380x80 400x80

Ərdoğan: “ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa...”

Dünya

05.12.2017 | 14:27 Oxunub: 58


“Qüds müsəlmanların qırmızı cizgisidir”.
 
Parafraz-ın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında deyib.
 
R. T. Ərdoğan bildirib ki, ABŞ İsrailə dəstək məqsədilə Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərar verərsə, bu, tək beynəlxalq hüququn pozulması yox, insan vicdanına vurulmuş bir zərbə olacaq: “Belə bir addım atılarsa, 5-10 gün ərzində İstanbulda İslam Əməkdaşlıq Təşkilatının liderləri zirvəsini təşkil edəcəyik. Bütün islam dünyasını o zirvədə hərəkətləndirəcəyik. ABŞ bütün işləri yoluna qoydu, bu qaldı? Hazırda Binyamin Netanyahu İsraildə iç məsələləri yoluna qoya bilmir. Biz bu məsələdə sona qədər mübarizə aparacağıq. Bu məsələ Türkiyənin İsraillə diplomatik əlaqələrini kəsməsinə qədər gedə bilər. ABŞ-a belə bir addım atmaması üçün bir daha xəbərdarlıq edirik”.  
 
Türkiyə prezidenti ABŞ-da davam edən Rza Zərrab məhkəməsinə də toxunub. O qeyd edib ki, bu məhkəməni ABŞ dövlətindəki bir qrup təşkil edib: “Dövlətin kritik nöqtələrindəki köhnə qrupun hazırkı hökumətin siyasətinə zidd olaraq başqa siyasət yeritdiyi anlaşılır. Bizim tərəf-müqabilimiz hörmətli Trampdır və belə də qalacaq”.   
 
R. T. Ərdoğan bəyan edib ki, Rza Zərrab məsələsinə Türkiyə məhkəmələri baxıb və qərarını verib: “Məsələnin görünən tərəfinə gəlincə, İranla, yaxud başqa bir ölkə ilə ticarət quracağımıza biz qərar veririk. Türkiyə BMT qərarlarına riayət edib. Türkiyə-İran sərhədi ABŞ yaradılmamışdan əvvəl, 1636-cı ildə müəyyənləşib. Tarixən İranla bir çox məsələlərdə anlaşmışıq, yaxud anlaşmadığımız məsələlər olub. Ancaq İranla tarixi-mədəni əlaqələrimiz var. İranla ticarətin əsasını təbii qaz, neft ticarəti təşkil edir. ABŞ bizdən xahiş edəndə İrandan neft idxalını müəyyən səviyyəyə qədər azaltdıq. Bir çox ölkə bunu etmədi. Qərbin ən güclü ölkələri İrana mal ixrac etdi. Biz İranla əlaqələrimiz zamanı mümkün qədər ABŞ-ın istəklərini nəzərə aldıq. Ancaq bunun qarşılığında ABŞ-dan görmədik. ABŞ-ın artıq Türkiyəyə qarşı bir planı olduğu aydın görünür”.
 
R. T. Ərdoğanın sözlərinə görə, Şimali Suriyada bir terror qurşağı yaradılır: “Bu terror qurşağında hərbi bazalar yaradılıb. Şimali Suriyaya 3 minə qədər yük maşını ilə zirehli texnika, silahlar gəlib. ABŞ bu silahları kimə qarşı istifadə edəcək? İŞİD-ə qarşı? İŞİD qaldı? Suriyaya qarşı? Kimə qarşı istifadə edəcək? İrana, Türkiyəyə, bir az da qabağa gedərsə, Rusiyaya qarşı. Donald Tramp bizə dedi ki, İŞİD-dən sonra PYD/YPG-yə verilən silahlar geri alınacaq. Lakin əksinə, verilən silahlar artdı və ABŞ orada əlavə bazalar yaradır. Biz bunu müşahidə edirik və lazımi addımlar atacağıq. Biz heç kimin qarşısında əyilmədik və əyilməyəcəyik”.

APA



Dünya

13.02.2018 | 21:45Çavuşoğlu: “Türkiyə xalqı ABŞ-ı dostu hesab etmir”
10.02.2018 | 13:52Türkiyədə 65 il əvvəl dənizdə batan təyyarə tapıldı
07.02.2018 | 09:50Böyük Səhraya qar yağdı
26.01.2018 | 21:19Saakaşvili ev dustağı edildi
24.01.2018 | 18:44Ərdoğan: “Obama bizi aldatdı”
24.01.2018 | 16:55Yelisey müqaviləsi yenilənəcək
21.01.2018 | 13:46

Türkiyə ordusu Suriyaya girdi

21.01.2018 | 11:41Nyu-Yorkdakı Azadlıq heykəli bağlandı
20.01.2018 | 23:39Türkiyə sabah Afrində quru əməliyyatına başlayacaq
20.01.2018 | 19:52

Türkiyədən Afrindəki terrorçulara zərbə

17.01.2018 | 12:40Trampın oğlu: “Heç kəsi atam kimi enerjili görmədim”
12.01.2018 | 15:51Tramp: “Niyə zir-zibil ölkələrdən adamları qəbul etməliyik?”
10.01.2018 | 20:36Tramp Şimali Koreya məsələsində geri addım atır?
09.01.2018 | 10:37Makron Si Tzinpinə at hədiyyə edəcək
06.01.2018 | 21:50“Twitter” Trampı əngəlləyəcək?
04.01.2018 | 16:45Avstraliyada marixuanadan istifadə qanuniləşdirildi
31.12.2017 | 19:44Ərdoğan: “Viza böhranının təşəbbüskarı ABŞ olub”
28.12.2017 | 21:43Rusiya XİN-in brifinqini Şaxta baba açdı
28.12.2017 | 21:19ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini bərpa etdi
27.12.2017 | 16:49Ərdoğan: “Bəşər Əsəd terrorçudur”
27.12.2017 | 15:52Təyyarə reysini səhv salan sərnişinə görə Los-Ancelesə qayıtdı
19.12.2017 | 20:32Yəməndən Səudiyyə kralının sarayına raket atıldı
12.12.2017 | 10:44Məhkəmə Saakaşvilini həbs etmədi
06.12.2017 | 22:33ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıdı
05.12.2017 | 14:27Ərdoğan: “ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa...”
04.12.2017 | 17:40Yəmənin keçmiş prezidenti öldürüldü
03.12.2017 | 11:45

“FETÖ-çülər ABŞ Konqresinə yayılıblar” - Çavuşoğludan açıqlama

02.12.2017 | 09:43

Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq

01.12.2017 | 22:51Sabiq müşavir Trampa qarşı ifadə verməyə hazırdır
29.11.2017 | 09:36ABŞ-dan Türkiyəyə NATO çağırışı