380x80 400x80

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

"Kitabsevərlər" hərəkatı

06.02.2018 | 16:45 Oxunub: 145

Fevralın 4-də Suraxanı rayonu 141 saylı orta məktəbin şagirdləri yazıçı Sevinc Elsevərin uşaqlar üçün yazdığı "Donu qırmızı" kitabını müzakirə ediblər.

Parafraz-ın məlumatına görə, "Kitabsevərlər" hərəkatının bir neçə üzvü və Sevinc Elsevərin qatıldığı tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fərəh Hüseynova şagirdlərlə kitab müzakirələri təşkil etməyin faydası, bədii ədəbiyyatın insan təfəkkürünə təsirindən danışıb. 

Hərəkatın rəhbərlərindən olan Fariz Bayramov fikir mübadiləsinin uşaqların təhlil qabiliyyətinin inkişafında müsbət rolunu vurğulayıb, indiyədək gördükləri işlərdən, nəşr etdirdikləri kitablardan, uşaq ədəbiyyatına ayırdıqları diqqətdən danışıb. 

S.Elsevər də şagirdlərə kitab oxumağın və müzakirəsinin vacibliyindən bəhs edib.

Şagirdlər öz növbələrində əsər haqqında mülahizələrini dilə gətirib, müəllifə suallar ünvanlayıblar. 

Hərəkatın rəhbərlərindən şair-tərcüməçi Səbuhi Şahmursoy, üzvlərdən İlahə Eldarqızı, Şəhla Rəşidova, Arzu Məmmədova, Aygün Ələkbərova da şagirdlərlə fikir mübadiləsi aparıblar.

Məktəbin ədəbiyyat müəllimi Gülgün İmamverdiyeva şagirdlərin ədəbiyyata olan marağından, onların təhlil qabiliyyətlərindən danışıb. 

Tədbirdə iştirak edən digər ədəbiyyat müəllimləri Ruslana Zeynalova, Gülnarə Cəbrayılova, sinif rəhbərləri Vüsalə Məmmədova, Ülviyyə Hacıyeva, direktor müavinləri Minayə Həsənova, Nigar Zeynalova bu cür müzakirələrin şagirdlərdə müsbət dəyişikliklərə səbəb olduğunu deyib, tez-tez təşkil edilməsini xahiş ediblər. 

Müəllif, hərəkat üzvləri, həm də məktəbin pedaqoji heyəti dinamik keçən müzakirədən məmnunluqlarını dilə gətiriblər. 

Sonda fəallara kitab hədiyyə edilib.

İlahə ELDARQIZI













"Kitabsevərlər" hərəkatı

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko

08.11.2017 | 00:51

Amontillado çəlləyi - Edqar Allan Ponun hekayəsi