380x80 400x80

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

"Kitabsevərlər" hərəkatı

27.11.2017 | 09:48 Oxunub: 379


Noyabrın 26-da “Kitabsevərlər” qrupunun idarə heyəti və Təhsil İnstitutunun əməkdaşları Səbail rayonu 163 nömrəli orta məktəbinin 8-ci sinif şagirdləri ilə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesinin müzakirəsini keçirib.

Qrupun rəhbəri Rəşad Babalı bildirib ki, tənqidi ədəbiyyatımızın klassiklərini öyrənmək XXI əsr gənci üçün vacibdir: "XX əsrin əvvəllərində yaşayıb-yaratmış Mirzə Cəlilin əsərləri bu baxımdan birinci gəlir. Ona görə də məktəb rəhbərliyinin təklifini sevərək qəbul edəndə “Anamın kitabı” pyesini seçdik".

Qrupun təsisçilərindən Fariz Bayramov da müzakirədən zövq aldığını vurğulayıb: 

“Belə müzakirələrdə iştirak etmək hamıdan çox özümüzə stimul verir. Ümumiyyətlə, hər hansı kitabın azyaşlılarla müzakirəsi insanı gələcək fəaliyyət üçün ruhlandırır. 8-ci sinif şagirdləri olmalarına baxmayaraq pyesi diqqətlə oxuyan və fikirlərini səlis ifadə edən bu balaca kitabsevərlər ümumi ideyanın xeyrinə xeyli məsələlərə toxundular. Maraqlı məqamları müzakirə etdik. Qarşıdakı həftələrdə də başqa məktəblərdə bu cür görüşlər keçirmək təklifi almışıq. Ümid edirik ki, irəlidə bizi yenə bu cür maraqlı müzakirələr gözləyir”.

Təhsil İnstitutunun əməkdaşı İlahə Eldarqızı isə qeyd edib ki, bu cür müzakirələr şagirdlərin ümumi dünya görüşündə əhəmiyyətli rol oynayır: 

“Müəllimlərin məsuliyyət nümayiş etdirməsi ən vacib məsələdir. Bu görüşdə sinif müəllimlərinin necə təcrübəli olduğunu və öz işinin öhdəsindən necə məharətlə gəldiklərini gördük. Belə müəllimlər timsalında təhsilimizin gələcəyinə ümid bəsləyirik”.

"Facebook" sosial şəbəkəsində ən böyük kitab təbliğatı qrupu olan “Kitabsevərlər” qrupu artıq neçənci dəfədir ki, müxtəlif məktəblərdə bədii əsərlərin müzakirəsini keçirir.








"Kitabsevərlər" hərəkatı

25.02.2018 | 13:51

Tanrısını axtaran yazıçının Tanrıdan qaçan qəhrəmanı - Fariz Bayramov

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko