380x80 400x80

Zərnigar Ağakişiyeva vəfat etdi

Hadisə

09.02.2018 | 10:47 Oxunub: 28

Xalq artisti Zərnigar Ağakişiyeva 73 yaşında vəfat edib. 

Tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb. 

FHN-nin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib. 

Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.   

Tanınmış teatr və kino aktrisa Zərnigar Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. 

Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. 

Zərnigar Ağakişiyeva kino və teatrda yaratdığı obrazlar (Fəxrəndə xanım - İ.Əfəndiyev "Mahnı dağlarda qaldı", Zivər - Anar "Təhminə və Zaur", Kərbəlayi Fatma - C.Məmmədquluzadə "Ölülər" və digərləri) tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb. 

Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına, 2014 ci ildə “Şöhrət” ordeninə layiq görülüb. Prezident təqaüdçüsüdür. 2015-ci ildə Cəfər Cabbarlı mükafatı alıb.




Hadisə

13.02.2018 | 13:47Cəfər Cabbarlının qızı vəfat etdi
12.02.2018 | 15:38Məşhur teleaparıcı vəfat etdi
09.02.2018 | 10:47Zərnigar Ağakişiyeva vəfat etdi
05.02.2018 | 19:48İlin ilk Günəş tutulması bu ay olacaq
01.02.2018 | 20:30Aslan İsmayılovun məhkəməsi başladı
24.01.2018 | 21:48Teleqüllə yaxınlığında yaşayan sakinlər köçürülür
24.01.2018 | 15:54Yerə asteroid yaxınlaşır
24.01.2018 | 11:46İlin ilk Ay tutulması baş verəcək
22.01.2018 | 16:38Əfsanəvi sərkərdə anıldı
16.01.2018 | 18:31ABŞ-da vəfat edən Xalq artisti Fəxri Xiyabanda dəfn olundu
16.01.2018 | 17:32Alpinistləri tapmaq üçün Türkiyədən mütəxəssislər gəldi
15.01.2018 | 22:40

Çingiz Sadıxovun nəşi Azərbaycana gətirildi: sabah dəfn ediləcək

12.01.2018 | 17:55Əfqan Muxtarlıya 6 illik həbs cəzası verildi
05.01.2018 | 14:42

Məhkəmə aktyorun xeyrinə qərar çıxardı - işə qaytarılsın

05.01.2018 | 10:52

İtkin alpinistlərdən biri tapılıb? - Rəsmi cavab

31.12.2017 | 13:50

İtkin alpinistlərlə bağlı son açıqlama - Video

26.12.2017 | 21:55Rəhim Qazıyev həbs edildi
19.12.2017 | 22:50Jurnalist Əvəz Zeynallı saxlanıldı
15.12.2017 | 09:42Ramiz Əzizbəyli xəstəxanadadır
13.12.2017 | 10:40Bu gecə güclü meteorit yağışı olacaq
12.12.2017 | 18:51Ağamalı Sadiq Əfəndinin anım günüdür
11.12.2017 | 12:46

Ramil Səfərovun rütbəsi artırıldı

04.12.2017 | 11:57

Hacı Məmmədov intihardan əvvəl məktub yazıb - Rəsmi

04.12.2017 | 00:23Hacı Məmmədov intihar etdi
23.11.2017 | 17:52Əsgərimizin meyiti Ermənistan mövqeləri yaxınlığında tapıldı
16.11.2017 | 09:46

Azərbaycanda zəlzələ: 1 yaralı var - Yenilənib

11.11.2017 | 13:39Telman İsmayılov beynəlxalq axtarışa verildi
04.11.2017 | 16:34Dənizə düşən neftçi öldü
03.11.2017 | 13:36Rafiq Hüseynov dəfn edildi
02.11.2017 | 19:43Rafiq Hüseynovun nəşi Azərbaycana gətirildi