380x80 400x80

Autizmli gənc və uşaqlar arasında ilk atletika yarışı - Fotolar

İdman

01.12.2017 | 15:21 Oxunub: 64


Autizmli gənc və uşaqlar arasında ilk dəfə atletika yarışı keçirilib.

Parafraz-ın məlumatına görə, Bakı Autizm İdman Klubundan (BAİK) verilən məlumata görə, noyabrın 30-da Respublika Olimpiya Mərkəzində (MANEJ) Autizmlilərin İdman Klubu(AİK) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Autizmli gənc və uşaqlar arasında atletika yarışları keçirilib. Yarışlar müxtəlif yaş qrupları üzrə — qaçış, top atma, yerindən uzunluğa tullanma idman növləri üzrə təşkil olunub.

Keçirilən qaçış yarış zamanı 7-8 yaş uşaqlar arasında BAİK-də təlim alan Fərzəliyev Asim 60 metrlik məsafəni 12.35 saniyəyə qaçaraq ilk yerin sahibi olub. "Mədinə" mərkəzinin təmsilçisi Həmzəyev Kənan 13.09 saniyə ilə ikinci, Autizmlilərin İdman Klubunda (AİK) təlim alan Mirzəyev Toğrul isə həmin məsafəsi 13.81 saniyəyə qaçaraq 3-cü yerə çıxıb. 9-10-11 yaşlılar arasında isə eyni məsafə üzrə qaçış yarışında iştirak edən KANNER mərkəzinin təmsilçisi Həmidov Nicat 11.30 saniyə ilə 1-ci, AİK üzvü Xəlilov Ömər 12.65 saniyə ilə 2-ci, "Mədinə" mərkəzinin təmsilçisi Allahverdiyev Cəlil 12.65 saniyə ilə 3-cü yerdə qərarlaşıb. 13-19 yaş üzrə qaçış yarışlarında iştirak edən BAİK üzvü Bayramov Kamal 10.38 saniyə üzrə digər yarış iştirkaçılarında üstələyərək 1-ci yerin qalibi olub. Həmin yaş üzrə AİK təmsilçisi Ələkbərov Mirməhəmməd 10.60 saniyə ilə 2-ci yerin sahibi olub. AİK-in daha bir təmsilçisi Məmmədov Elvin 10.58 saniyə ilə 2-ci yerə çıxıb.

Top atma idman növü üzrə keçirilən 7-8 yaş qrupları arasında AİK təmsilçisi Mirzəyev Toğrul 1-ci, "Mədinə" mərkəzinin təmsilçisi Həmzəyev Kənan 2-ci, BAİK təmsilçisi Fərzəliyev Asim 3-cü, "Mədinə" mərkəzinin təmsilçisi Səfərov Ayxan 4-cü, və BAİK təmsilçisi Hüseynli Mehdi 5-ci yerin sahibi olublar. 10-11 yaş qrupları arasında KANNER mərkəzinin təmsilçisi Həmidov Nicat 1-ci, "Mədinə" mərkəzinin təmsilçisi Allahverdiyev Cəlil 2-ci, BAİK-in təmsilçisi Ağayev İsmayıl 3-cü, həmin klubun digər təmsilçisi Rəcəbov Akif 4-cü, AİK-in təmsilçisi Məmmədli Elnar 5-ci yerdə qərarlaşıb. Eyni idman üzrə 13-19 yaş qrupları üzrə yarışlarda BAİK-in təmsilçisi Əliyev Xaqan 1-ci, Bayramov Kamal 2-ci, AİK təmsilçisi Məmmədov Elvin 3-cü, AİK təmsilçisi Ələkbərli Mirməhəmməd 4-cü, BAİK təmsilçisi Əliyev Əli 5-ci, BAİK təmsilçisi İbrahimov İsmayıl 6-cı, BAİK təmsilçisi Mehdizadə Mətin 7-ci yerin sahibi olublar.

Yerindən uzunluğa tullanma yarışlarında 7-8 yaş qrupları üzrə AİK təmsilçisi Mirzəyev Toğrul 1-ci, "Mədinə" mərkəzinin təmsilçisi Həmzəyev Kənan 2-ci, BAİK təmsilçisi Hüseynli Mehdi 3-cü yerə çıxıblar. 9-11 yaş qrupları üzrə yarışda KANNER mərkəzinin təmsilçisi Həmidov Nicat 1-ci, "Mədinə" mərkəzinin təmsilçisi Allahverdiyev Cəlil 2-ci, AİK təmsilçisi Xəlilov Ömər 3-cü yerin sahibi olublar.13-19 yaş qruplaında isə BAİK təmsilçisi Bayramov Kamal 1-ci, AİK təmsilçisi Əliyev Xaqan 2-ci, BAİK təmsilçisi İbrahimov İsmayıl 3-cü yerin sahibi olublar.





İdman

15.02.2018 | 16:25“Qarabağ”dan atmacalı paylaşım
13.02.2018 | 14:53Karate üzrə milli komandanın yeni məşqçiləri müəyyənləşdi
07.02.2018 | 18:20Sançesə 16 ay müddətinə həbs cəzası
05.02.2018 | 15:20Karateçilərimizdən tarixi nəticə
01.02.2018 | 19:36

“Azərbaycan futbolunda ikinci Rəşad olmayacaq” - Bədavi Hüseynov

31.01.2018 | 16:52

Böyükağa Hacıyevlə “Mardan”da söhbət... - Aydın Bağırovun yazısı

25.01.2018 | 17:33

Fatih Terimlə qanqaraldıcı görüş - Aydın Bağırovun futbol xatirəsi

17.01.2018 | 11:43

“Azərbaycanda işləyəndə gördüm ki...” - Prosineçki

15.01.2018 | 11:55“İrəli” sədri Karate Federasiyanın baş katibi oldu
12.01.2018 | 13:45

Vaqif Cavadova bircə sual - Aydın Bağırovun yazısı

09.01.2018 | 14:42

Belə etmə, Rəşad! - Aydın Bağırovun yazısı

28.12.2017 | 18:56

Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edildi - Siyahı

27.12.2017 | 13:46

Natiq, Müslüm baba və Fatih Terim - Qismət Rüstəmov

26.12.2017 | 10:45“Beşiktaş” Ardanı almaq istəyir?
14.12.2017 | 18:48Bizdə şərhçi ancaq Fikrət Adıgözəllidi?
11.12.2017 | 13:22

Banişevskiyə verilən saxta 50 dollar - Aydın Bağırov

08.12.2017 | 09:30“Qızıl top”un sahibi bilindi
06.12.2017 | 01:43“Qarabağ” “Roma”ya uduzdu
01.12.2017 | 15:21

Autizmli gənc və uşaqlar arasında ilk atletika yarışı - Fotolar

28.11.2017 | 13:49

Ağcabədi taekvondoçularının uğuru - Fotolar

25.11.2017 | 22:23Messi "Barselona" ilə yeni müqavilə imzaladı
22.11.2017 | 22:50“Qarabağ” “Çelsi”yə uduzdu
18.11.2017 | 20:41Şahin Diniyev istefa verdi
17.11.2017 | 11:35Türkiyənin keçmiş qol kralı həbs edildi
13.11.2017 | 09:44Ronaldo 4-cü dəfə ata oldu
11.11.2017 | 15:30

FİFA-dan yenilik: Aut atışı ayaqla olacaq

06.11.2017 | 23:37Şahmatçılarımız Avropa çempionu oldular
06.11.2017 | 22:44Pirlo futboldan getdi
03.11.2017 | 12:35

Qurban Qurbanov millinin baş məşqçisi oldu

02.11.2017 | 17:02Almeyda Messi və Neymarı qabaqladı