380x80 400x80

III Gənc Ədiblər Məktəbi yekunlaşdı - Fotolar

Fotoreportaj

31.01.2018 | 14:44 Oxunub: 113

Yanvarın 30-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda birliyin nəzdində fəaliyyət göstərən III Gənc Ədiblər Məktəbinin yekun toplantısı və mükafatlandırma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin Gənclərlə iş üzrə katibi Rəşad Məcid artıq üçüncüsü yekunlaşan məktəbin əhəmiyyətindən danışıb, öncəki məzunların bir çoxunun hazırkı ədəbi mühitdəki aktiv fəaliyyətini nümunə göstərib. 

Qeyd edib ki, bu il 10 illik yubileyini qeyd edən Gənc Ədiblər Məktəbi bu illər ərzində ədəbiyyatımıza öz dəsti-xətti ilə seçilən, yeni nəfəs gətirən onlarla gənc yazar bəxş edib. 

R.Məcidin sözlərinə görə, Məktəbin ən üstün cəhətlərindən biri budur ki, burada gənclər öz dünyagörüşünə, baxışlarına, hisslərinə yaxın insanlarla tanış olur, münasibət yaradır, fikir mübadiləsi aparırlar. 

Katib həmçinin, artıq üçüncüsü yekunlaşan məktəbin məzunları arasında Azərbaycanın müxtəlif bölgələrindən olan istedadlı gənclərin oduğunu, onların hər ay uzaq məsafə qət edərək məktəbin toplantılarına həvəslə qatıldıqlarını xüsusi vurğulayıb, bunu məktəbin uğurlarından biri adlandırıb. 

Məktəbin üzvlərindən Ulucay Akif, Emin Akif, Dəniz Pənah, Ziynət Zəki, Aysel Əlizadə, Yadigar Ələkbərov və başqaları çıxış edərək onlar üçün yaradılmış bu şəraitə görə Rəşad Məcid başda olmaqla, Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkür edib, iki il davam edən məktəbin onların yaradıcılığındakı önəmindən söz açıblar.

Daha sonra diplomlar məzunlara təqdim edilib.

2016-2017-ci illərdə AYB-də fəaliyyət göstərən III Gənc Ədiblər Məktəbinin məşğələlərində fəal iştirak edərək ədəbi yaradıcılığın nəzəriyyəsi və təcrübəsinə yiyələndiyinə görə məktəbin koordinatoru Müşfiq Şükürlü, Əfsanə Rəvan, Nofəl Ümid, Sevil İşıq, Ulucay Akif, Rəvan Cavid, Gülnarə Sadiq, Ceyhunə Mehman, Arzuman Ağdabanlı, Yadigar Ələkbərov, Şəlalə Adilqızı, Elvin Əlizadə, Firidun Həmidli, Şəhla Vahid, Səfail Aqiloğlu, Məhəmməd Turan, Tural Cəfərli, Günay Həmid, Vüsal Yurdoğlu, Zinyət Zəki, Emin Akif, Gülnarə İsrafil, Elnur Xəzri, Qafar Şövqi, İnanc Hüseynli, Allahşükür Ağa, Dəniz Pənah diplomla təltif olunublar. 

Məktəbin builki məzunları arasında Turan Novruzzadə, Aysel Əlizadə, Səbinə Abdullayeva, Nigar Adil, Sabirə Abdullayeva, Mahmud Məmmədov, Emin Süleyman, Rəqsanə Mehdizadə, Habil Mustafayev, Əbdüləli Əbdüləliyev, Zərifə Hüseynli, Elnur Baxış, Cəmilə Məmmədli, Ağalar Qəribov, Arzu Quliyeva, Mahmud Əyyub, Əli Bünyadzadə, Sərvər Kamranlı, İsmayıl Xanlarzadə, Azər Xanlarov da var.

O cümlədən, gənc yazarlar Mələk Cəbrayılzadə, Kənan Allahverdiyev, Sərəstan Gur, Günel İbrahimli, Lamiyə İsayeva, Seyfulla Azər də Gənc Ədiblərin müdavimləri sırasındadır. 

ŞAHANƏ
Foto: Nofəl ÜMİD










Fotoreportaj

14.02.2018 | 10:44

Şəhidlərdən bəhs edən kitab təqdim olundu - Fotolar

01.02.2018 | 16:34

Anarın həyatı film oldu - Fotolar

31.01.2018 | 14:44

III Gənc Ədiblər Məktəbi yekunlaşdı - Fotolar

30.01.2018 | 19:43

Ona qulluq edən tibb bacısını 38 il sonra “Facebook”da tapdı - Fotolar

22.01.2018 | 12:49

“Aborta son” dedi - Fotolar

20.01.2018 | 13:52

Tələbələr arasında “Vətənpərvərlik ruhunun təbliği” - Fotolar

18.01.2018 | 14:40

Zükerberqin “üzən saray”ı - Fotolar

11.01.2018 | 17:46

Yazıçılar Birliyində Nazim Əhmədli ilə görüş - Fotolar

08.01.2018 | 16:47

Vüsal Aydın “Dr. Səid: Bir milyonluq xəyanət”i təqdim etdi - Fotolar

07.01.2018 | 21:27

Müqəvvalar kəndi: Naqoro - Araşdırma - Fotolar

02.01.2018 | 22:53

Qışda dəbli görünməyin 10 fərqli yolu - Fotolar

27.12.2017 | 17:56

“İlin tələbəsi” müsabiqəsinin qalibləri müəyyənləşdi - Fotolar

18.12.2017 | 22:55

Cəlil Cavanşir “Sola dönmək qadağandır” dedi - Fotolar

11.12.2017 | 10:44

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Fotolar

08.12.2017 | 17:50

Kişi məşhurlar qadınlarla bağlı kampaniyaya qoşuldu - Fotolar

05.12.2017 | 17:53

“Bakıdan türk dünyasına” layihəsi gerçəkləşdi - Fotolar

29.11.2017 | 14:14

"Aprel döyüşçüləri"nin portretlərindən ibarət sərgi - Fotolar

24.11.2017 | 11:51

Tramp 2 hind quşunu “əfv etdi” - Fotolar

21.11.2017 | 17:41

Fərid Hüseyn “Ziyalı sözü”ndə - Fotolar

18.11.2017 | 12:49

“525-ci qəzet”in 25 illik yubileyi qeyd edildi - Fotolar

10.11.2017 | 16:00

Dövlət bayramlarına mühazirələr həsr edildi - Fotolar

05.11.2017 | 23:20

Ruhun və bədənin sağlamlığı - Fotolar

04.11.2017 | 22:22

Bakı kosmosdan necə görünür? - Fotolar

02.11.2017 | 20:13

Türkiyədə Vaqif günü - Fotolar

27.10.2017 | 12:15

Əkbər Qoşalı Yakutiyada Poeziya festivalında - Fotolar

24.10.2017 | 19:32

"Şeirimiz tamam fərqli yolla getməliydi..." - Fotolar

18.10.2017 | 18:17

V Beynəlxalq Xalça Simpoziumu açıldı - Fotolar

08.10.2017 | 21:49

"Mən günəşi görürəm" təqdim edildi - Fotolar

29.09.2017 | 12:18

Aprel döyüşləri qəhrəmanları rəsm əsərlərində - Fotolar

27.09.2017 | 16:16

Misirli professor Bilik Fondunda - Fotolar