380x80 400x80

Dəniz ayaq altdadır - Əziz Nesin

"Gecə oxusu" rubrikası

"Kitabsevərlər" hərəkatı

27.11.2017 | 00:44 Oxunub: 124


Parafraz "Gecə oxusu" rubrikasında "Kitabsevərlər" hərəkatının 5-ci nəşri olan dünya ədəbiyyatından seçmə hekayələrin toplandığı "Həyatın qanunu" kitabındakı tərcümə mətnlərini təqdim edir.

Türk yazıçı və şairi əsl adı Məhmət Nüsrət Nesin olan Əziz Nesin 20 dekabr 1915-ci ildə İstanbulda – Heybəliadada anadan olub. 

Dramaturgiya və publisistika sahəsində də böyük işlər görən Nesin, həmçinin, 1957-ci ildə yazıçı Kamal Tahirlə birlikdə “Düşün” nəşriyyatını təsis edib. Satirik ədəbi janrının özünəməxsus yanaşmaçılarından biri kimi şöhrət tapıb. 

“Taxtalıköydən məktublar”, “Qadına çevrilən kişi”, “Futbol kralı”, “Soyad” və digər kitabların müəllifidir. Əziz Nəsin 6 iyul 1995-ci ildə Çeşmədə vəfat edib.

İstanbulun üç tərəfi dənizdir. Hər şey bununla da bitmir, İstanbulun dənizi onu qurusuna hissə-hissə də yol salıb. Amma bütün bunlara baxmayaraq, İstanbulda dənizə girmək o biri həyatda Cənnətə girməkdən də çətindir. İstanbulun bir başından o biri başınacan olan sahillərini bir sıra adamlar satın alıb. Dənizin pul ilə alınmağını düşünmək belə absurddur. Dua edək ki, dənizi alanlar havanı da almasınlar. Dənizlə hava arasında elə də böyük bir fərq yoxdur, onu da, alıb bizi havasızlıqdan boğmadıqlarına görə Şükr!

 Səkkiz il Anadoluda yaşadıqdan sonra, İstanbula qayıdırıq deyə uşaqlar, elə biz də sevinirdik. Danışdığım əhvalat on il əvval baş verib. İstanula gəldik. İstanbulun dadını çıxartmaq üçün dəniz kənarında bir ev kirayələyək dedik. Mümkün oldu ki? Dəniz kənarında tapa bilmədik. Dedik, heç olmasa, dənizə yaxın bir yerdə olsun. O da alınmadı. Sonra düşündük ki, heç olmasa, uzaqdan da olsa, dəniz havası çatan bir yerdə olsun. Heç olmasa, lap uzaqdan dənizə baxarıq, könlümüz açılar. Heyhat... Dənizə lap uzaqdan belə baxa bilmirdik. Çox axtardıq. Sonra isə, Cahangirdə dəniz mənzərəli bir ev olduğunu dedilər. Ev sahibi evi bizə göstərmədən:

- 200 lirə, - dedi.

- Amaan.

- Başqa yolu yoxdur. İstəyirsinizsə, buyurun, 2 otaq və 1 dəhlizi var. 

- Həm bahalıdır, həm də kiçikdir.

- Amma ki, cənab, dəniz mənzərəsi var. 

Təkcə dənizi görək deyə o vaxtın pulu ilə 2 otağa 200 lirə verməyə razılaşdıq. Sahibi də evi bizə göstərməyə razı oldu. Mənzil dik Cahangir yamacında  tikilmişdi. Qapıdan içəri girən kimi pilləkənlə aşağı, yerin altına düşdük. Allah, Allah, bu necə olan işdir?! Bizim bildiyimiz dənizi görmək üçün yuxarı çıxmaq lazımdır. Belə yerin dibinə düşmək yox axı. Sən demə, hər şey bununla bitməmişdi. Bir qat pilləkən də düşəndən sonra düşündüm ki, yəqin dənizi aşağıdan yuxarı doğru izləyəcəyik. İkiqat yerin dibinə endik. Hər tərəf qapqaranlıq idi. Ev sahibi çaxmağını yandırdı. İşığın yandırılma yerini tapıb elektrik açarını burdu. 

- Aydaa, işıqlar sönüb, - dedi. 

Çaxmağın işığı ilə qapını açdı. İçəri girən kimi ətrafın ala-qaranlıq olduğunu gördük. Evin bir tərəfi yerin altında, bir tərəfi isə, üstündə idi. Ev sahibindən soruşdum: 

- Siz ikinci mərtəbə demişdiniz deyəsən. 

- Bəli, bunun atında iki mərtəbə də var. 

Evin çölə baxan üç pəncərəsi vardı. Pəncərədən ətrafa diqqətlə baxdım, bir neçə ağacla divardan savayı bir şey görünmürdü. Bəs dəniz hanı? 

- Gəl, bir sən də bax görək! Mən dəniz-məniz görmürəm. 

Arvadım dedi: 

- Mən də nə dəniz, nə də dənizə oxşar bir şey görmürəm. 

Ev sahibinə dedim: 

- Cənab, siz, deyəsən, bu evin dəniz mənzərəsi olduğunu demişdiniz. Yoxsa divara dəniz şəkli asıb baxılacaq? 

- Boy, bu nə deməkdir? Bəyəm evimdən dəniz görünmür? 

Özünü elə apardı ki, sanki evindən “dəniz görünmür” deyildi deyə, evini təhqir etdik və buna görə bizi bu saat məhkəməyə verəcək. 

- Bağışlayın Vallah, - dedim,- məqsədim evinizi pisləmək deyil. Nə mən, nə də arvadım dənizi görmədik. Bəlkə də dəniz başqalarına görünər. Amma bizə görünmədi.

- Stul gətirin, - deyə yuxarıya səsləndi. 

Qulluqçu bir stul gətirdi. Ev sahibi stulun üstünə çıxdı. Torpaq görüb sevincindən "Torpaq!..." deyə qışqıran Xristafor Kolumbun matrosu kimi bağırdı. 

- Budur, bax, dəniz! Boşqab kimi ayağınızın altındadır. 

Ondan sonra mən çıxdım stula. Allah, Allah! Gördüklərimin içində dənizə oxşayan bir şey yoxdur. Bu adamın gözünə xəyalmı görünür, yoxsa elə dəlidir? Yoxsa “dəniz var, dəniz var” deyə-deyə bizi təsir altına salıb güclə dənizi gördüyümüzə inandırmaq istəyir? 

- Bağışlayın, cənab, mən dənizi tanıyıram, İstanbulda doğulub boya-başa çatmışam. Pəncərədən baxıram, bir neçə mavilikdən başqa bir şey görmürəm. O da, səmada olduğuna görə buluddur. 

Ev sahibi: 

- Boyunuz nə qədərdir? - deyə soruşdu. 

Başqa vaxt olsaydı əsla deməzdim, amma onda dedim. 

- 158 sm. 

- Vəssalam! Ona görə görmürsünüz da. Mən də bayaqdan fikirləşirəm ki, görəsən, bu adam niyə dənizi görmür. Gözündəmi problem var? Bax, indi dənizi niyə görmədiyiniz aydın oldu. 

- Yaxşı, bəs niyə görmürəm? 

- Boyunuz çatmır da, ona görə. Dənizi görmək üçün ən azı 170 sm olmalısınız. Barmaqlarınızın ucunda baxmağı yoxlayın görək. 

Ayaq barmaqlarımın üstündə dikəldim. Yenə də görmürdüm. 

- Biraz tullanın, görəcəksiniz. 

Dənizi görəcəyəm deyə uşaq kimi stulun üzərində tullanırdım. Başım az qaldı ki, tavana dəysin. Yenə də dənizdən əsər-əlamət yoxuydu. Ev sahibi qulluqçuya qışqırdı: 

- Stol gətirin! Eyvandakı kiçik stolu. 

Stol gətirildi. O, stulu stolun üstünə qoydu. Mən də onun üzərinə çıxdım. 

- Bəs indi nə görürsünüz?

Mən sevincimdən, az qala, stuldan yıxılacaqdım. 

- Gördüüüm, gördüm! 

- Nə gördünüz? 

- Dənizi gördüm, dənizi. 

Arvadım dedi: 

- Eşq olsun, həyatını təhlükə altına atıb bu stulla stolun üzərinə çıxdın. Axır ki, dənizi də gördün. Təbrik edirəm! Dənizin hansı tərəfi görünür? Mərmərə, yoxsa Boğaz? 

- Hansı tərəfin dənizi olduğunu tutdura bilmədim. Amma bax belə, bir qarış dəniz gördüm.

 Ev sahibi bu sözümdən incidi: 

- İstanbulluyam deyirsiniz, amma dənizi tanımırsınız. Sizin gördüyünüz dəniz Qız qalasının 200 metr qərbi ilə Saray burnu arasında olan hissədir. 

Ev sahibinin, qapıçının və yoldaşımın köməyi ilə masadan yerə düşdüm.

- Oooh, ürəyim açıldı, dəniz havası tamam başqa cür olur. 

Yoldaşım kök olduğuna görə dedi: 

- Mən stulun üzərinə çıxıb baxa bilmərəm ki... 

- Stol, stul uzun məsələdir. Bura köçəndən sonra xüsusi bir şey fikirləşmək lazımdır.

Arvadım dedi: 

- Adam dənizi, bax, elə yatdığı yerdən görməlidir. 

Ev sahibi: 

- Yatdığınız yerdən görə bilərsiniz, - dedi. 

- Necə? Stol-stulun üzərində yatmaqla? 

- Xeyr. Sizdən əvvəlki kirayənişinlər yerdən dənizi çox rahat seyr edirdilər. Dənizaltı periskopu var ha, ondan təşkil edəcəksiniz. O zaman yerdə uzanın, ayaqlarınızı da divara dayayın və çox rahatca dənizə baxın. 

- Periskop? Bu alətdən tapmaq olur ki? 

- Əlbəttə ki, o saat aydındır ki, İstanbuldan çoxdan çıxmısınız. İndi İstanbuldakı evlərin 80 faizində periskop var. Bu, hər ev üçün vacib olan bir əşyadır. Axşam yorğun-arğın evinizə gələndə periskopdan dənizi izləyirsiniz, ürəyiniz açılır. 

- Cənab, bu evi zay edirsiniz. 

Ev sahibi çaşdı: 

- Niyə? 

- Bu ev ayda yox, gündə ən azı 200 lirə gəlir gətirər. 

- Necə yəni? 

- Belə ki, bu, çox gözəl bir dəniz mənzərəsi seyr etmək istəyənlər üçün bir fürsətdir. Qəzetlərə “saatına iki lirə yarım” deyə elan versəniz, qapıda bir aləm növbə olar. 

Ev sahibi ilə az qala dalaşacaqdıq. Tez çölə çıxdıq. Pilləkəndəykən arvadım dedi:

- Bura qədər gəlmişkən, kaş dənizi mən də bircə dəfə görə biləydim.

Əziz NESİN
Tərcümə: Güllü BAYRAMOVA



"Kitabsevərlər" hərəkatı

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko

08.11.2017 | 00:51

Amontillado çəlləyi - Edqar Allan Ponun hekayəsi