380x80 400x80

Anarın həyatı film oldu - Fotolar

Fotoreportaj

01.02.2018 | 16:34 Oxunub: 83

Yanvarın 31-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Ardı yaşanılır” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Nazirlikdən Parafraz-a verilən məlumata görə, film Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və həyat yoldaşı, görkəmli musiqişünas alim AMEA-nın həqiqi üzvü, Əməkdar incəsənət xadimi Zemfira Səfərovanın 80 illik yubileylərinə həsr olunub.

Tədbirdə baş nazirin müavini Elçin Əfəndiyev, dövlət və hökumət nümayəndələri, tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edib.

Əvvəlcə qonaqlar mərkəzin foyesində yubilyarların ömür yolu və yaradıcılığından bəhs edən müxtəlif nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

Gecənin aparıcısı Nərgiz Cəlilova bildirib ki, bu il Anar müəllimlə Zemfira xanımın 80 yaşı tamam olur. Mart ayında görkəmli yazıçının 80 illik yubileyi qeyd ediləcək. Bu əlamətdar hadisələr fonunda isə onların həyatından bəhs edən çox maraqlı bir film ərsəyə gəlib.

Filmin yaradıcı heyəti haqqında məlumat verən aparıcı diqqətə çatdırıb ki, ekran əsərinin ideyası və ssenari müəllifi Günel Anarqızına məxsusdur. Filmin rejissoru Gülər Həsənli, bəstəkarı Vaqif Gərayzadədir.  

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, gecənin qəhrəmanları Azərbaycan mədəniyyətinə parlaq səhifələr bəxş etmiş insanlardır: 

“Anar müəllimin və Zemfira xanımın ailəsi ölkəmizin mədəniyyət və incəsənət tarixinə, elminə böyük töhfə verib. Bu ailə gənc nəsillərə örnəkdir. Onların yaradıcılıq mühiti, əsərləri, kitabları, elmi araşdırmaları bizim elmi-ədəbi mühitin formalaşmasında mühüm rol oynayır. Hər bir böyük ziyalının özünəməxsus dünyası, fərqli düşüncələri, münasibətləri var. Film vasitəsilə ötürülən mesajlar gənc nəslin tərbiyələnməsində, cəmiyyətə münasibətinin formalaşmasında mühüm amildir. Əslində, bir ziyalı ailənin həyat tərzi, bir-birini anlaması, övladlarının tərbiyəsi kimi məsələlərin cəmiyyətə nümayişi onların yaradıcılıq məhsulları olan kitablar, monoqrafiyalar qədər vacibdir. Saf ailə mühitinin, ənənələrin qorunması, ziyalıların bir-birinə dəstək verməsi və bunun nəticəsində Azərbaycan mədəniyyətinə və incəsənətinə verilən töhfə ölçüyəgəlməzdir. Məntiqi nəticə kimi filmin ssenari müəllifi, bu mühitdə formalaşmış Günel xanımı nümunə göstərə bilərik. Hesab edirəm ki, hər bir Azərbaycan ziyalısı, yaradıcı insan bu amili qorumalıdır. Belə nümunəvi Azərbaycan ailəsi gənc nəslə örnək və yolgöstərən mayakdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək filmin qəhrəmanlarını təbrik edib. 

Diqqətə çatdırıb ki, hər bir xoşbəxt ailə özünəməxsusluğu ilə seçilir: 

“Deyirlər ki, ailənin təməlinin əsası düzgün həyat yoldaşı seçməkdən başlayır. Ancaq ailədə sədaqət, fədakarlıq, inam, hörmət, düzgünlük, sevgi yoxdursa, o ailədə xoşbəxtlik anlayışından danışmağa dəyməz.  Bu mənada, yazıçı Anar və musiqişünas Zemfira xanımın özünəməxsus ailə platforması var. Daim axtarışda olan, yazıb-yaradan cütlük qarşılıqlı sevgi və hörmət əsasında uzun illərdir ki, xoşbəxt həyat sürürlər. Əlbəttə ki, burada ailə kökləri, gen yaddaşı böyük rol oynayır. Onlar yüksək və zəngin ənənələrə malik ziyalı nəslinin davamçılarıdır. Onların ailə prioritetləri sadiqlik, dostluq, bir-birinin fikrinə hörmətlə yanaşmaq, uşaqlarının tərbiyəsində ortaq fikirlərə sahib olmaq prinsipinə söykənir. Bu mühitdə böyüyüb-başa çatan uşaqlar, əlbəttə ki, valideynlərinə layiq olmalıdırlar. Biz bunu cütlüyün tərbiyə etdikləri övladlarının nümunəsində görürük. Bir-birinə mənəvi dəstək olan bu insanların övladları xalqımızın tanınmış şəxsiyyətlərindəndir. Buna görə də gənc yazıçı, publisist Günel xanımın təqdim etdiyi sənədli film iki məna daşıyır. Birincisi, valideynləri qarşısında mənəvi borcu yerinə yetirmək, ikincisi isə gələcək nəsilləri örnək ailələrlə tanış etməkdir”.

Hicran Hüseynova çıxışının sonunda ümummilli lider Heydər Əliyevin Anarla bağlı fikirlərini yada salıb: “Nigar Rəfibəyli öz həyat yoldaşı Rəsul Rza ilə birgə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynayıb. Məmnunam ki, onların övladı, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar valideynlərinin işini davam etdirir, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir”.

Daha sonra “Ardı yaşanılır” sənədli filmi nümayiş olunub.

SONA













Fotoreportaj

14.02.2018 | 10:44

Şəhidlərdən bəhs edən kitab təqdim olundu - Fotolar

01.02.2018 | 16:34

Anarın həyatı film oldu - Fotolar

31.01.2018 | 14:44

III Gənc Ədiblər Məktəbi yekunlaşdı - Fotolar

30.01.2018 | 19:43

Ona qulluq edən tibb bacısını 38 il sonra “Facebook”da tapdı - Fotolar

22.01.2018 | 12:49

“Aborta son” dedi - Fotolar

20.01.2018 | 13:52

Tələbələr arasında “Vətənpərvərlik ruhunun təbliği” - Fotolar

18.01.2018 | 14:40

Zükerberqin “üzən saray”ı - Fotolar

11.01.2018 | 17:46

Yazıçılar Birliyində Nazim Əhmədli ilə görüş - Fotolar

08.01.2018 | 16:47

Vüsal Aydın “Dr. Səid: Bir milyonluq xəyanət”i təqdim etdi - Fotolar

07.01.2018 | 21:27

Müqəvvalar kəndi: Naqoro - Araşdırma - Fotolar

02.01.2018 | 22:53

Qışda dəbli görünməyin 10 fərqli yolu - Fotolar

27.12.2017 | 17:56

“İlin tələbəsi” müsabiqəsinin qalibləri müəyyənləşdi - Fotolar

18.12.2017 | 22:55

Cəlil Cavanşir “Sola dönmək qadağandır” dedi - Fotolar

11.12.2017 | 10:44

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Fotolar

08.12.2017 | 17:50

Kişi məşhurlar qadınlarla bağlı kampaniyaya qoşuldu - Fotolar

05.12.2017 | 17:53

“Bakıdan türk dünyasına” layihəsi gerçəkləşdi - Fotolar

29.11.2017 | 14:14

"Aprel döyüşçüləri"nin portretlərindən ibarət sərgi - Fotolar

24.11.2017 | 11:51

Tramp 2 hind quşunu “əfv etdi” - Fotolar

21.11.2017 | 17:41

Fərid Hüseyn “Ziyalı sözü”ndə - Fotolar

18.11.2017 | 12:49

“525-ci qəzet”in 25 illik yubileyi qeyd edildi - Fotolar

10.11.2017 | 16:00

Dövlət bayramlarına mühazirələr həsr edildi - Fotolar

05.11.2017 | 23:20

Ruhun və bədənin sağlamlığı - Fotolar

04.11.2017 | 22:22

Bakı kosmosdan necə görünür? - Fotolar

02.11.2017 | 20:13

Türkiyədə Vaqif günü - Fotolar

27.10.2017 | 12:15

Əkbər Qoşalı Yakutiyada Poeziya festivalında - Fotolar

24.10.2017 | 19:32

"Şeirimiz tamam fərqli yolla getməliydi..." - Fotolar

18.10.2017 | 18:17

V Beynəlxalq Xalça Simpoziumu açıldı - Fotolar

08.10.2017 | 21:49

"Mən günəşi görürəm" təqdim edildi - Fotolar

29.09.2017 | 12:18

Aprel döyüşləri qəhrəmanları rəsm əsərlərində - Fotolar

27.09.2017 | 16:16

Misirli professor Bilik Fondunda - Fotolar