemişdilər. Pula dəhşətli dərəcədə ehtiyacı olan Banişevskinin özünə isə kələk gəlib saxta 50 dollar vermişdilər!

***

Hə, Banişevski 20 ildi bizimlə deyil. Danışanda hamı onu qəlbində yaşatdığını deyir. Sən də, mən də, elə AFFA da. Amma Azərbaycanın bu böyük oğlunun adını daşıyan stadion bu gün mal-qaranın otlaq yerinə çevrilib.

Masallı Rayon İcra Hakimiyyəti, heç ayıb deyil?

Aydın BAĞIROV
Qol.az



İdman

15.02.2018 | 16:25“Qarabağ”dan atmacalı paylaşım
13.02.2018 | 14:53Karate üzrə milli komandanın yeni məşqçiləri müəyyənləşdi
07.02.2018 | 18:20Sançesə 16 ay müddətinə həbs cəzası
05.02.2018 | 15:20Karateçilərimizdən tarixi nəticə
01.02.2018 | 19:36

“Azərbaycan futbolunda ikinci Rəşad olmayacaq” - Bədavi Hüseynov

31.01.2018 | 16:52

Böyükağa Hacıyevlə “Mardan”da söhbət... - Aydın Bağırovun yazısı

25.01.2018 | 17:33

Fatih Terimlə qanqaraldıcı görüş - Aydın Bağırovun futbol xatirəsi

17.01.2018 | 11:43

“Azərbaycanda işləyəndə gördüm ki...” - Prosineçki

15.01.2018 | 11:55“İrəli” sədri Karate Federasiyanın baş katibi oldu
12.01.2018 | 13:45

Vaqif Cavadova bircə sual - Aydın Bağırovun yazısı

09.01.2018 | 14:42

Belə etmə, Rəşad! - Aydın Bağırovun yazısı

28.12.2017 | 18:56

Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edildi - Siyahı

27.12.2017 | 13:46

Natiq, Müslüm baba və Fatih Terim - Qismət Rüstəmov

26.12.2017 | 10:45“Beşiktaş” Ardanı almaq istəyir?
14.12.2017 | 18:48Bizdə şərhçi ancaq Fikrət Adıgözəllidi?
11.12.2017 | 13:22

Banişevskiyə verilən saxta 50 dollar - Aydın Bağırov

08.12.2017 | 09:30“Qızıl top”un sahibi bilindi
06.12.2017 | 01:43“Qarabağ” “Roma”ya uduzdu
01.12.2017 | 15:21

Autizmli gənc və uşaqlar arasında ilk atletika yarışı - Fotolar

28.11.2017 | 13:49

Ağcabədi taekvondoçularının uğuru - Fotolar

25.11.2017 | 22:23Messi "Barselona" ilə yeni müqavilə imzaladı
22.11.2017 | 22:50“Qarabağ” “Çelsi”yə uduzdu
18.11.2017 | 20:41Şahin Diniyev istefa verdi
17.11.2017 | 11:35Türkiyənin keçmiş qol kralı həbs edildi
13.11.2017 | 09:44Ronaldo 4-cü dəfə ata oldu
11.11.2017 | 15:30

FİFA-dan yenilik: Aut atışı ayaqla olacaq

06.11.2017 | 23:37Şahmatçılarımız Avropa çempionu oldular
06.11.2017 | 22:44Pirlo futboldan getdi
03.11.2017 | 12:35

Qurban Qurbanov millinin baş məşqçisi oldu

02.11.2017 | 17:02Almeyda Messi və Neymarı qabaqladı