380x80 400x80

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

"Kitabsevərlər" hərəkatı

25.01.2018 | 14:46 Oxunub: 145

İngilis yazıçısı Artur Klarka görə, elmi fantastika reallığa qaçış, keçmiş və gələcəyimizə maraqdır. 

Elm və texnologiyaların müasir dünyamıza hər zamankından daha çox təsirini, demək olar, hər gün rastımıza çıxan populyar, bir-birinə bənzər elmi-fantastik filmlərin inkişafından görmək mümkündür. 

Keçən il kanadalı rejissor Deni Vilnev tərəfindən ekranlaşdırılmış "Gəliş" (Arrival) filmini izləmiş, həmişəki marağımla haqqında araşdırma aparmış, öyrənmişdim ki, filmdə uydurulmuş, qeyri-adi, vizual dilin çatdırılması məsələsində rejissor Deni Vilnev çətinlik yaşayıb, bu məsələni həll etmək üçün alimlər Stiven və Kristofer Volframa (ata, oğul) müraciət edib. Kristofer qarşısında vəzifə qoyulmuşdu ki, uydurulmuş dili təhlil etsin, kodunu yazaraq saxta elmi böyük ekranda göstərsin. Yanvarın 31-də Kristofer LiveEdu.tv ilə translyasiya ilə dilin işləmə prosesini nümayiş etdirib. 

Bu hadisədən təsirlənən bir çox alim və filmin tamaşaçıları pərdə arxasında nələrin baş verməsi marağını boğa bilmədikləri üçün SlashFilm.com şirkəti Britaniyalı alim Stiven Volfram, aktyorlar Ceremi Renner, Emi Adamsın iştirakı ilə "Science vs Cinema: Arrival" sənədli filmini çəkməyi qərara alıblar. Filmdə yazıçı Ted Çan da çəkilib. Volfram çəkiliş meydançasına gəldikdə ciddi şəkildə yadplanetlilərlə əlaqə problemini təhlil etməyə başlayıb. Hesab edib ki, riyaziyyat heç də universal dil rolu üçün uyğun deyil. Mücərrəd hesab etdiyimiz riyaziyyatın böyük hissəsi bizim tariximiz və dünyanı dərk etməyimizlə sıx bağlıdır. Çətin ki, yadplanetlilər cədvəl və sxemlərimizi başa düşsünlər. Yadplanetlilərin dilində kodlar və şifrə açma diaqramları realmış kimi yaratmalıyıq. Beləliklə, nisbətən olsa da, filmdə nə baş verdiyini anlamış oldum. 

Daha sonra "Kitabsevərlər" qrupunda şair-tərcüməçi Səbuhi Şahmursoyun Çin əslli amerikalı fantast yazıçı Ted Çanın "Sənin həyat tarixçən" (1998) povestini ana dilimizdə tərcümə etməsi elanını gördükdə, əsəri artıq başqa millətlərin forumlarında, saytlarında deyil, məhz öz milli qrupumuzda müzakirə edəcəyimizin sevincini əvvəlcədən yaşadım (tərcüməçini ortaya gözəl bir iş qoyduğu üçün təbrik edirəm). 


Povestdə hadisələr iki süjet xətti üzərində inkişaf edir. Birində yadplanetlilərlə əlaqə yaratmaq üçün seçilmiş linqvist Luizanın fəaliyyəti, digərində vəfat etmiş qızının uşaqlığından çoxsaylı epizodları xatırlamaqdan söhbət gedir. Başlanğıcda bu iki xətt oxucuya bir-birindən ayrı, müstəqil görünür, ancaq mətn boyu irəlilədikcə, xətlər arası bağlılığı daha çox hiss edirik. Finalda isə gözlənilməz şəkildə xətlər birləşir, başqa bucaq altında çevrilir. Elə Ted Çanın özünün də dediyi kimi, "Həmişə hekayənin sonunu onu yazmağa başlamazdan əvvəl bilirəm. Hekayənin hara gətirib çıxaracağını bilmədən yazmağı yoxladım və bu, həqiqətən heç bir yerə gətirib çıxarmadı" (2002-ci il, müsahibəsindən).

"Sənin həyat tarixçən" povestinin ideyası linqivistikanın Sepir-Uorf fərziyyəsinə söykənir. 

Dilin tənzimləyici funksiyаsının insаnın həyаtındаkı rolu çox böyükdür; bu funksiyаnın rolunu dilin ünsiyyət və idrаk funksiyаlаrının rolu ilə müqayisə etmək olar. Lakin dilin tənzimləyici funksiyаsının insan həyаtındаkı rolunu dilin başqa funksiyaları hesаbınа yаxud insаnın idrаk fəаliyyətinin əhəmiyyətini аzаltmаq hesаbınа şişirtmək olmаz. Belə solа getmə xаrici dilçilikdə neohumboldtçuluq cərəyаnının və Sepir-Uorf fərziyyəsinin meydаnа gəlməsinə səbəb olub. 

Neohumboldtçulаr iddiа edirlər ki, insаnlаr mаddi аləmi yаlnız dil vаsitəsilə qаvrаyırlаr. Onlаr gerçəkliyin dərk edilməsində, qаvrаnılmаsındа şüurun rolunu düzgün bаşа düşmürlər. Sepir-Uorf fərziyyəsinə görə isə insаnlаrın dünyаgöruşü, dünyаyа bаxışı dil vаsitəsilə formаlаşır; gerçəkliyin eyni bir hаdisəsi müxtəlif dillərin nümаyəndələri tərəfindən müxtəlif şəkildə dərk edilir; müxtəlif dillərin nümаyəndələri dünyаnı müxtəlif şəkildə görür. 


Ted Çanın "Sənin həyat tarixçən" povestində məhz bu fakt qabardılıb, vaxt məfhumuna malik olmayan (səbəb və nəticə əlaqələrini təsvir etməyən) dildə eyni aydınlıqla həm keçmişi, həm də gələcəyi düşünmək mümkündür. Amma bu situasiyanı vaxt məfhumuna malik olan təbii dillərin köməyi ilə praktik olaraq təsvir etmək mümkün deyil. Nəticədə böyük, dolaşıq fikirlər yaranır.
 
Povestdən bu hissə dediyim fikri daha yaxşı izah edir: "Heptapod B"dən başım çıxmasına baxmayaraq yaxşı məlumumdur ki, bu reallığı əsl daşıyıcıları kimi dərk edə bilmərəm. Şüurum düzxətli dillərin formasına uyğunlaşıb və yadplanetli dil təsiri necə miqyaslı olur-olsun, formasını tamamilə dəyişə bilməz. Dünyagörüşüm insanla heptapod arasındakı keçiddədir. 

"Heptapod B"də düşünməyi öyrənənə qədər xatirələrin kiçik parıltıyla közərərək yaranan siqaret külü kimi böyüyür, indiki zamanın axan nöqtəsində qərar tutan şüurum canlanırdı. "Heptapod B"ni öyrənəndən sonra isə yeni xatirələrim hər biri bir il uzunluğundan olan nəhəng qutulara çevrilirdi, amma bunlar pərakəndə şəkildə pərakəndə yerlərə düşürdülər, yeni xatirələrim qarşıdakı əlli ili əhatə etməyə başlayırdı. Hazırki dövrün məxsusiliyi ondan ibarətdir ki, artıq "Heptapod B"ni onda sərbəst düşünəcək qədər yaxşı bilirdim, o Zınqırov və Cırcırama ilə söhbətimdən başlayıb, ölümümə qədər davam edirdi" [səh. 91-92]. 

Göründüyü kimi, təsvirdə təsəvvür nə qədər parlaq olsa da, qəhrəmanın düşüncə xüsusiyyətini hiss etmək üçün lazım olan görüntü kifayət etmir. Bu təəccüblü deyil, axı, elə dildə böyüdülmüşük ki, o dildə keçmiş, indiki zaman və gələcək zamanın qrammatika və leksikası müqayisə edilir. 

Yazıçı Ted Çan məni nəinki süjet ideyası ilə, eləcə də dərin psixoloji bilikləri ilə də təəccübləndirdi. Povestdə Luizanın vəfat etmiş qızı haqqında "tez-tez incəliklərinə qədər təkrarlanan yuxu görməsi" [səh. 81], yuxuda təsvir edilən yıxılma və sonrakı yuxularda dairəvi pilləkənlə yuxarı qalxmaq istəyini [səh. 82] oxuyuruq. Avstriya psixoloqu Alfred Adlerin yuxu izahlarına görə bu əlamətləri natamamlıq hissi və bu hissdən qurtulmanın (yüksəlmək istəyi) nəticəsi kimi görməliyik. Müəllifin individual psixologiyanı da gözəl bilməsi oxucunun nəzərdən qaçmır. Bütövlükdə yazıçı istəyinə nail ola bilib. Qurduğu hansısa fəlsəfi mətnaltı "Özün düşün" göndərməsi ilə qeyri-adi və dinamik povestində "bunu yalnız sonuna kimi oxuduqda başa düşəcəksən" , - demək istəyib.




"Kitabsevərlər" hərəkatı

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko

08.11.2017 | 00:51

Amontillado çəlləyi - Edqar Allan Ponun hekayəsi

07.11.2017 | 01:02

Əsl xoşbəxtlik - Tolstoy

06.11.2017 | 01:09

Şeytanın hiyləsi - Tolstoy