380x80 400x80

Çəhrayı çarx - Sərdar Amin yazır

Ədəbiyyat

14.02.2018 | 15:50 Oxunub: 49

Çəhrayı çarxı məhəlləmizə Milyard gətirmişdi. Milyard dəcəl oğlan idi, adı düz-əməlliymiş kimi biz də üsütndən ona “Mişka” deyirdik. Kasıb ailənin vəhşi balası Mişka! 

Mişka çəhrayı çarxı məhəlləmizə gətirən kimi satışa çıxardı; ya 4 kq qoz, ya bir kisə “butulka”, ya da iyirmi “hinduşka” yumurtası. Çarx da çarx idi ha, rəngi çəhrayı, forması da... İkicə günün içində çarx qonşumuz Bəhruza keçdi. Ötən gündü, onu nəyin müqabilində aldığını unutmuşam. Söhbətin hansı çarxlardan getdiyini kim bilməsə də uşaqlığı 90-larda sürünənlər yaxşı bilər; məftili “kiril П”-si kimi əyib itələdiyimiz və onun müvazinətini qorumaqçın müvazinətimizi itirənədək arxasınca qaçdığımız rezin təkərlər...

Yolların yumşaq tozla örtüldüyü və ayaqyalın uşaqlığımızın bu tozu şappıldata-şappıldata kəndi dövr etdiyimiz günlərdən biri idi. Yolda səs küy eşidib çölə qaçdım. Ayağımı qapıdan yola təzəcə qoymuşdum ki, təpənin üstündən Bəhruzun “Tərpənmə!” deyən qışqırığını eşitdim. Tərpənmədim də. Bir neçə saniyə sonra Bəhruzun qoz salmaq üçün göya tolazladığı qaz yumurtası boyda daş təpəmə dəydi. Yanaqlarımla şırıldayan mayenin qan olduğunu qoxusundan bildim. Ağrı hisss etməmiş qanın qorxusu məni tutdu, bərkdən ağladım. Bəhruzun nənəsi məni qucağına alıb (səsimi anam eşitməsin deyə ağzımı da tutmuşdu) quyunun yanına qaçırdı. Sərin suyla başımı yudu. Üz gözümə su şappıldatdı. Badımcanı rəngli pencəyimin üstünə sıçarayan qanlı su damcıları indiyə kimi xatirimdədir. Qadın başımı, paltarımı təmizləyə-təmizləyə məni dilə-dişə tutmaq istəyir, uşaq başımı aldadıb məni kiritməyə bəhanə axtarırdı. Ancaq mən lazım olduğundan da bərk ağlayırdım. Bunu niyə elədiyimi bir mən bilirdim, bir də Bəhruz. Ötən gündü, yalan deyərəm, yəqin bir də Allah bilirdi. Bəli, başımı yardığına görə Bəhruz mənə çəhrayı təkəri verməli idi, bu aramızdakı yalnız özümüzün duya biləcəyi anlaşma idi. Ağlaya-ağlaya hərdən gözümlə Bəhruzu axtarır, onun nə qədər həyəcanlandığını yoxlayıb, səsimin tonunu tənzimləyirdim. Bəhruz hər şeyi yaxşı bilirdi, artıq olan olmuşdu, könülsüz-közünlsüz addımlayıb tam ürəklə sürə bilmədiyi çəhrayı çarxı gətirdi. Təkəri mənə verən kimi hər şeyin yoluna düşəcəyinə əminliklə “yaxşı, götür” deyib getdi. 

Nənəsinin əlindən sürüşüb içimi çəkə-çəkə ordan uzaqlaşdım. Bəhruz arxamca “Başını anan görsə, təkəri alacam səndən” deməyi də unutmadı.
 
O gecə atam adəti üzrə başımı oxşayanda əli başımdakı yaraya toxundu. Hər şeyin məhv olacağı o an, kişi özü də bilmədən bir cümləsilə çəhrayı çarxı məndə saxlamış oldu:

- Ay qız, uşaq başına mürəbbə sürtüb.

Çəhrayı təkərli günlərim uşaqlıq ömrümün ən gözəl anları oldu; sabahlar gün çıxmamış “Hondo” motoskeletimi şehli yoncalıqlarala sürür, tozlu yollarda iz qoyurdum. Yolun kənarındakı kölgəli və nəm torpaqlara qonan xırda, mavi kəpənəkləri uçurdurdum.

“Çəhrayı günlərim”in 4-cüsü idi, kasıb balası Mişka həyətmizə gəldi. Yanımdakı çəhrayı çarxı götürüb kötüyün üstünə qoydu. Baltanı əlinə alıb “sən heç bilirdin ki, şlanqı balta kəsmir?” dedi. Çox qorxdum. Amma ilk zərbədən sonra çarxa dəyib zərblə yuxarı atılan baltanı görəndə ürəyim yerinə gəldi. Balta içi havayla dolu olduğuna görə doğrudan da şlanqı kəsmirmiş. Mişka ikinci dəfə də baltanı şlanqa vurdu. Balta zərblə çırpılanda hər şeyi kəsirmiş. Çəhrayı çarxım ortadan bölündü. Mişka qaçdı. Qaçmasaydı onu elə o baltayla vuracağımı yaxşı bilirdi. Baltanı götürüb arxasınca qaçdım. Onu qova-qova baltanı başına çırpacağdım ki, arxadan bir qüvvətli bir əl baltadan yapışdı. Atam idi...

Kişi çarxı bərpa eləyəcəyini deyib məni birtəhər sakitləşdirdi. Elədi də. Amma çarx yaralanmışdı, məftilin üzərində “yağ kimi” getmirdi. Sehrini də itirmişdi. Sözsüz, sonra çox şey beləcə sehrini itirdi.

Bir neçə ay əvvəl kəndə getmişdim. Bağımızın ətəyindəki çəpərə yaxınlaşıb siqaret yandırdım. Çəpər keçilməz olsun deyə atam bura lazımsız dəmir əşyaları da yığmışdı. Min cür köhnə-kürüşün arasında həmin çəhrayı çarxı da gördüm. Siqaretim artıq bitirdi. Və ilk dəfə siqareti siqaretdən yandırıb çarxa baxdım. Qəribə qürurlandım. O çarx hələ də bizim həyətimizdə idi. Və ömrümün enerji batareyalarından olan xatirələrdən birini özüylə bərabər yaşadırdı.




Ədəbiyyat

20.02.2018 | 10:45

“Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsi nəşrə hazırdır

19.02.2018 | 21:36

Umberto Eko ilə ilk və son görüş… - Kamal Abdulla

19.02.2018 | 15:42

Abidə əsərlərin müəllifi Toni Morrison - Tərcümə

19.02.2018 | 13:27

O bülbül ölməyib, ötməyə davam edəcək - Fariz Bayramov yazır

19.02.2018 | 11:37

Mübariz ruhlu alim, incə duyğulu şairə - Tahirə Qürrətül-Eyn

18.02.2018 | 19:44

Əliağa Vahidi öldürən tibb bacısı - Araşdırma

18.02.2018 | 17:30

Ədəbsiz ədəbiyyata doğru - Şərif Ağayar yazır

18.02.2018 | 13:45

“Əgər ən yaxın dostun müharibədə ölmüşsə...” - Rasim Qaraca

17.02.2018 | 21:55

Dəbiyyat - Nemət Hacıəliyev

17.02.2018 | 13:27

Yubiley mükafatı veriləcək - “Qızıl Buker”

17.02.2018 | 11:48

Məşhur yazıçıların fobiyaları - Azər Qismət yazır

16.02.2018 | 17:53

“Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər yandırmaq istəyər” - Rəşad Məcid

16.02.2018 | 16:46Ahmet Altana ömürlük həbs cəzası
16.02.2018 | 00:20

“Sevgini gizlətmək mahalmış demə!..” - Bəxtiyar Vahabzadənin şeirləri

15.02.2018 | 22:54

Skarpionkanın gözləri - Şəfa Vəlinin hekayəsi

15.02.2018 | 19:48

Biz modernist olmaq istəyirik! - Aqşin Yenisey yazır

15.02.2018 | 17:34On beş adda uşaq ədəbiyyatı nəşr olundu
15.02.2018 | 11:45

Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı - İsmayıl Şıxlı

15.02.2018 | 01:53

Milad hədiyyəsi - Sevgililər gününə özəl hekayə

14.02.2018 | 22:29

Sevgisizlik - Ceylan Mumoğlu yazır

14.02.2018 | 20:56İrfan Çiftçiyə Bəxtiyar Vahabzadə Mükafatı təqdim olundu
14.02.2018 | 19:45

“Sən zəriflik tanrısı, qadının ötəsisən...” - 20 ən gözəl sevgi şeiri

14.02.2018 | 18:53

“Zülmətdə bir Alatoran” - Rasim Qaracadan yeni kitab

14.02.2018 | 16:55

Cəfər Cabbarlının narahat qızı - İradə Tuncay yazır

14.02.2018 | 15:50

Çəhrayı çarx - Sərdar Amin yazır

14.02.2018 | 14:36Beynəlxalq kitab bağışlama günüdür
14.02.2018 | 11:43

Nabokovun məhəbbət məktubları - Maraqlı

13.02.2018 | 16:30"Azərbaycan-Türkiyə ədəbi əlaqələri" çərçivəsində silsilə tədbirlər
12.02.2018 | 19:23Səməd Vurğunun “Seçilmiş əsərləri” nəşr olundu
12.02.2018 | 18:22Müşfiq Xan kitabının çapı üçün kampaniyaya başladı