380x80 400x80

Qara Qarayevə həsr olunan kitab sərgisi açıldı

Mədəniyyət

06.02.2018 | 17:27 Oxunub: 26

Fevralın 6-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibətilə “Unudulmaz bəstəkar Qara Qarayev” adlı kitab sərgisi açılıb.

Tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq dahi bəstəkarın milli musiqi irsimizə dəyərli əsərlər bəxş etdiyini, sənətkarın 100 illik yubileyi haqqında prezidentin sərəncamına uyğun olaraq il ərzində keçiriləcək tədbirlərdən danışıb.

Ötən ay ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los-Anceles Universitetinin kitabxanasında olarkən amerikalılar ona bəstəkarın 1961-ci ildə I Beynəlxalq Los-Anceles musiqi festivalında böyük əks-səda doğuran çıxışını xatırladıblar. Direktor bu sözləri eşidərkən mədəniyyətimizi dünyanın hər yerində tanıdan xalqımızın bu cür nümayəndəsinin olması ilə bir daha fəxarət hissi keçirdiyini vurğulayıb. O, həmçinin kitabxana tərəfindən də elektron məlumat bazasının və biblioqrafik vəsaitin hazırlandığını, silsilə tədbirlərin keçiriləcəyini qeyd edib.

Daha sonra kitabxananın nəşriyyat işləri üzrə baş mütəxəssisi Gülbəniz Səfərəliyeva və direktor müavini Ədibə İsmayılova sənətkarın çağdaş musiqi mədəniyyətimizin inkişafındakı, özünəməxsus dəyərli əsərləri ilə musiqimizin dünya səviyyəsində təbliğindəki misilsiz xidmətlərindən danışıblar.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə görkəmli bəstəkarın not-musiqi əsərləri, görkəmli şəxsiyyətlərin bəstəkar haqqında söylədikləri fikirlər, Azərbaycan və xarici dillərdə haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunub.

SONA




Mədəniyyət

16.02.2018 | 14:48Azərbaycanda Çin Yeni ili qeyd olundu
15.02.2018 | 12:32Əbülfəs Qarayev Türkiyə səfiri ilə görüşdü
09.02.2018 | 19:49TÜRKSOY Azərbaycanla bağlı çoxsaylı tədbirlər həyata keçirəcək
06.02.2018 | 17:27Qara Qarayevə həsr olunan kitab sərgisi açıldı
01.02.2018 | 15:45“Baku Guide”in fevral sayı
29.01.2018 | 18:28Qara Qarayevin yubileyi qeyd olunacaq
27.01.2018 | 19:54

Emin Sabitoğlu kinosu - Pərvinin təqdimatında

26.01.2018 | 21:03“Gəncliyin səsi” festivalı keçiriləcək
25.01.2018 | 10:43İndoneziyada Azərbaycan mədəniyyəti mərkəzi yaradıldı
23.01.2018 | 13:53Dillər Universitetində zərgərliklə bağlı elmi seminar
22.01.2018 | 09:50Türkiyənin məşhur layihəsinin Azərbaycan seçimi başa çatdı
18.01.2018 | 12:49Yusif Eyvazov “Don Karlos” operasında çıxış edəcək
09.01.2018 | 21:28Cem Yılmaz yeni filminə görə məhkəməlik oldu
09.01.2018 | 16:28“YARAT” ilin ilk mövsümünü tamaşa ilə açacaq
08.01.2018 | 14:41“Qızıl qlobus”un qalibləri məlum oldu
05.01.2018 | 17:55

“Hababam sinfi”nin “Mahmut hoca”sı vəfat etdi - Fotolar

27.12.2017 | 18:53Polad Alemdar ekranlara qayıdır
06.12.2017 | 14:45

Gələn il “Qara Qarayev ili” elan edildi - Rəsmi

01.12.2017 | 21:49ABŞ prezidenti öz həyatından serial çəkəcək
29.11.2017 | 21:41“Daşla danışan adam” sənədli filmi təqdim edildi
27.11.2017 | 14:33

“Qırmızı bağ” - Pərvinin təqdimatında

26.11.2017 | 22:24Uşaq “Avroviziya” müsabiqəsinin qalibi məlum oldu
22.11.2017 | 20:40Rasim Balayev müalicə üçün Türkiyəyə getməyəcək
18.11.2017 | 19:35Deputat Rasim Balayevlə bir arada
18.11.2017 | 14:23Emin Sabitoğlunun anım günüdür
16.11.2017 | 11:25İlk rok-operamız səhnələşdiriləcək
06.11.2017 | 15:18V “Soyuq əllər, isti ürək” yarmarkası başlayır
02.11.2017 | 17:41“Alibaba”nın sahibi kunq fu filminə çəkilir
21.10.2017 | 20:32

Məşhur filmlər haqqında 12 fakt

19.10.2017 | 13:21İlqar Nəcəf “Asiya Oskarı”nın qalibi oldu