380x80 400x80

“Müharibə kütlənin özünə hörmət səbəbidir” - Dostoyevski ilə müsahibə

"Bazar oxusu" rubrikası

Müsahibə

04.02.2018 | 21:52 Oxunub: 323

Parafraz "Bazar oxusu" rubrikasında görkəmli rus yazıçısı Mixail Fyodoroviç Dostoyevski ilə müharibə barədə müsahibəni ixtisarla təqdim edir:

- Müharibə haqqında nə düşünürsünüz?

- Müharibənin insanlığın fəlakəti olması fikri tamamilə yalnışdır. Əksinə, çox faydalıdır. Siyasi, millətlərarası müharibənın ancaq faydası var, özü də hərtərəfli, buna görə müharibə zərurətdir. 

- Axı, insanlar bir-birlərini öldürürlər, bunda zəruri olan nə var?

- Birincisi, insanların bir birini öldürməyə getməsi yalandır: bu, heç vaxt ön planda olmur, onlar öz həyatlarını fəda etməyə gedirlər. Bu isə tamam başqa şeydir. Yaxınları, əzizləri, vətəni üçün həyatını fəda etməkdən daha üstün amal yoxdur. Bəşəri ideyalar olmadan insanlıq yaşağa bilməz, hətta düşünürəm, insanlıq müharibəni ona görə belə çox sevir ki, bu alicənab ideyada iştirak etsin. Tələbat da elə budur. 

- Yəni insanlıq müharibəni sevir?

- Bəs necə? Müharibə vaxtı kim ruhdan düşmüş olur? Əksinə, hamı cürətlənir, dərhal ruh yüksəkliyə əmələ gəlir, adi sakitlik olan vaxtdakı süstlükdən, darıxmaqdan əsər-əlamət qalmır. Sonra, müharibə bitəndə xatirələri yada salınır, hətta məğlub olsalar belə! Əgər müharibə vaxtı qarşılaşdığınız insanlar başlarını silkələyə-silkələyə bir-birlərinə: “Belə də bədbəxtlik olar, bu günləri dəmi görəcəkdik” deyərlərsə, onlara inanmayın. Sadəcə belə demək lazımdır deyə, deyirlər. Əksinə hər kəs içində sevinir. Bilirsiniz, başqa ideyaları dilə almaq çətindir: hissiz, cahil deyəcəklər, məzəmmət edəcəklər. Buna görə də heç kəs müharibəni tərifləməyəcək. 

- Məgər müharibəsiz bəşəri ideyalar tapmaq mümkün deyil? Axı, müharibə olmasa, onlar daha yaxşı inkişaf edə bilərlər.

- Tam əksinə, tam tərsi. Uzunmüddətli sülh dövründə xeyirxahlıq ölür. Eyni zamanda, ədəbsizlik, etinasızlıq, süstlük yaranır. Uzummüddətli sülh zamanı insanlardakı eybəcərliklər, kobudluqlar üzə çıxır - ən əsası da, pul, var-dövlər hərisliyi. Şərəf, insansevərlik, fədakarlığa hələ də ehtiram göstərilir, hələ də yüksək qiymətləndirilir, amma sülh uzandıqca bu gözəl, xeyirxah əməllər bozarır, quruyub ölür, var-dövlət qazanmaq hərisliyi hər şeyi ikinci plana atır. Nəticədə bircə ikiüzlülük qalır. Uzunmüddətli sülh hissizliyi, düşüncənin alçaqlığını, mənəvi pozğunluğunu doğurur, hissləri keyləşdirir. 

- Bəs elm, incəsənət; müharibə vaxtı inkişaf edirlər?

- Elm, incəsənət müharibədən sonrakı ilk dövrdə inkişaf edir. Müharibə onları yeniləyir, canlanma gətirir, təkan verir. Uzunmüddətli sülh zamanı elm ölgünləşir. Elmlə məşgul olmaq xeyirxahlıq, hətta fədakarlıq tələb edir. Bəs dünyanın mərəzinə çoxmu alim tab gətirə bilər? Məsələn, həsəd kimi hissin öhdəsindən gəlməyə çalışın. Qaba və bayağıdır, amma hətta ən xeyirxah, alicənab alimin belə, ürəyinə girə bilər. O da cəmiyyətdəki təmtərağın, parıltının içində olmaq istəyir. Belə olan halda, necə düşünürsünüz, əsl əməksevər olaraq qalacaqmı? Şan-şöhrət istəyəcək, bunun da nəticəsində elmdə şarlatanlıq, effekt arxasınca qaçma, mənfəətpərəstlik əmələ gələcək, çünki alim də varlanmaq istəyir. İncənətdə də eyni şey olur: eynilə effekt, hər hansı zərifliyə can atma. Sadə, aydın, xeyirxah, sağlam ideyalar artıq dəbdə olmur. Yavaş-yavaş əndazə, ahəng itir, bunun yerini hisslərin, istəklərin təhrifi alır. Əgər aləmdə müharibə deyilən anlayış olmasaydı, incəsənət əbədi itib gedərdi. İncəsənətin bütün ən yaxşı ideyalarını müharibə, mübarizə verib.

- Bəs xristianlıq?

- Xristianlıq özü müharibə faktını qəbul edir. Peyğəmbərlikdə deyilir ki, qılınc dünyanın sonunu gətirməyəcək: bu, çox gözəldir və heyrətə salır. Şübhəsiz, yüksək, əxlaqi anlamda müharibəni rədd edir, qardaşlarını sevməyi istəyit. Əgər qılıncları əridib onlardan kotan düzəltsələr, hətta mən də  sevinəcəyəm. Amma bir sual var: bu, nə vaxt baş verə bilər? Bugünümüzdə dünyamızın hər yeri və hər zamanı müharibədən betərdir, o qədər pisdir ki, onu dəstəkləmək əxlaqi cəhətdən belə, düzgün alınmır: qədrini biləcək heç nə yoxdur, qorumağa isə ümumiyyətlə heç nə qalmayıb. 

Sülh dövründə qorxaqlıq, şəfərsizlik kök salıb inkişaf edir. İnsan təbiət etibarilə qorxaqlıq, həyasızlığa meyillidir, bunu özlüyündə əla bilir: buna görə də müharibəyə belə can atır, hiss edir ki, müharibə onun dərmanıdır. Müharibə qardaş sevgisini artırır, millətləri bir-biri ilə birləşdirir. 

- Necə yəni “millətləri birləşdirir”?

- Məcbur edir ki, bir-birlərinə hörmət etsinlər. Müharibə insanları canlandırır. İnsan sevgisi ancaq döyüş meydanında daha yaxşı inkişaf edir. Bu, əslində qəribə faktdir, müharibə insanları sülh vaxtına nisbətən daha az qəzəbli edir. Yadınıza salın, Krım kampaniyası vaxtı fransızlara, ingilislərə nifrət edirdikmi? Əksinə, elə bil daha yaxın olmuşduq, hətta sanki qohumlaşmışdıq da. Bizə onların cəsarətliliyimiz barədə fikirləri maraqlı idi, əsir düşən döyüşçülərini müalicə edirdik; bizim əsgər və zabitlər barışıq vaxtı avanposta çıxırdılar, düşmənləri ilə az qala qucaqlaşırdılar, hətta birlikdə araq da içirdilər. Cəngavərlik ruhlarını yüksəldirdilər. Müharibədən ziyan çəkənlərə bu gün də yardım edilir. Bunun əksinə sülh vaxtı hətta böyük bir vilayətin sakinləri biz tərpənib, onlara 3 manat verənə qədər acından ölə də bilərlər.

- Axı, sadə xalq yuxarı təbəqəyə nisbətən müharibədən daha çox əziyyət çəkir, iflasa uğrayır, çətinliklərlə üzləşir, elə deyil?

- Müharibə ən yaxşı, ən yüksək nəticələrini sadə xalqa saxlayır. Necə istəyirsiniz, ən humanist insan olun, amma istənilən halda özünüzü adi insanlardan daha yuxarıda hesab edirsiniz. Günümüzdə kim ruhu ruhla, xristian ölçüsü ilə ölçür? Cİblə, hökmlə, güclə ölçürlər – və sadə insanlar bunu çox gözəl bilirlər. Hansı azadlığı verirsinizsə, verin, necə qanunlar qəbul edirsiniz, edin, bugünkü cəmiyyətimizdə insanlar arasındakı bərabərsizliyi aradan götürə bilməyəcəksiniz. Palliativ, ani, amma xalq üçün sevincverici. Müharibə xalqa ruh yüksəkliyi verəcək, özünəhörmətini yüksəldəcək. İnsan ləyaqətinin ən yüksək təzahürlərində müharibə döyüş zamanı hamını bərabərləşdirir, qulu və sahibini barışdırır – insan həyatını ümumi amal, vətən uğrunda qurban verir. Müharibə zamanı qəhrəmanlıqda tam bərabərlik özünü göstərir. Axmış qan vacib şeydir. Varlı və kasıb 1812-ci ildə birlikdə vuruşmuşdular, bir-birlərinə yaxın olmuşdular, evlərində, sakit bağda olduğundan daha yaxın. Müharibə kütlənin özünə hörmət səbəbidir, buna görə də xalq müharibəni sevir: müharibəyə nəğmələr həsr edir, müharibədən sonra onun barəsində əfsanə və nağıllar danışır. Xeyr, müasir dövrümüzdə müharibə vacibdir; müharibəsiz dünya dağılmağa məhkumdur, ya da ən uzağı irinli yarayla örtülmüş seliyə, rəzil palçığa çevriləcək...

"Qolos" qəzeti, 1876
Tərcümə: İnci QASIMOVA




Müsahibə

16.02.2018 | 21:43

“Ramiz Rövşən mənə qiymət vermək üçün çox köhnədir” - Rasim Qaraca

16.02.2018 | 11:22

“Mənim musiqi hekayəmin qəhrəmanı özüməm” - 14 yaşlı musiqiçi ilə müsahibə

15.02.2018 | 15:32

“Əhmədiyyə Cəbrayılovun miflərə ehtiyacı yoxdur” - Şahin Sinaria

14.02.2018 | 13:49

“Əllərimi göyə açıb deyərdim, Allah, sənə min şükür!” - Dədə Süleyman

14.02.2018 | 09:53

“Nəşr edilən ədəbiyyatın kütləsi çoxdur, amma...” - Səlim Babullaoğlu

13.02.2018 | 09:51

“Mən qadının işləməsinin əleyhinə olmuşam” - Yazıçı Əfqanla müsahibə

12.02.2018 | 11:40

“Bu sözləri zorla dəyişmək olmaz” - İsa Həbibbəyli ilə müsahibə

11.02.2018 | 11:45

“Kütləni aldatmaq lazımdır” - Şərif Ağayarla müsahibə

10.02.2018 | 01:18

“Tərcümə etmək öz əsərini yazmaqdan çətindir” - Həmid Piriyevlə müsahibə

06.02.2018 | 12:34

“Həyatımda qırmızı işıqların sayı çox olub, amma... - Rafiq Əzimovla müsahibə

04.02.2018 | 21:52

“Müharibə kütlənin özünə hörmət səbəbidir” - Dostoyevski ilə müsahibə

01.02.2018 | 09:49

“Formalaşmağımda atamın kitabxanasının böyük rolu olub” - Müsahibə

29.01.2018 | 22:54

“Varlılara neqativ münasibət həsəddən yaranır” - Hadı Rəcəbli ilə müsahibə

28.01.2018 | 15:52

“Elə bilirlər, Almaniyada yel əsib, qoz tökülür” - Aqil Abbasla müsahibə

25.01.2018 | 15:50

“Şah İsmayıl şiə deyil” - azərbaycanlı tarixçi ilə müsahibə

24.01.2018 | 22:21

“Azərbaycan ədəbiyyatının bu günü normal görünmür” - Ceylan Mumoğlu

24.01.2018 | 19:53

“Şair xalqın hökmranı olmalıdır ki...” - Sabirin Salman Mümtaza müsahibəsi

22.01.2018 | 21:20Hacı İsmayılov: “İnsansevərlik məni həmişə uduzdurur”
22.01.2018 | 19:30

“Məni ədəbiyyata kimsə gətirməyib” - “Dr. Səid”in müəllifi ilə müsahibə

22.01.2018 | 15:56

“Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü” - Fəzail Ağamalı ilə müsahibə

19.01.2018 | 10:44

“Ölüm hökmü üzünə oxunan adamam” - Akif İslamzadə ilə müsahibə

17.01.2018 | 13:53“Orfoqrafik qaydaların birmənalı qarşılanmaması komissiyanı narahat etmir”
16.01.2018 | 20:39

“Dilimiz Dilçilik İnstitutunun ümidinə qalmayıb” - Sabir Rüstəmxanlı ilə müsahibə

11.01.2018 | 21:53

“Qarabağ atlarının vətəni işğal altındakı Qarabağ torpaqlarıdır” - Müsahibə

10.01.2018 | 21:52

“Bəzi tənqidçilər özlərini qız kimi aparırlar” - Emin Piri ilə müsahibə

08.01.2018 | 13:45

“Dedim, bir də Qənirə xanımın bu haqda yazısı çıxsa...” - Rəşad Məcid

08.01.2018 | 09:48

“Nazim Hikmət təpədən-dırnağa qədər sevdadır, amma...” - Müsahibə

05.01.2018 | 19:54

“Qadınlar məndən ötrü sinov gedirlər” - Ulucay Akiflə müsahibə

03.01.2018 | 09:45

“Dünya üçün deməyə sözün yoxdursa...” - Günel Eminli ilə müsahibə

31.12.2017 | 01:49

“Hekayələrimin İstanbul haqqında olması qaçınılmazdır, amma...” - Orhan Pamuk