380x80 400x80

Nazir: "TANAP vaxtından əvvəl reallaşdırılacaq"

Energetika

06.10.2017 | 12:41 Oxunub: 100

"TANAP Avropanın enerji təhlükəsizliyi baxımından həyati əhəmiyyət kəsb edən tarixi layihədir". 

Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak "Anadolu" agentliyinə müsahibəsində bildirib.
 
Nazirin sözlərinə görə, layihənin tikintisi ilə bağlı işlər olduqca sürətli gedir: "Bu gedişlə layihəni vaxtından əvvəl reallaşdırmağa nail olacağıq. TANAP Azərbaycan-Türkiyə ortaq layihəsidir. Türkiyə bu layihə üçün çox böyük həcmdə işlər görüb, təşəbbüslər irəli sürüb. Layihənin reallaşdırılmasına peşəkarlar cəlb olunub. Layihənin 80%-i tamamlanıb. Şübhəsiz, 2018-ci ilin ilk rübündə TANAP-ın Türkiyə ərazisində işləri tamamlanacaq, 2020-ci ildə isə TAP layihəsi təhvil veriləcək. Beləliklə, Azərbaycan qazının Avropaya çatdırılmasının şahidi olacağıq".
 
"Cənub Qaz Dəhlizi" layihəsi regionun ən aktual layihələrindən biridir. "Şahdəniz-2" layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək.
 
Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır.




Energetika

22.11.2017 | 19:42Azərbaycan Rusiyadan qaz alışını bərpa etdi
17.11.2017 | 20:58

“Premium” və “Super” markalı benzin bahalaşdı

06.10.2017 | 12:41Nazir: "TANAP vaxtından əvvəl reallaşdırılacaq"
04.10.2017 | 10:55SOCAR-ın 2 müəssisəsi birləşdi
14.09.2017 | 18:48

“Əsrin müqaviləsi”nin müddəti uzadıldı

05.09.2017 | 16:07Azərbaycan öhdəliyini yerinə yetirdi
29.08.2017 | 17:45“Neft Daşları”nda estakada təmir olundu
28.08.2017 | 10:12Brent markalı neft bahalaşdı
14.08.2017 | 00:39

“Lukoil” və SOCAR Türkiyə şirkətlərinə birgə yatırım edə bilər