380x80 400x80

Şar - Məryəm Qafarlının hekayəsi

Ədəbiyyat

09.11.2017 | 21:24 Oxunub: 184


Məryəm QAFARLI

Balaca olanda anam məni çimdirməyə güclə razı salardı. Heç xoşum gəlməzdi çimməkdən. 

Hər dəfə anam “gəl çimək, sonra səni dum-duma aparacam” deyib birtəhər yola gətirirdi. “Dum-dum” toy mənasındaydı. Bəh, mənim də ürəyim gedirdi həyət toylarına baxmaqdan ötrü. O vaxtın toyları da bir başqa ləzzətli olardı, oynayanları daha yaxşı görüm deyə, məni lap qabaqda yer tapıb otuzdurardı. Bu dəfə də çimməyə getməzdən əvvəl anam “dum-dum” adıyla məni birtəhər razı saldı, amma bu dəfə doğrudan gedəcəkdik. Özü də qonşumuzda olan altmış yaşlı çoban İba dayı otuz yaşlı talış qızını dəmdəstgahla gəlin gətirmişdi. 

Yadımda o da qalıb ki, qırmızı rəngli paltarları çox sevərdim, anam da toya gedirik deyib, “çiçə” paltarlarımdan birini geyindirmişdi. Mağara yetişdik. Əvvəl adam çox idi deyə, kənarda dayanmışdıq. Bizdən qabaqda dayanan xalaların ayaqlarından başqa heç nə görə bilmirdim, amma toyun şıdırığı “dum-duma”sını eşidirdim. Səyyad Əlizadənin “Gül ki” mahnısının toyda-mağarda bərkgedən vaxtlarıydı. Toy yavaş-yavaş qızışandan sonra birtəhər mağarın xalçasını qaldırıb toyun mənzərəsini görməyə müvəffəq olmuşduq. 

Əsas məsələ gəlini görmək idi, ağdımı, qaradımı, qəşəngdimi, bir sözlə, necə olmasını görməyincə dincələ bilmirdik. Gəlini görməyə can atanda gözüm mağarı bəzəyən rəngli şarlara sataşdı. O vaxtlar dəbiydi, gəlin stolunun arxa tərəfinə xalça asıb üstünə pambıqla “Xoşbəxt olun! Toyunuz mübarək!” yazmaq... Bir də mağarın divarlarına al qırmızı xalatlar, qırmızı süni güllər bağlamaq, şarlar asmaq... Güllə, xalatla işim yox idi. Şarlar diqqətimi çəkmişdi. Anamın əlini dartdım ki, mənə baxsın. Yoxsa səs-küydən eşitməsi müşküldü. Birtəhər anamın qulağına deyə bildim ki, bəs o şarları istəyirəm. Anam da nə qədər başa salmağa çalışdı ki, onlar bəzək üçündür, açmaq olmaz, əl çəkmədim. Yazıq anam gördü ki, baş-beynini dəng edib, toya baxmağa qoymacam, bizdən qabaqda duranlara dedi ki, bəs o şarlardan birini açıb mənə versinlər. Amma niyəsə açıb verən olmadı. Yəqin göz görə-görə bəzəyi açmağı özlərinə sığışdırmadılar.

O vaxtlar atam balıqçılıqla məşğul idi. Balıqçılıqdan azdan-çoxdan başı çıxanlar bilir ki, balıqçılar nə vaxt bol balıq tutdularsa kefləri saz olur, yox, balıq olmadısa “Allah kərimdir!” deyib, gözləməkdən başqa çarələri olmur. Ona görə də uşaqlığımda həm varlı olmağın, həm də kasıblığın hər üzünü görmüşəm. İba dayının da toyu kasıb olan vaxtımıza təsadüf etmişdi, özü də lap kasıb. Yəqin anamın cibində şar almaq üçün pulu heç yoxmuş. Mağar toylarında tumsatan xalalar toyxananın bir başqa yaraşığı idilər. “Tumsatan” şərti addır, çünki minbir xırdavat olurdu onlarda, əlbəttə, şar da. Anamsa mənimçün şar almadı, amma mənə dedi ki, şarın cibimdədi, evə gedən kimi verəcəm sənə. Şarı göstərməsini istədim, görüm, doğrudan da, cibindədir ya yox. Anamın cibinə əlimi saldım. 

Əlimə şar dəydi. Necə sevinirdimsə, sevincimdən az qalmışdı girim toyxanaya oynayam. Ancaq toy daha mənimçün maraqlı deyildi. Evə tez gedib şarımı köpürdüb oynamaq istəyirdim. Hava qaralmağa başlayanda məhəllənin bir çox gəlini kimi anam da evə tələsdi. Yol boyu anamın cibində olan şarı əlimlə tutub saxlamışdım. Anam çıxarmağa qoymurdu ki, ancaq evə çatanda baxacaqsan. 

Uşaqlığın qəribə sevincləri olur, adicə bir şeydən ötrü hönkürüb ağlayırsan, xırda hədiyyələrdən göyə uçursan...

Evə çatar-çatmaz şarı anamın cibindən çıxarıb qardaşlarımın yanına qaçdım: 

- Baxııınnn, mənim şarım vaarrr, mənimdi, sizə verməyəcəmm - deyib, şarı lovğa-lovğa üfürməyə başladım. 

Nə qədər elədimsə şar şişmədi ki, şişmədi. Yarı pərt, yarı doluxsunmuş halda şarı kiçik qardaşıma uzatdım.

Qardaşım: 

- Aaa, Naxaamm, şarın deşikdi ki...

Demə, toyxanada uşaqların oynatdığı şarlardan biri partlayıb yerə düşəndə anam ağlamayım deyə, götürüb cibində gizlədibmiş.

Məryəm QAFARLI 



Ədəbiyyat

20.02.2018 | 10:45

“Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsi nəşrə hazırdır

19.02.2018 | 21:36

Umberto Eko ilə ilk və son görüş… - Kamal Abdulla

19.02.2018 | 15:42

Abidə əsərlərin müəllifi Toni Morrison - Tərcümə

19.02.2018 | 13:27

O bülbül ölməyib, ötməyə davam edəcək - Fariz Bayramov yazır

19.02.2018 | 11:37

Mübariz ruhlu alim, incə duyğulu şairə - Tahirə Qürrətül-Eyn

18.02.2018 | 19:44

Əliağa Vahidi öldürən tibb bacısı - Araşdırma

18.02.2018 | 17:30

Ədəbsiz ədəbiyyata doğru - Şərif Ağayar yazır

18.02.2018 | 13:45

“Əgər ən yaxın dostun müharibədə ölmüşsə...” - Rasim Qaraca

17.02.2018 | 21:55

Dəbiyyat - Nemət Hacıəliyev

17.02.2018 | 13:27

Yubiley mükafatı veriləcək - “Qızıl Buker”

17.02.2018 | 11:48

Məşhur yazıçıların fobiyaları - Azər Qismət yazır

16.02.2018 | 17:53

“Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər yandırmaq istəyər” - Rəşad Məcid

16.02.2018 | 16:46Ahmet Altana ömürlük həbs cəzası
16.02.2018 | 00:20

“Sevgini gizlətmək mahalmış demə!..” - Bəxtiyar Vahabzadənin şeirləri

15.02.2018 | 22:54

Skarpionkanın gözləri - Şəfa Vəlinin hekayəsi

15.02.2018 | 19:48

Biz modernist olmaq istəyirik! - Aqşin Yenisey yazır

15.02.2018 | 17:34On beş adda uşaq ədəbiyyatı nəşr olundu
15.02.2018 | 11:45

Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı - İsmayıl Şıxlı

15.02.2018 | 01:53

Milad hədiyyəsi - Sevgililər gününə özəl hekayə

14.02.2018 | 22:29

Sevgisizlik - Ceylan Mumoğlu yazır

14.02.2018 | 20:56İrfan Çiftçiyə Bəxtiyar Vahabzadə Mükafatı təqdim olundu
14.02.2018 | 19:45

“Sən zəriflik tanrısı, qadının ötəsisən...” - 20 ən gözəl sevgi şeiri

14.02.2018 | 18:53

“Zülmətdə bir Alatoran” - Rasim Qaracadan yeni kitab

14.02.2018 | 16:55

Cəfər Cabbarlının narahat qızı - İradə Tuncay yazır

14.02.2018 | 15:50

Çəhrayı çarx - Sərdar Amin yazır

14.02.2018 | 14:36Beynəlxalq kitab bağışlama günüdür
14.02.2018 | 11:43

Nabokovun məhəbbət məktubları - Maraqlı

13.02.2018 | 16:30"Azərbaycan-Türkiyə ədəbi əlaqələri" çərçivəsində silsilə tədbirlər
12.02.2018 | 19:23Səməd Vurğunun “Seçilmiş əsərləri” nəşr olundu
12.02.2018 | 18:22Müşfiq Xan kitabının çapı üçün kampaniyaya başladı