380x80 400x80

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

"Gecə oxusu" rubrikası

"Kitabsevərlər" hərəkatı

13.11.2017 | 00:28 Oxunub: 316


Parafraz "Gecə oxusu" rubrikasında "Kitabsevərlər" hərəkatının 5-ci nəşri olan dünya ədəbiyyatından seçmə hekayələrin toplandığı "Həyatın qanunu" kitabındakı tərcümə mətnlərini təqdim edir.

Görkəmli İtaliya yazıçı-publisisti İtalo Kalvino 15 oktyabr 1923-cü ildə Kubanın Santyaqo-de-Las-Veqas şəhərində anadan olub. 

İtaliya postmodernist ədəbiyyatının görkəmli nümayəndələrindəndir. Müəllifi olduğu “Hörümçək yuvasından keçid” və “Sonda qarğalar gəlir” romanları neorealizm cərəyanının ən çox xatırlanan əsərlərindəndir. 

Avropa ədəbiyyatına göstərdiyi xidmətə görə, “Avstriya Dövlət Mükafatı”na layiq görülən Kalvino 19 sentyabr 1985-ci ildə İtaliyanın Siena şəhərində vəfat edib. 

Quşların hər bahar və payız cənuba və şimala uçub getdikləri yollar nadir hallarda şəhərlərin üstündən keçir. Quş dəstələri hündürdən uçaraq çöllərin, meşə talalarının, çayların və şəlalələrin üstündən, bəzən də gözəgörünməz külək yollarıyla hərəkət edir. Amma hamısı uzaqdan şəhər evlərinin damları görünən kimi ordan qıraq uçmağa çalışırlar.

Bir dəfə necə oldusa, şəhər küçələrindən birinin üstündə nazik hava xəttində bir dəstə payız ördəyi göründü. Bunu həmişə burnunu göyə qaldırıb gəzən Markovaldodan başqa heç kim görmədi. Markovaldo dalına balaca furqon qoşulmuş üçtəkərli velosipedlə gedirdi. Quşları görəndə onları təqib etmək istəyirmiş kimi var gücüylə ayaqlıqları  fırlatmağa başladı. Həyatı boyu əlində əsgər tapançasından başqa silah tutmamağına baxmayaraq, onun ovçuluq ehtirasına qapıldığını fikirləşmək olardı. Göydə pərvazlanan quşlardan gözünü çəkməyərək, hər tərəfdən maşınla əhatələnmiş yolayrıcındakı işıqforun qırmızı işığına çatanacan şütüdü və az qaldı ki, qəza törətsin. Kobud fizionomiyalı polis kitabçasına onun adını və ünvanını yazdığı vaxt Markovaldonun gözləri səmada qanadları axtarırdı, amma onlar artıq yox idilər. İşdə o, cəriməyə görə danlandı.

- İşıqforlar ona azlıq eləyir! - müavin qışqırırdı, - Hara baxırdın? Hara, ay başıboş axmaq?

- Ördək dəstəsinə baxırdım, - Markovaldo mızıldadı. 

- Nə?

Mahir ovçu olan müavinin gözləri parıldadı. Markovaldo hər şeyi yerli-yataqlı danışdı.

- Şənbə günü itimlə silahımı götürürəm və qayalıqlara! -  müavin bir dəqiqə əvvəlki hikkəsini unudub şəstlə elan etdi, - Uçuş başlayıb. Bu dəstəni qayalıqda ovçular hürküdüb, ona görə də şəhərin üstüylə uçublar, bu , gün kimi aydındır...

Bütün günü Markovaldonun beynində eyni sözlər fırlandı: “Əgər şənbə günü qayalıqlarda ovçu dolu olacaqsa - bu, mümkündür - Allah bilir şəhərə nə qədər ördək uçacaq... Əgər mən başısoyuqluq eləməsəm, bazar günü qızardılmış ördək yeyə bilərəm...” 

Markovaldonun yaşadığı evin damı düz idi və orda paltar zivələri çəkilmişdi. Markovaldo bir bidon quş yapışqanı, fırça və bir torba qarğıdalı götürüb iki oğluyla bir yerdə dama çıxdı. Uşaqlar dama qarğıdalı dənələri səpdiyi vaxt Markovaldo fırçayla silahlanaraq damın qıraqlarına, zivələrə və bacalara quş yapışqanı çəkirdi. O hər yeri elə yaxşı yapışqanlamışdı ki, uşaqlardan kiçiyi, Mikelino, az qala, damın qırağına yapışmışdı. 

Markovaldo gecə yuxuda dama yapışıb çırpınan ördəkləri gördü. Onun şıltaq arvadısa qızarmış qaz görürdü. Romantik təbiətli qızı kalibr və əlvan lələkli şanapipik görən vaxt oğlu Mikelino da aist tuturdu. Səhəri gün tez-tez uşaqlardan hansısa ehtiyatla yuxarı mərtəbəyə çıxıb, bəlkə də, hal-hazırda yemə qonan quşları hürkütməməkçün damın balaca pəncərəsindən boylanırdılar. Xəbərlər ürəkaçan deyildi. Nəhayət, günortaüstü Paolino qaçaraq gəlib var gücüylə qışqırdı:

- Var, ata! Tez gəl!

Markovaldo kisə götürüb dama çıxdı. Dama tünlük şəhər küçələrində uçmağa öyrəşən və səs-küylü meydanlarda özünü rahat hiss edən göyərçinlərdən biri yapışmışdı. Ehtiyyatsızlıq edib bacaya yapışan və indi qurtulmaq üçün çırpınan göyərçinin başı üstündə onun bir dəstə yoldaşı təşvişlə uçuşurdu. 

Qapı qəfil döyüləndə Markovaldonun ailəsi heç nəyə baxmayaraq, qızardılan kök göyərçinin sümüklərini sovururdu. Gələn ev sahibəsinin qulluqçusu idi. O dedi:

- Sinyora sizi çağırır! Tez gəlin! 

Yarım ildir ki, kirayə haqqını ödəməyən və hər gün evdən atılacağını gözləyən Makrovaldo, həyəcanla ev sahibəsinin yanına getdi. Qonaq otağının kandarına ayağını qoyan kimi sahibənin yanında başqa qonağın olduğunu gördü; kobud fizionomiyalı polis.

- Gəlin, Makrovaldo, - sahibə dedi, - Mənə indicə dedilər ki, bizim evin damında kimsə ictimai göyərçinləri ovlayır. Bu barədə məlumatınız yoxdur?

Makrovaldonu soyuq tər basdı.

- Sinyora! Sinyora! - qəfil həyəcanlı qadın səsi eşidildi.

- Nə olub, Tereza?

Qulluqçu içəri girdi. 

- Damda paltar asmışdım, yığanda gördüm qopmur, güclə dartanda isə, cırıldı... Bütün paltarlar korlanıb! İndi necə olacaq?

Makrovaldo yediyi göyərçini həzm edə bilmirmiş kimi qarnını sığalladı.

İtalo KALVİNO
Tərcümə: Həmid PİRİYEV



"Kitabsevərlər" hərəkatı

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko

08.11.2017 | 00:51

Amontillado çəlləyi - Edqar Allan Ponun hekayəsi