380x80 400x80

Multikulturalizm Mərkəzinin ABŞ-da nümayəndəliyi açıldı

Multikulturalizm

07.02.2018 | 15:49 Oxunub: 34

Fevralın 5-də ABŞ-ın Los Anceles şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-da nümayəndəliyinin açılması münasibətilə geniş tədbir keçirilib.
 
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə dəstəyi və təşkilatçılığı ilə keçirilmiş tədbirdə xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, dini icma rəhbərləri, jurnalistlər, Azərbaycan, yəhudi, türk, Koreya və digər icmaların nümayəndələri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-da nümayəndəliyinin açılmasını əlamətdar hadisə adlandırıb. Baş konsul Azərbaycanda kök salmış multikulturalizm və tolerantlıq ənənələrindən danışaraq, bu dəyərlərin ölkəmizdə əsrlərdir mövcud olduğunu qeyd edib. N.Ağayev ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini və bu unikal tolerantlıq mühitinin Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında günü-gündən daha da gücləndiyini diqqətə çatdırıb. Baş konsul sonda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı nümayəndəliyinə gələcək fəaliyyətində uğurlar arzu edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov çıxışında Azərbaycanın multikulturalizm siyasəti haqqında məlumat verərək, Mərkəzin fəaliyyəti haqqında danışıb.

O, Azərbaycan rəhbərliyinin bu istiqamətə xüsusi diqqət ayırdığını, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2014-cü ildə məhz Prezident İlham Əliyevin sərəncamı ilə yaradıldığını diqqətə çatdırıb. Mərkəzin yaradılmasında əsas məqsədin Azərbaycanın multikulturalizm ənənələrinin öyrənilməsi, bu sahədə dünya təcrübəsinin araşdırılması və Azərbaycan modelinin bütün dünyada təbliğinin həyata keçirilməsindən ibarət olduğunu vurğulayan R.Həsənov 3 illik fəaliyyəti müddətində Mərkəzin Vatikan, London, Berlin, Bern, Helsinki, Roma, Cakarta və digər şəhərlərdə çoxsaylı layihələr həyata keçirdiyini bildirib. O, bu günə qədər Mərkəzin müxtəlif xarici ölkələrdə nümayəndəlikərinin açıldığını qeyd edərək, bu gün ABŞ-da nümayəndəliyin açılmasının Azərbaycan modelinin öyrənilməsi və iki ölkə arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını bildirib.
 
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı nümayəndəliyinin rəhbəri, 2009-17-ci illərdə ABŞ Prezidenti Administrasiyasında yüksək vəzifə tutmuş Canna Skot (Jannah Scott) çıxış edərək, sözügedən Mərkəzin ABŞ-da ilk nümayəndəliyinin rəhbəri seçilməsindən çox məmnun olduğunu vurğulayıb. O, Azərbaycana bir neçə dəfə səfər etdiyini, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti ilə yaxından tanış olduğunu və bu ənənələrin ABŞ ictimaiyyətinə daha dərindən çatdırılması istiqamətində nümayəndəliyin uğurlu fəaliyyət göstərəcəyinə inandığını bildirib.
 
Sonra çıxış edən BBMM-nin ABŞ-dakı nümayəndəliyinin idarə heyətinin üzvləri - ABŞ-dakı Koreya icmasının aparıcı liderlərindən olan, İnanc və İcmaların Gücləndirilməsi təşkilatının icraçı direktoru Heypin İm (Hyepin Im) və Pakistan Şurasının sədri Adnan Xan Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri haqqında danışaraq, ölkəmizin tolerantlıq modelinin bütün dünyaya nümunə ola biləcəyini qeyd ediblər.

Daha sonra BBMM-nin ABŞ-da nümayəndəliyinin yaradılmasına dair sözügedən nümayəndəliyin rəhbəri Canna Skot və BBMM-nin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov arasında anlaşma memorandumu imzalanıb.

Tədbirdə həmçinin Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən qısa film nümayiş etdirilib və Azərbaycan musiqisindən nümunələr səsləndirilib. Tədbir tamaşaçılar tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.

SONA




Multikulturalizm

18.02.2018 | 21:28VI Beynəlxalq Multikulturalizm Qış Məktəbi bitdi
10.02.2018 | 17:49VI Beynəlxalq multikulturalizm qış məktəbi başlayacaq
07.02.2018 | 15:49Multikulturalizm Mərkəzinin ABŞ-da nümayəndəliyi açıldı
02.02.2018 | 14:50ADR-İran münasibətlərinə dair kitabın müzakirəsi oldu
25.12.2017 | 13:27Multikulturalizm Mərkəzi yekun hesabat verdi
19.12.2017 | 18:50“Multikulturalizm” jurnalının yeni sayı
28.11.2017 | 09:40Ədəbiyyatda multikulturalizm müzakirə edildi
16.11.2017 | 22:55Azərbaycanda multikulturalizm modeli
01.11.2017 | 18:35Ədəbiyyatda və incəsənətdə multikulturalizm müzakirə edildi
27.10.2017 | 13:32Azərbaycan multikulturalizmi İsveçdə
24.10.2017 | 14:33Azərbaycan multikulturalizmi amerikalı politoloqun təqdimatında
19.10.2017 | 16:08Yaponiyada Azərbaycan multikulturalizmi dərsləri
26.09.2017 | 12:54Azərbaycan multikulturalizmi Malmö və Hokkaydo universitetlərində
05.09.2017 | 15:40“Multikulturalizm jurnalının daha bir sayı”
02.08.2017 | 21:13Fransa Yəhudi İcması nümayəndələri Multikulturalizm Mərkəzində