380x80 400x80

“Mirvari sırğalı qız” - Araşdırma

İncəsənət

01.11.2017 | 16:43 Oxunub: 438


Aysel MƏHƏRRƏMOVA

Parafraz dünya şöhrətli Hollandiya rəssamı Yan Vermeerin məşhur tablosu “Mirvari sırğalı qız” haqqında araşdırmanı təqdim edir. 

“Mirvari sırğalı qız” Yan Vermeerin şah əsəri hesab olunur. Rəsmin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Sözügedən əsəri bəzən "Qərb Mona Lozası" və ya "Holland Mona Lizası" da adlandırırlar.

Veermerin əsərləri haqda geniş məlumat demək olar ki, yoxdur. Bu əsər də istisna deyil. 
Rəsm əsəri "4Meer" şəklində imzalanıb, amma tarix qeyd edilməyib. Rəsmin 1994-ci ildəki sonuncu bərpasından sonra şəklin incə rəngli kombinasiyası və qızın tamaşaçıya baxışının yaxınlığı daha çox artıb. 

Veermerin nadir əsərlərinin xaricə satılmasının qarşısını almağa çalışan Viktor de Stuersin məsləhətilə Dos Tombe 1887-ci ildə tablonu Haaqada keçirilən sərgidə satın alıb, amma varisi olmadığından bu əsərlə birgə başqa tabloları da 1902-ci ildə Mauritshuisa bağışlayıb. Əsər XX əsrin sonlarına doğru məşhurlaşmağa başlayıb. 


Hər iki əsərdə cəlbedici arxa fon var. Fərq bundadır ki, "Mona Liza" portretdir, Veermerin şah əsərini isə portret saymaq olmaz. Buna "Trone" deyilir, bir xarakterin, var olan insanın təmsili anlamına gəlir. Güman ki, toblodakı mirvari sırğalı qız ekzotik insandır, çünki sarı örtüyü, XVII əsr holland mədəniyyətinə xas olmayan geyimi və böyük ölçülü mirvari sırğaları ilk baxışdan tanış gəlmir. Onu profildən görürük, amma düz tərəfdən baxmağa çalışsaq Mona Lizaya bənzədiyini görərik. Hər iki örnəkdə əsrarəngiz baxışlarla qarşılaşırıq. Bu dərin baxışlarla bizə nə anlatmağa çalışırlar? Nə düşünürlər, kimdir onlar? Əlaqəmiz nədən ibarətdir? Cavabını bilmədiyimiz suallar ortaya çıxır.

İşıq istifadəsinin incəliyi insanı özünə cəlb edir. Üz cizgilərinin yumşaqlığı, maviylə qızılı rəngin ahəngi insanda bağlılıq yaradır. Mənzərə toblolarında buludların keçməsi bizə zaman axışını hiss etdirir. Sanki əsərdəki qız başını çevirib bizimlə söhbət etməyə, əlaqə qurmağa çalışır, amma nə haqda olduğunu bilmirik. Rəng və işiğın incəliyi, səmimiyyət çox gözəl anın beynimizə həkk olunmasına yardım edir, rəsmin çox sevilməsinin bir səbəbi də budur.

Bu əsərdən təsirlənərək roman yazanlar da olub. 1999-ci ildə Treysi Çevalier bu tablonun yaranmasından bəhs eden "Mirvari sırğalı qız" adlı tarixi roman yazıb. Romanda Veermerin şəklin çəkilməsi üçun pulla tutulmuş Qriet adlı qulluqçuyla yaxınlığından, qızın onun həyat yoldaşının mirvari sırğasını taxdığından bəhs edilir. 



Romanın motivləri əsasında 2003-ci ildə film çəkilib, 2008-ci ildə isə tamaşaya qoyulub.



İncəsənət

19.02.2018 | 19:20

Nar ağacının fəryadı - Şəhid xanəndə Şahmalı Kürdoğlunun xatirəsinə

16.02.2018 | 09:52Emin Sabitoğlu haqqında kitab nəşr olundu
15.02.2018 | 09:49

Bir də gördüm atam özünü vurdu… - Qan Turalı yazır

13.02.2018 | 20:50

Çelentanoların bitməyən sevgi hekayəsi - Fotolar

13.02.2018 | 19:52“ƏSA” Teatrından növbəti tamaşa
12.02.2018 | 21:30Hüseyn Cavidin “İblis”i İstanbul səhnəsində oynanılacaq
10.02.2018 | 19:33

Motsart haqqında 5 əfsanə - Maraqlı

09.02.2018 | 16:49Nuriyyə Əhmədova yad edildi
09.02.2018 | 12:48Qara Qarayevlə Azərbaycan xalqı arasındakı uçurum
08.02.2018 | 17:48Bəstəkar Cavanşir Quliyevin kitabı çap olundu
08.02.2018 | 15:26Nəğmələrlə qazanılan şöhrət və əbədiyyət
07.02.2018 | 10:43

Cahangir Novruzov Adanada yeni tamaşasını təqdim etdi - Fotolar

06.02.2018 | 09:54Qara Qarayevin 100 illiyi qeyd edildi
05.02.2018 | 20:47Qara Qarayev 100 yaşında
05.02.2018 | 09:53ABŞ-da cümhuriyyətin 100 illiyi "Əli və Nino" ilə başladı
04.02.2018 | 19:54

Evlilik haqqında ən yaxşı 10 film - Siyahı

01.02.2018 | 17:25

Barış Manço əfsanəsi - Araşdırma

01.02.2018 | 14:57Azərbaycanlı rəssam BMT-nin xüsusi mükafatına layiq görüldü
31.01.2018 | 19:47

Qiraət müsabiqəsi elan edildi - “Nəsimi poeziyası”

30.01.2018 | 22:51

Çaplinin heyranı olan rus rejissor - Fotolar

29.01.2018 | 21:55

Dahiləri yaxın buraxmayan qadın: Lu Salome - Fotolar

29.01.2018 | 18:57Tofiq Kazımovun 95 illik yubileyinə həsr olunan tədbir keçiriləcək
28.01.2018 | 17:46

2017-ci ilin ən çox bəyənilən 22 film replikası - Fotolar

27.01.2018 | 17:53

Səhnədə Cənnət yaradanda... - Şahanə Müşfiq

26.01.2018 | 18:26

Azərbaycan tamaşaçısına xas 14 ədəbsizlik - Siyahı

23.01.2018 | 18:55

“Oskar”a namizədlər açıqlandı - Siyahı

23.01.2018 | 15:51İtaliyada “Fikrini dəyişmək normaldır” adlı sərgi açıldı
23.01.2018 | 12:52Arzu Əliyevanın filmi Los-Ancelesdə nümayiş olundu
21.01.2018 | 19:52

Soyqırım mövzulu ən yaxşı 10 film - Siyahı

21.01.2018 | 09:51

Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova