380x80 400x80

TÜRKSOY Azərbaycanla bağlı çoxsaylı tədbirlər həyata keçirəcək

Mədəniyyət

09.02.2018 | 19:49 Oxunub: 33

Fevralın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə TÜRKSOY-un baş katibi Düsen Kaseinov arasında görüş olub.

Nazirlikdən Parafraz-a verilən məlumata görə, Ə.Qarayev TÜRKSOY-un fəaliyyətinin bütövlükdə türkdilli xalqların birliyinə xidmət etdiyini deyib. Bildirib ki, türk mədəniyyətini, xalqların milli adət-ənənələrini beynəlxalq aləmdə tanıdılması istiqamətində birgə işlər görülməlidir.

Təşkilatın Azərbaycanla əlaqələrinin daha da davamlı olacağına əminliyini ifadə edən nazir qeyd edib ki, UNESCO və ISESCO ilə də sıx əməkdaşlıq edən TÜRKSOY müxtəlif beynəlxalq forumlarda yaxından iştirak edir, türkdilli xalqların mədəniyyətinin təbliğini həyata keçirir.

Görüşdə, həmçinin Qara Qarayevin 100 illik yubiley tədbirlərinin keçirilməsi və ölkəmizdə mədəniyyət sahəsində gerçəkləşən yeni tədbirlər, layihələr müzakirə olunub.

Səmimi qonaqpərvərliyə görə nazirə təşəkkürünü bildirən baş katib təşkilatın gələcəkdə həyata keçirəcəyi layihələr haqqında məlumat verib və Azərbaycanla bağlı çoxsaylı tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.




Mədəniyyət

16.02.2018 | 14:48Azərbaycanda Çin Yeni ili qeyd olundu
15.02.2018 | 12:32Əbülfəs Qarayev Türkiyə səfiri ilə görüşdü
09.02.2018 | 19:49TÜRKSOY Azərbaycanla bağlı çoxsaylı tədbirlər həyata keçirəcək
06.02.2018 | 17:27Qara Qarayevə həsr olunan kitab sərgisi açıldı
01.02.2018 | 15:45“Baku Guide”in fevral sayı
29.01.2018 | 18:28Qara Qarayevin yubileyi qeyd olunacaq
27.01.2018 | 19:54

Emin Sabitoğlu kinosu - Pərvinin təqdimatında

26.01.2018 | 21:03“Gəncliyin səsi” festivalı keçiriləcək
25.01.2018 | 10:43İndoneziyada Azərbaycan mədəniyyəti mərkəzi yaradıldı
23.01.2018 | 13:53Dillər Universitetində zərgərliklə bağlı elmi seminar
22.01.2018 | 09:50Türkiyənin məşhur layihəsinin Azərbaycan seçimi başa çatdı
18.01.2018 | 12:49Yusif Eyvazov “Don Karlos” operasında çıxış edəcək
09.01.2018 | 21:28Cem Yılmaz yeni filminə görə məhkəməlik oldu
09.01.2018 | 16:28“YARAT” ilin ilk mövsümünü tamaşa ilə açacaq
08.01.2018 | 14:41“Qızıl qlobus”un qalibləri məlum oldu
05.01.2018 | 17:55

“Hababam sinfi”nin “Mahmut hoca”sı vəfat etdi - Fotolar

27.12.2017 | 18:53Polad Alemdar ekranlara qayıdır
06.12.2017 | 14:45

Gələn il “Qara Qarayev ili” elan edildi - Rəsmi

01.12.2017 | 21:49ABŞ prezidenti öz həyatından serial çəkəcək
29.11.2017 | 21:41“Daşla danışan adam” sənədli filmi təqdim edildi
27.11.2017 | 14:33

“Qırmızı bağ” - Pərvinin təqdimatında

26.11.2017 | 22:24Uşaq “Avroviziya” müsabiqəsinin qalibi məlum oldu
22.11.2017 | 20:40Rasim Balayev müalicə üçün Türkiyəyə getməyəcək
18.11.2017 | 19:35Deputat Rasim Balayevlə bir arada
18.11.2017 | 14:23Emin Sabitoğlunun anım günüdür
16.11.2017 | 11:25İlk rok-operamız səhnələşdiriləcək
06.11.2017 | 15:18V “Soyuq əllər, isti ürək” yarmarkası başlayır
02.11.2017 | 17:41“Alibaba”nın sahibi kunq fu filminə çəkilir
21.10.2017 | 20:32

Məşhur filmlər haqqında 12 fakt

19.10.2017 | 13:21İlqar Nəcəf “Asiya Oskarı”nın qalibi oldu