380x80 400x80

Dünya çempionatı kubokunun əsli prezidentə təqdim edildi

Rəsmi

09.02.2018 | 18:51 Oxunub: 22

Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib.

Parafraz-ın məlumatına görə, kubok Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunub.

Kubok futbol üzrə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib. 

Görüşdə çıxış edən K. Karambo bildirib ki, Azərbaycanda olmaq onun üçün həqiqətən də şərəfdir: “Sizin gözəl şəhəriniz var. Sizin həmişə idmana dəstək verdiyinizi bilirəm və buna görə Sizə minnətdarıq. Bizi qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür edirik. Cənab prezident, bu Kubok Sizə təqdim olunur, siz buna layiqsiniz”.

İ. Əliyev isə bunları deyib: “Çox sağ olun. Mən FIFA-ya, şəxsən sizə, sizin həmkarlarınıza bu tarixi Kuboku Azərbaycan xalqına, azərbaycanlı azarkeşlərə təqdim etmək məqsədilə Bakıya gəlişiniz üçün minnətdaram. Biz Azərbaycanın və Bakının turnenin keçirildiyi ölkə və şəhərlərdən biri kimi seçilməsindən qürur duyuruq. Bu, bizim üçün həqiqətən də böyük şərəfdir. Bu gün bu, böyük bir hadisə olacaq və mən əminəm ki, azarkeşlər bu Kuboka baxmaqdan çox məmnun olacaqlar. Mən sizin icazənizlə bu kuboka toxundum. Mən bilirəm ki, Kuboka yalnız çempionlar və dövlət başçıları toxuna bilərlər. Əminəm ki, tariximizdə ilk dəfə qeyd etdiyimiz bu əlamətdar hadisə futbolumuzda, oyunçularımızda daha da böyük həvəs oyadacaq, dünyada bu ən məşhur idman növünün Azərbaycanda inkişafına kömək edəcək. Biz futbolun, idmanın inkişafına kömək etməyə çalışırıq. Azərbaycanın idman sahəsində yaxşı nəticələri var. Keçmiş Rio Olimpiya Oyunlarında Azərbaycan yığması ümumi medal sayına görə dünyada 14-cü yeri tutmuşdur. Biz iki mötəbər beynəlxalq idman yarışına - Avropa Oyunlarına və İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişik və bu oyunlarda komandamız medal sayına görə müvafiq olaraq ikinci və birinci yerləri tutmuşdur. Biz Bakıda futbol üzrə Avroliqanın finalına və futbol üzrə Avropa çempionatının dörddəbir finalına və bir neçə qrup oyunlarına ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Biz artıq mötəbər beynəlxalq, Avropa idman və futbol yarışlarına ev sahibliyi edəcək dünya ölkələrinin birinə çevrilirik. Əlbəttə ki, bunu biz dostluq və FIFA-ya hörmət əlaməti hesab edirik. Sizdən bizim qonağımız olmuş FIFA-nın prezidenti cənab İnfantinoya salamlarımı çatdırmağı xahiş edirəm. Biz hamımız bu tarixi günü xatırlayacağıq”.

Sonra FIFA prezidenti Canni İnfantinonun ənənəsinə uyğun olaraq FIFA-nın rəsmi nümayəndəsi xatirə hədiyyəsini prezident İlham Əliyevə təqdim edib.

AFFA-nın baş katibi Elxan Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, futbol üzrə dünya çempionatının Kuboku xüsusi təyyarədə yeniyetmə azərbaycanlı futbolçuların müşayiəti ilə Bakıya gətirilib. Hətta uşaqlar təyyarədə Kristian Karambo ilə topla oynayıblar. Dünya çempionatının kuboku yerli azarkeşlərin görməsi üçün “Gənclik Mall”da nümayiş etdirilir.




Rəsmi

09.02.2018 | 18:51Dünya çempionatı kubokunun əsli prezidentə təqdim edildi
09.02.2018 | 18:28

Pensiyalar artırıldı

07.02.2018 | 20:23

Prezidentdən MİDA-nın fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman

05.02.2018 | 11:26

Növbədənkənar prezident seçkiləri elan edildi

02.02.2018 | 20:56

6 gəncə Prezident mükafatı verildi - Siyahı

02.02.2018 | 18:42

Mingəçevir teatrının 50 illiyi qeyd olunacaq

01.02.2018 | 18:30Azərbaycan kinosunun 120 illiyi qeyd olunacaq
30.01.2018 | 18:39

Prezident xizək sürdü

20.01.2018 | 15:37Prezident və xanımı Şəhidlər xiyabanında
12.01.2018 | 21:46İki agentlik yaradıldı
10.01.2018 | 12:49

2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi

29.12.2017 | 18:51

İctimai yerlərdə siqaret çəkilməsi qadağan edildi

25.12.2017 | 23:18

Minimum aylıq əməkhaqqı 14 manat artırıldı

20.12.2017 | 20:41Varisə “Əməkdar jurnalist” adı verildi
20.12.2017 | 12:42Ömər Eldarova “Heydər Əliyev” ordeni verildi
12.12.2017 | 14:45

Prezident Heydər Əliyevin məzarını ziyarət etdi

06.12.2017 | 12:34

Prezident və xanımı “Bakutel-2017” sərgisində

05.12.2017 | 21:44Prezident: “Növbəti peykin orbitə çıxarılmasına hazırlaşırıq”
05.12.2017 | 16:56

Fazil Məmmədov işdən çıxarıldı, Mikayıl Cabbarov vergilər naziri oldu

02.12.2017 | 18:53Qubanın icra başçısı dəyişdi
28.11.2017 | 19:25

Prezident bölgələrdə

24.11.2017 | 16:52

“Şərq tərəfdaşlığı” sammiti başladı

18.11.2017 | 16:48

Azərbaycanın ictimai-siyasi fəal şəxsləri təltif edildi - Siyahı

14.11.2017 | 19:55BDU-nun 100 illik yubileyi qeyd ediləcək
10.11.2017 | 12:13

Prezident Gəncədədir

06.11.2017 | 23:58

Güzəştli mənzillər üçün ipoteka tələbləri dəyişdi

06.11.2017 | 18:32

Metro işçiləri mükafatlandırıldılar - Siyahı

06.11.2017 | 17:21

Prezident retro vaqonlarla tanış oldu

04.11.2017 | 09:38Orkestr işçilərinin maaşı 500 manat artdı
02.11.2017 | 21:23

Prezident: “Putinlə görüşdə aşkar etdik ki...”