380x80 400x80

“İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm”

Təhsil

12.02.2018 | 16:20 Oxunub: 229

Fevralın 12-də Azərbaycan Dövlət İqtisad Universitetində "İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Universitetdən Parafraz-a verilən məlumata görə, UNEC-in rektoru, professor Ədalət Muradov "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"nın qəbul olunmasına diqqət çəkərək, sənəddə əlilliyi olan şəxslərin təhsil hüququnun təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin edilməsi, onların təhsili üçün maneəsiz mühitin yaradılması və bütün dünyada aktual olan inklüziv təhsil vasitəsi ilə cəmiyyətə inteqrasiyasını təmin edən bütün amillərin nəzərə alındığını bildirib.

Rektor UNEC-də inklüziv təhsil sahəsində görülən işlərdən bəhs edərək, 2015-ci ildən universitetdə Əlilliyi olan tələbələr üçün mərkəzin fəaliyyət göstərdiyini deyib. O, Azərbaycanda inklüziv ali təhsildə ikili diplom proqramının ilk dəfə UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universiteti arasında həyata keçirildiyini qeyd edib. UNEC-də 26 fiziki məhdudiyyətli tələbənin təhsil aldığına diqqət çəkən Ə.Muradov, onlara universitetin ictimai və sosial həyatında da fəal iştirak etmələri üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Rektor ötən il beynəlxalq reytinqlərdə dünyanın ən "yaşıl" 619 universitetindən biri seçilən  UNEC-in inklüziv təhsil sahəsində də dünyanın ən yaxşı universitetləri ilə bir sırada dayanacağına əminliyini ifadə edib.

Çıxışına "inklüziv təhsil dedikdə ağla ilk gələn orta məktəblər olurdusa, ilk dəfə ali təhsil məkanında əlillərə doğru addım atan UNEC bu stereotipi dağıtdı" sözləri başlayan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli UNEC-in Əlilliyi olan tələbələr üçün mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. H.Rəcəbli ölkədə təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn xüsusi qayğıya ehtiyacı olan insanlar üçün inklüziv təhsil modelinin yaradılması ilə bağlı dövlətin həyata keçirdiyi islahatlardan danışaraq, bu sahədə ardıcıl işlər aparıldığını diqqətə çatdırıb. Bu gün Azərbaycanda bu sahədə müəyyən təcrübə əldə olunduğunu deyən komitə sədri, bununla bağlı hüquqi bazanın yaradıldığını və qanunlarda bu məsələnin təsbit edildiyini bildirib.

Dünya Əngəllilər Vəqfinin (WDU) vitse-prezidenti Necdet Öztürk dünya əhalisinin 15 faizinin fiziki məhdudiyyətli olduğunu diqqətə çatdıraraq, onların təhsil hüququnun qorunmasının vacibliyini qeyd edib. İnklüziv təhsilin xüsusiyyətlərindən danışan N.Öztürk bu sahədə dünyanın qabaqcıl universitetlərinin təcrübəsindən faydalanmağı tövsiyə edib, beynəlxalq standartları açıqlayıb. O, inklüziv təhsildə UNEC modelinin çox uğurlu olacağına əminliyini ifadə edib.

Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasında ali təhsilin olmasını vacib şərtlərdən biri kimi qiymətləndirən Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli bu istiqamətdə universitetlərin üzərinə böyük məsulliyyət düşdüyünü qeyd edib. O, inklüziv təhsildə problemlərin aradan qaldırılması ilə bağlı layihələrin həyata keçirildiyinə diqqət çəkərək, UNEC də daxil olmaqla, ölkənin 6 ali təhsil müəssisəsində beynəlxalq təcrübəyə əsaslanan mərkəzlərin yaradıldığını vurğulayıb.

Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri, Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə müşaviri Müqalib Mahmudov Azərbaycan əhalisinin 6 faizinin əlil olduğunu bildirərək, bunun MDB məkanında ən aşağı göstərici olduğunu diqqətə çatdırıb. UAE Zayed Sosial Müdafiə Milli təşkilatının tədris sektorunun baş təlimçiləri Şaron Keqan və Tina merk inklüziv təhsil sahəsində öz təcrübələrini paylaşıblar. UNEC-in Əlilliyi olan tələbələr üçün mərkəzinin koordinatoru Sevinc Məhsimova mərkəzin fəaliyyətindən danışıb.

Konfrans çərçivəsində UNEC ilə Azərbaycan Əlil Təşkilatları İttifaqı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə UNEC-də əlilliyi olan şəxslərin abilitasiya və reabilitasiyası məqsədi ilə birgə effektiv pedaqoji prosedurların hazırlanması nəzərdə tutulub. Eyni zamanda birgə layihə, konfrans, seminar, təlimlərin təşkil edilməsi və digər məsələlər əks olunub.

Üç gün davam edəcək konfransda xarici və yerli mütəxəssislərin inklüziv ali təhsilin bütün istiqamətləri üzrə təlimləri təşkil ediləcək.

Konfrans UNEC, Dünya Əngəllilər Vəqfi (WDU), Azərbaycan Əlil Təşkilatları İttifaqı və Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.




Təhsil

21.02.2018 | 16:39UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018 | 15:46UNEC-dən abituriyentlər üçün layihə
21.02.2018 | 09:49

Yeni magistratura ixtisasları yaradıldı

20.02.2018 | 16:48“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” tədbiri
20.02.2018 | 09:34

Biznes ideya müsabiqəsi başlayır - Tələbələr üçün

16.02.2018 | 12:42Rektordan dərsə gecikən tələbələrə maraqlı hədiyyə
15.02.2018 | 14:44Tələbələr məcburi köçkün məktəblərində təcrübə keçəcəklər
14.02.2018 | 12:51Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevlə bağlı sessiya
12.02.2018 | 16:20“İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm”
12.02.2018 | 09:52“UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”
07.02.2018 | 12:38UNEC alimləri tədqiqatlarını Türkiyədə davam etdirirlər
07.02.2018 | 11:26Türk professor: “UNEC-in akademik etikası öyrənilməlidir”
06.02.2018 | 11:44UNEC-də tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılır
05.02.2018 | 18:49Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
05.02.2018 | 14:47UNEC-in gənc müəllimləri təcrübə mübadiləsində
05.02.2018 | 10:41UNEC-də qış sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü
03.02.2018 | 12:22ADU-nun Belarusla əlaqələri genişlənir
02.02.2018 | 11:28

Magistraturaya sənəd qəbulu elan edildi

01.02.2018 | 13:53UNEC alimləri Beynəlxalq qrant müsabiqəsinin qalibi oldular
31.01.2018 | 15:33ADU-da Gənclər günü ilə bağlı tədbir
31.01.2018 | 13:29Montpellier Universitetinin nümayəndələri UNEC-də
30.01.2018 | 16:34Dillər Universiteti Kiyev Milli Linqvistik Universiteti ilə əməkdaşlığa başlayır
30.01.2018 | 13:41Xarici Təhsilli Əməkdaşlar Birliyinin proqramı müzakirə olundu
30.01.2018 | 10:21“IBM” Neft Məktəbi ilə əməkdaşlıq edəcək
29.01.2018 | 10:28UNEC-də növbəti “Açıq qapı” günü
29.01.2018 | 09:53UNEC gənc alimlərinin gələcək prioritetləri
26.01.2018 | 20:40Koreyalı tələbələr Dillər Universitetində
26.01.2018 | 20:14Kamal Abdulla Gürcüstan Təhsil Elmləri Akademiyasının həqiqi üzvü seçildi
26.01.2018 | 09:48

Sabahdan məktəblilərin qış tətili başlayır

25.01.2018 | 13:41Neft Məktəbində yeni elektron tədris sistemi yaradılır