380x80 400x80

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

"Kitabsevərlər" hərəkatı

03.02.2018 | 22:21 Oxunub: 118

Fevralın 11-i, "Kitabevim.az" kitab evində 14:00-dan 16:00-dək "Kitabsevərlər" hərəkatının 18-ci nəşri Eudjen Ovidiu Çiroviçinin “Güzgülər kitabı” təqdim ediləcək.

Hərəkatdan Parafraz-a verilən məlumata görə, yazıçı Ceylan Mumoğlunun tərcüməsi şair Səbuhi Şahmursoyun redaktəsilə ərsəyə gələn kitab "Elm və Təhsil" Nəşriyyatında çap edilib. 

Nyu-Yorkda yaşayan ədəbiyyat agenti Piter Kats “Güzgülər kitabı” adlı avtobioqrafiya nəşr etmək təklifi alır. Əlyazmada əsərin başlanğıc hissəsi yerləşdirilib – Riçard Flinn adlı şəxs Prinstondakı tələbəlik illərindən, ilk məhəbbətindən, tanınmış psixologiya professoru Cozef Viderin yanında necə işləməsindən bəhs edir. 25 il qabaq baş vermiş bu hadisələr faciəvi sonluqla bitib, amma cinayətkar hələ də azadlıqdadır. İndi Riçard bütün olub keçənlərə və keçmiş sevgilisi Lora Beynsin davranışlarına yeni bucaqdan yaxınlaşmağa çalışır... hərçənd, əlyazma yarımçıqdır.

Psixoloji-triller janrında qələmə alınan “Güzgülər kitabı” təxəyyülün reallığı necə dəyişməsi haqqındadır. Əsər tarixin məxfi hökmündən – danışdığımız, gizlətdiyimiz və sirr saxlanılması üçün hər şeyə hazır olduğumuz hadisələrdən bəhs edir.

2017-ci ilin ən çox müsbət rəy alan, detektiv elementlərlə zəngin kitablardan olan “Güzgülər kitabı” qısa vaxt ərzində 20-dən çox dilə tərcümə olunub.

Kitabın qiyməti 7 manatdır. 

Məkanı tapa bilməyənlər (055) 515-15-54 nömrəsinə zəng edə bilərlər.




"Kitabsevərlər" hərəkatı

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko

08.11.2017 | 00:51

Amontillado çəlləyi - Edqar Allan Ponun hekayəsi

07.11.2017 | 01:02

Əsl xoşbəxtlik - Tolstoy

06.11.2017 | 01:09

Şeytanın hiyləsi - Tolstoy