380x80 400x80

Həyatın qanunu - Cek London

"Gecə oxusu" rubrikası

"Kitabsevərlər" hərəkatı

24.11.2017 | 00:24 Oxunub: 166


Parafraz "Gecə oxusu" rubrikasında "Kitabsevərlər" hərəkatının 5-ci nəşri olan dünya ədəbiyyatından seçmə hekayələrin toplandığı "Həyatın qanunu" kitabındakı tərcümə mətnlərini təqdim edir.

Yaşlı hindu qar üzərində oturmuşdu. Bu, qəbilənin köhnə başçısı Qoşqoş idi. İndi isə, edə biləcəyi tək şey oturmaq və digərlərini dinləməkdi. Gözləri yaşlıydı. Görə bilməsə də, qulaqları hər bir səsi eşidə biləcək qədər açıq idi.

- Aha.

Bu, onun qız nəvəsi Sitkumtohanın səsiydi, o, qar xizəklərinin önündə dayanmaqları üçün itləri vururdu. Yaşlı hindu nəinki digərləri, hətta öz qızı tərəfindən də unudulmuşdu. Yeni ov yerləri tapmaları üçün onları uzun və qarlı səfər gözləyirdi. Şimal torpaqlarında günlər qısalırdı. Qəbilə ölümü gözləyə bilməzdi. Qoşqoş isə, ölürdü.

Donmuş heyvan dərilərinin möhkəm, çartıltılı səsləri başçının çadırının söküldüyündən xəbər verirdi. O, bacarıqlı ovçu olmuşdu. Hazırkı başçı köhnə başçının - Qoşqoşun oğlu idi. Qoşqoş ölümə tərk edilirdi.

Qadınlar işlədikcə, Qoşqoş oğlunun onları daha sürətlə işlətmək üçün əmrlər yağdırdığını eşidirdi. Daha diqqətlə dinləmək istədi, sanki səsi son dəfə eşidəcəkdi. Bir uşaq ağlayırdı və bir qadın onu sakitləşdirmək üçün nəğmə oxuyurdu. 

“Uşaq Kotedir” - deyə yaşlı adam düşündü, - “xəstə uşaq Kote”.

Tezliklə öləcəkdi və don tutmuş torpaqda bir quyu qazıb cəsədini dəfn edəcək, kiçik ölü bədənini qurdlardan qorumaq üçün daşla örtəcəkdilər.

“Yaxşı, nədir bu? Bir neçə il və nəhayət, ölüm! Ölüm belə aclıqla gözləyirdi. Ölümün ən ac mədəyə sahib idi.”

Qoşqoş daha diqqətlə dinlədi, artıq eşidə bilmirdi. Kişilər yerlərində qalmaları üçün möhkəm dəri ipləri kirşələrin ətrafına bağlayırdılar; dəri qırmancların kəskin səsləri, itlərin hərəkət etməsi və xizəkləri çəkməsi üçün adamların qışqırması...

“İtlərin xırıltılarını dinlə! Necə də nifrət edirlər işləməyə.”

Hamısı gedirdi. Xizəklər ard-arda yavaş-yavaş səssizliyə doğru uzaqlaşırdılar. Hər biri onun həyatından ötürdü. Son saatı ilə tənha üzləşməli idi.

“Bu nə idi bəs?” 

Qar kiminsə ayaqqabısı altında xışmalandı.Yanında bir kişi dayanıb əlini mülayimcəsinə onun qoca başına qoydu. Oğlu bunu etməklə lütfkarlığını göstərirdi. Köhnə başçı, oğulları belə etməmiş digər yaşlı adamları xatırladı, hansı ki, onların oğulları “əlvida”sız getmişdilər.

Oğlunun səsi onu geriyə çağırana kimi düşüncələri keçmişə səyahət edirdi. 

- Səndə hər şey yolundadır? - oğlu soruşdu.

Yaşlı adam cavab verdi: 

- Hər şey qaydasındadır.

- Tonqal güclü yanır, yaxınında odun da var, - oğlu dedi.

- Səhərlər buralar boz və soyuq olur. Tezliklə qar yağacaq. Hətta indi də yağır. Ax, hətta indi də!

- Qəbilə camaatı tələsir. Yükləri ağır, mədələri isə, aclıqdan dümdüzdür. Yol uzundur və çox sürətli hərəkət edirlər. Mən getməliyəm. Hər şey yaxşıdır?

- Hər şey yaxşıdır. Mən ilin ağaca yapışan son yarpağı kimiyəm. Əsən ilk külək məni yerə yıxacaq. Səsim qoca bir qadının səsinə bənzəyir. Gözlərim artıq ayaqlarımın getdiyi yeri görmür. Yorğunam, amma hər şey yaxşıdır.        

O, oğlu gedərkən başını sinəsinə doğru endirib qarın səsini dinlədi. Yaxınlıqdakı odun parçalarını yenidən hiss elədi. Alov bir-bir onları yeyərkən, ölüm də addımbaaddım onu ələ keçirəcəkdi. Son çubuq da getdiyi an soyuq gəlməyə başlayacaqdı. Öncə ayaqları donardı, sonra əlləri... İsti xaricindən daxilinə doğru səfər edəcəkdi. Bu asan idi.  Hər kəs ölməlidir...

Özünü qəmgin hiss eləsə də, kədəri haqqında düşünmədi. 

“Bu həyatın qaydasıydı. O, torpağa yaxın yaşamışdı və qanun onun üçün yeni bir şey deyildi. Bu bədənlərin qanunudur! Təbiət bədənlərə qarşı mehriban olmur, tənha insanların qayğısına qalmırdı. O, sadəcə, qruplarla, irqlərlə, növlərlə maraqlanırdı.”

Bu, yaşlı Qoşqoşun dərin fikirləri idi. Örnəklərini həyatı boyu müşahidə etmişdi.

Başqa bir çubuğu atəşə ataraq, keçmişini xatırlamağa başladı. O da güclü rəhbər olmuşdu. Bol nemət və gülüşlərlə dolu günlər görmüşdü; artıq ərzaq çürümüyə və xarab olmağa başlayanda doymuş kök qarınlar, diri, tənha tərk edilmiş heyvanlar, qadınların çoxlu uşaqları olduğu günlər. Həmçinin o, ərzağın olmadığı və mədələrin boş olduğu günlər, tilova balıq gəlməyən, heyvanların çətin tapıldığı günləri də görmüşdü.

Düz yeddi il heyvan olmadı. Sonra balaca oğlan ikən canavarların amerikan maralını necə öldürməsini izlədiyini xatırladı. Onda Yukon çayında öldürülmüş dostu Zinqha ilə birlikdə idi. Ah, maral! Həmin gün o və Zinqha oynamağa getmişdilər. Aşağıda, çayın yanında böyük, ağır bir maralın təzə addımlarını gördülər. 

- O, yaşlıdır, - Zinqha dedi, - Başqaları kimi qaça bilməz. Geri qalıb. Qurdlar onu digərlərindən ayırıblar və onu heç vaxt buraxmazlar. 

Elə də oldu. Gün ərzində və gecə canavarlar dayanmadan, burnunu və ayaqlarını dişləyərək ölən ana kimi onunla qaldılar.

O və Zinqha bədənlərindəki qanın sürətləndiyini hiss etdilər. Böyük son izənilməyə dəyərdi! Onlar maral və canavarların addımlarını izlədilər. Hər addım başqa hekayə danışırdı. Faciəni baş verdiyi kimi görə bilirdilər.

Bura maralın məğlubiyyətilə barışdığı yer idi. Qar çoxlu ayaqlar tərəfindən xışmalanmışdı. Bir canavar maralın ağır ayaq təpiyinə tuş gəlmiş və ölümcül zərbə almışdı. Daha sonra onlar maralın qaçmaq üçün təpəyə necə çıxdığını gördülər. Ancaq qurdlar arxadan hücum etmişdilər. Maral aşağı yıxılmış və iki canavarı əzmişdi. Bununla belə, sonun yaxınlaşdığı aydın idi.

Onlardan bir az irəlidə qar al-qırmızıydı. Sonra döyüş səsini eşitdilər. Qurdların onları görə bilməyəcəyi halda - qarınları üstə daha da yaxınlaşdılar. Sonu gördülər. Görüntü çox güclüydü və həyatı boyu yadında qalmışdı. Onun yorğun və kor gözləri bu sonu eynilə uzaq keçmişdəki kimi yenidən görürdü. Uzun müddət keçmişi düşündü. Tonqal sönməyə başladığından, soyuq bədəninə daxil olurdu. Ora daha bir neçə çubuq  atdı. Yalnız iki çubuq qalmışdı. Bu, onun yaşamaq müddəti olacaqdı.

Boğucu tənhalıq hökm sürürdü. Son odun parçalarından birini də alova atdı. Dinlədi, bir ağac atəşin içində nə qəribə səs çıxarırdı! Yox, bu ağac deyildi. Səsi tanıyan kimi bədəni titrədi. Qurdlar...

Bir canavarın ulaması ona yaşlı maralın son baxışını yenidən xatırlatdı, təzə qanı axaraq qara tökülən, tikələrə parçalanmış cəsədi gördü. Donmuş qan qarşısında bozararaq duran təmiz sümükləri... Boz canavarların tələsən təsəvvürlərini gördü, onların parlayan gözləri, uzun yaş dilləri və kəskin dişləri... Və  dairə yaradaraq  yavaş-yavaş daha da yaxınlaşdıqlarını gördü.

Üzünə nəm və soyuq bir burun toxundu. Bu toxunuşda ruhu onu oyatmaq üçün bədənindən irəli atıldı. Əli tonqala atıb yanan çubuq götürdü. Qurd alovu görsə də, qorxmadı. Dönərək digər qurdları çağırmaq üçün havaya uladı. Onlarsa boğazlarındakı aclıqla cavab verib qaçaraq gəldilər.

Yaşlı hindu ac canavarları dinləyir, onların tonqalı və onu çevrələyərək gəldiklərini eşidirdi.  Yanan çubuğunu yenə onlara tərəf yellədi, amma qurdlar tərpənmədilər. İndi, onlardan biri sanki qoca adamın gücünü yoxlamaq istəyirmiş kimi ehmalca daha yaxına gəldi. Başqası və daha başqası izləyirdi. Çevrə get-gedə balacalaşırdı. Heç bir qurd geridə qalmaq istəmirdi.

Nə üçün savaşmalıydı? Nə üçün həyatdan yapışmalıydı? Sonda atəşi çubuqla birgə yerə atdı. Çubuq qara düşəndə işıq saçıldı.

Canavarların dairəsi daha da yaxınlaşırdı. 

Yaşlı hindu bu dəfə hələ maralın ölümündən öncəki mübarizəsinin görüntüsünü xatırladı. Başını dizlərinə endirdi. Hər şeydən öncə nə fərq edəcəkdi ki? Bu, həyatın qanunu deyildimi?

Cek LONDON
Tərcümə: Ülvi HƏSƏNLİ



"Kitabsevərlər" hərəkatı

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko

08.11.2017 | 00:51

Amontillado çəlləyi - Edqar Allan Ponun hekayəsi