380x80 400x80

“Avto FM”ə ciddi xəbərdarlıq - yayımı dayandırıla bilər

Media

08.02.2018 | 10:53 Oxunub: 28

"Milli Televiziya və Radio Şurasının (MTRŞ) apardığı monitorinqlər göstərir ki, "Avto FM" (107.7) radiosu ixtisaslaşmış radio yayımçısı kimi yayım konsepsiyasına uyğun olmayan formada fəaliyyət göstərir". 

Bunu Parafraz-a MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. 

Şöbə müdiri bildirib ki, bu radio əslində yol-nəqliyyat məsələləri ilə bağlı maarifləndirici-informativ proqramlar yayımlamalıdır. Çox təəssüf ki, radionun efirində bu səpkili heç bir verilişə rast gəlinmir. 

O əlavə edib ki, mumilikdə radionun proqram səbəti olduqca kasaddır: “Radio əsasən xarici musiqilərin səsləndirilməsi ilə məşğuldur. Lisenziya “Avto FM” radiosuna bu cür fəaliyyət üçün verilməyib. Radio yayımını belə davam etdirəcəksə, onun mövcudluğuna ehtiyac qalmayacaq. Çünki bu radio fəaliyyətə başlamazdan əvvəl efirində əyləncəli verilişlər verən, musiqi yayımlayan kifayət qədər radio var idi. “Avto FM” radiosunun yaradılma məqsədi, fəlsəfəsi tamam başqadır. Yayımçı bunu mütləq nəzərə almalıdır”. 

T. Dadaşov qeyd edib ki, bu barədə şura sədri Nuşirəvan Məhərrəmli tərəfindən “Avto FM”ə şifahi şəkildə ciddi xəbərdarlıq edilib:

 “Kanala bildirilib ki, qısa müddət ərzində fəaliyyətində ciddi dönüş müşahidə edilməsə, müvafiq tədbirlər görülə bilər. Hazırda radionun fəaliyyəti monitorinq nəzarətindədir”.




Media

16.02.2018 | 10:47

Artkaspi.az saytı 1 yaşında - Təəssürat

09.02.2018 | 14:42"Space"in aparıcısı efirdə işdən çıxdığını elan etdi
08.02.2018 | 10:53

“Avto FM”ə ciddi xəbərdarlıq - yayımı dayandırıla bilər

04.02.2018 | 15:43"30 ildən çoxdur, bir-birinə olan sevgini qoruyub saxlayıblar"
03.02.2018 | 20:20

5000-ci “525”

01.02.2018 | 10:44

Televiziyalarda monitorinqlər başlayır - aparıcıların nitqi yoxlanılacaq

29.01.2018 | 15:56

Sabah mənzillərin açarları və sənədlər jurnalistlərə təqdim olunacaq

24.01.2018 | 17:50Jurnalist Nicat Məlikov vəfat etdi
24.01.2018 | 17:29Azərbaycanlı jurnalisti Rusiyada maşın vurub öldürdü
12.01.2018 | 12:53

Onun adı Yusifdir - Hikmət Sabiroğlu yazır

29.12.2017 | 12:35ANS-in xeyrinə çıxarılmış qətnamə qismən ləğv edildi
15.12.2017 | 18:51Televiziya direktoruna 6 illik həbs cəzası verildi
02.12.2017 | 19:29

“Ədəbi 525” və redaktoru Rəşad Məcid - “525”-25

30.11.2017 | 20:29Ədəbiyyat İnstitutunda "525-ci qəzet": zaman və ədəbi proses" tədbiri
24.11.2017 | 13:49AzTV-dən “Ayə, harayə gedirsən ayə?” açıqlaması
17.11.2017 | 20:35Yeni televiziya qülləsi nə vaxt istifadəyə veriləcək?
17.11.2017 | 14:59

Baş redaktoruna oxşayan qəzet - Əkbər Qoşalı

17.11.2017 | 14:26

“Məktəb bitənə qədər özümü “525”in redaktoru kimi apardım” - “525”-25

14.11.2017 | 19:17

CBC-də yeni baş direktor

14.11.2017 | 17:46

Yeni kanalın yaradılması ilə bağlı müsabiqə elan edildi

13.11.2017 | 17:36Yeni telekanal açılır?
12.11.2017 | 22:40

“525” - zamanın sınağında” nəşrə hazırlanıb

05.11.2017 | 20:42

“Sarı mətbuat” ifadəsi necə yarandı? - Tarix

03.11.2017 | 09:35Son 11 ildə 900-dən çox jurnalist öldürülüb
31.10.2017 | 21:17

"Rafiqi o vəziyyətdə görməyə ürəyim gəlmirdi" - Roza Tağıyeva

26.10.2017 | 22:35

Pulitser mükafatı nədir, lauretları necə seçilir? - Araşdırma

24.10.2017 | 09:45“Gənc jurnalistlər” Klubu start götürdü
23.10.2017 | 16:27Bilik Fondu Lider TV-də təlimləri davam etdirir
06.10.2017 | 14:30"Niyə Azərbaycan dilini məhv etməliyik?"
06.10.2017 | 13:45

Əli Həsənov: "Yaxşı ki, indi o telekanal yoxdur"