380x80 400x80

Cənubi Qafazda “erməni amili”nin yaranması

Dağlıq Qarabağ

06.11.2017 | 13:54 Oxunub: 81


Müxtəlif din və etnos daşıyıcılarının birgə yaşadığı Cənibi Qafqaz regionu tarix boyu mühüm əhəmiyyət kəsb edən ərazilərdən biri olub. 

Bu regionun əlverişli coğrafi mövqedə yerləşməsi, təbii sərvətlərinin zənginliyi onu dünya ölkələri üçün daha da əhəmiyyətli edir. 

Cənubi Qafqaz hər zaman fərqli mədəniyyətlərin birləşdiyi, siyasi maraqların toqquşduğu bir məkan olub. Tarixə nəzər saldıqda böyük dövlətlərin bu ərazilər uğrunda mübarizə apardığını, amma daimi şəkildə möhkəmlənə bilmədiklərini görürük. Bu siyasi rəqabət, maraqlar kontekstində Qafqaz bölgəsinin üz-üzə buraxıldığı ən böyük problem ermənilərin regiona kütləvi şəkildə köçürülməsindən sonra yaranıb. 

Müəyyən qüvvələrin himayəsi altında fəaliyyət göstərən ermənilər öz saxtalaşdırılmış tarixlərinə uyğun olaraq “Böyük Ermənistan” yaratmaq üçün Azərbaycanın bir sıra ərazilərini özününküləşdirməyə çalışıb, bu xüsusda dəhşətli cinayətlərə, qanlı faciələrə imza atıblar. Azərbaycanla yanaşı Türkiyə ərazilərinə də iddia edən ermənilər beynəlxalq aləmdə geniş təbliğat aparırlar. Təəssüf ki, müəyyən dövlətlərin siyasi maraqlarına xidmət edən bu propoqanda bəzi ölkələrin ədalətsiz yanaşmalarına gətirib çıxarır. Halbuki, tarixi faktlar sübut edir ki, Rusiya imperiyası dövründə ermənilər toplum şəklində Cənubi Qafqaza köçürülüblər. XIX əsrin əvvəllərindən etibarən həyata keçirilən bu siyasət bir əsr sonra nəticə verib. 1918-ci ildə ermənilərə Azərbaycanın qərb torpaqlarında dövlət yaratmaq imkanı verilib.

 Real tarixi saxtlaşdırmaq üçün ciddi cəhdlə fəaliyyət göstərsələr də ermənilərin gəlmə millət olduqları, qanunsuz ərazi iddiaları ilə çıxış etdikləri dəfələrlə sübut edilib, onlar həm yerli, həm də xarici mütəxəsislər tərəfindən ifşa olunublar. Erix Fayql, A.Qriboyedovun, V.Veliçkonun ermənilər haqqında araşdırmaları buna bariz nümunədir. Tanınmış rus diplomatı A.Qriboyedov ermənilər haqqında danışarkən Ermənistanın bir dövlət kimi tarixdə heç bir mühüm rol oynamadığını, onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı dözülməz, əclaflığı isə təəssüfləndiricidir deyə bildirmişdir. Fakt budur ki, 1978-ci ildə ermənilər Cənubi Qafqaza köçürülmələrinin 150 illiyi ilə bağlı Ağdərə ərazisində abidə ucaltmışdılar. 

Məsələ ilə bağlı “525”ə fikirlərini bildirən rusiyalı tarixçi Oleq Kuznetsov qeyd edib ki, ermənilər özlərini Qafqazda yerli xalq hesab etdiyi üçün Azərbaycan və Türkiyəyə ərazi iddiaları irəli sürürlər: “Ermənilər müasir dövlətlərini “Böyük Ermənsitan”ın hüquqi varisi hesab edirlər. Ancaq, bu, etibarlı elmi fakt deyil. Bu haqda nə Sovet ensiklopediyasında, nə də digər mənbələrdə məlumat var”.

O.Kuznetsov qeyd edib ki, bu gün ermənilərin Cənubi Qafqazda yerli xalq olması mübahisə doğurur: “Müasir elmə görə xalq vahid din, dil və ərazi birliyi ilə formalaşır. Bu mənada, ermənilər Qafqazda heç vaxt böyük bir xalq şəklində yaşamayıblar. Ermənilərin Cənubi Qafqaz bölgələrində artması Rusiyanın 1830-1970-ci illər dövlət siyasəti nəticəsində baş verib. Bu amil onlara imkan verib ki, Rusiya imperiyasından süqutundan sonra dövlətçilik ənənələri əldə etsinlər”.

Tarixçi bildirib ki, ermənilərin qonşu dövlətlərə ərazi iddiaları ilə çıxış etməsinin iki əsas səbəbi var: “Əvvəla, ermənilər xalq olaraq xarici qüvvələrin təsiri ilə formalaşıb, tez-tez onların məqsədləri üçün birləşdirilib. Ermənilərdən mübarizə aləti kimi, İran, Rusiya, Fransa və Böyük Britaniya Osmanlıya qarşı istifadə edib. Erməni xalqının aqressiyası məhz bununla bağlıdır. İkincisi səbəb isə budur ki, müasir erməni xalqının dünyagörüşü SSRİ-nin totalitar ideologiyası fonunda formalaşıb. Sovet birliyi erməniləri NATO blokuna qarşı bir alət olaraq görürdü. Sovet Ermənistanında Elmlər Akademiyası nəzdində müasir erməni millətçiliyi ideologiyasının formalaşdırıldığı intellektual mərkəz mövcud idi. Bu qurum SSRİ-də idarə olunaraq, NATO-nun Yaxın Şərq və Orta Asiyaya hərəkətinə qarşı yönəlmişdi”.

Tarixçi əlavə edib ki, erməni millətçiliyi Rusiya imperiyası və Sovet birliyinin xarici siyasətində bir alət olub: “Ona görə də, ermənilər Kremldən hər cür dəstək alırdılar. Ancaq bu onlar arasında ideoloji və praktik planda prinsipiallığın mövcudluğu anlamına gəlmir”. 

Osmanlılardan kommunistlərə qədər müxtəlif dövlətlər və ideologiyaların təsiri ilə erməni dünyagörüşünün formalaşdığını qeyd edən tarixçi onu da vurğulayıb ki:” Öz məqsədlərinə çatmaq üçün hədəf aləti olaraq erməniləri seçib onlara “Böyük ermənistan” vədlərini verirdilər. Fakt isə budur ki, ermənilər üzərində müxtəlif yüzilliklərdə hökmranlıq etmiş dövlətlərin heç biri, Osmanlı istisna olmaqla, onlara söz verdikləri dövlətlərini yaratmadı. Buna görə də, ermənilər özlərini zərər çəkmiş və aldadılmış hesab edirlər. Hərçənd ki, onlara konkret söz deyil yalnız, vədlər verilib “.

O.Kuznetsov onu da bildirib ki, məhz Sovet hakimiyyəti dövründə  “Böyük Ermənsitan” xəritəsinin ideyası önə çəkilib:” Eyni zamanda, uydurma “erməni soyqırımı” da bu dönəmdə yaradılıb. Bütün bu proseslər  Rusiya imperiyasının 1890-cı illərdə Osmanlı və İranın bəzi sərhəd bölgələrinə geosiyasi maraqları nəticəsində yaranıb”.

Zeynəb ƏKBƏR



Dağlıq Qarabağ

23.02.2018 | 18:48Uşaqların ifasında “Xocalı” tamaşası olacaq
23.02.2018 | 11:29Kaliforniyada Xocalı soyqırımına həsr olunmuş film göstərildi
22.02.2018 | 16:34“İrəli” Xocalı aksiyasına başladı
22.02.2018 | 15:32UNEC müəllimləri Türkiyədə Xocalı soyqırımından danışdılar
19.02.2018 | 17:48“Övladımın şəhidliyi mənə minlərlə oğul qazandırdı”
17.02.2018 | 09:44Qaradağlı qətliamından 26 il ötür
15.02.2018 | 13:46

Dilqəm və Şahbaz erməni diversantlarla dəyişdirilə bilər

13.02.2018 | 18:33

Xramortda 5 gün: Düşmənin gözünə dik baxan bayraqdar

12.02.2018 | 20:44

Cəbhədə təxribat: düşmən avtomobilini yandıraraq geri çəkildi - Video

07.02.2018 | 13:40

Mübariz İbrahimovun son məktubu - Anım

04.02.2018 | 13:41

Amerikalı həmsədr Azərbaycandadır

02.02.2018 | 15:50

“Ya general olacağam, ya da şəhid” - Mühüd Orucov

26.01.2018 | 15:24Daşaltı əməliyyatından 26 il ötür
19.01.2018 | 18:40Əsgərimiz şəhid oldu
18.01.2018 | 18:34

Nazir ingiliscə Qarabağdan danışdı

18.01.2018 | 09:47

Göydən 5 rayon düşdü - Aqil Abbas

29.12.2017 | 00:29

Qarabağ - Mina Rəşidin essesi

28.12.2017 | 09:48Xankəndinin işğalından 26 il ötür
14.12.2017 | 16:49

Yaşar ürəklərdə adı Əliyarın... - Milli Qəhrəmanın doğum günüdür

14.12.2017 | 12:25Əsgərimiz şəhid oldu
06.12.2017 | 09:51

Bu gün Məmmədyarov və Nalbandyan bir araya gələcəklər

29.11.2017 | 19:47

Çavuşoğlu həmsədrlərlə bir arada

28.11.2017 | 14:55Hərbçimizin meyiti qaytarıldı
28.11.2017 | 12:40

Əsgərimizin meyiti Ermənistan tərəfindən götürüldü

22.11.2017 | 16:52

"Dağlıq Qarabağ münaqişəsini həll edəcək əsas güc Putindir"

20.11.2017 | 12:42

Nazir: “Həmsədrlər dəfələrlə qeyd ediblər ki...”

20.11.2017 | 10:49Qarakənd faciəsindən 26 il ötür
16.11.2017 | 21:42

ABŞ həmsədrlikdən çəkilir? - Rəsmi

16.11.2017 | 18:48

Məmmədyarov Nalbandyanla görüş təklifini qəbul etdi

06.11.2017 | 13:54Cənubi Qafazda “erməni amili”nin yaranması