380x80 400x80

İctimai nəqliyyatda əsas problemlər hansılardır?

İnfrastruktur

12.01.2018 | 16:47 Oxunub: 71

“Yaxın 3-6 ay ərzində 700-dən çox nəqliyyat vasitəsi BNA-nın köməkliyi ilə nağdsız ödəniş sisteminə keçəcək”. 

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov marşrut daşıyıcıları ilə görüş zamanı bildirib. 

M.Abbasovun sözlərinə görə, 2018-ci ilin 6 ayı ərzində ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə keçilməlidir. 

"Bilirik ki, bəzi daşıyıcıların maddi problemləri var. Nağdsız ödəniş sisteminə keçilməsi üçün BNA bu daşıyıcılara da köməklik edəcək. Bundan başqa, bəzi daşıyıcılar sürücü çatışmazlığını da bəhanə edirlər. BNA bununla bağlı da həmin daşıyıcılara köməklik edəcək. Bildiyiniz kimi, BNA "D" kateqoriyalı sürücülük vəsiqəsi olan şəxslər üçün sürücü elanı verib. Bir çox insanlar var ki, "D" kateqoriyalı sürücülük vəsiqəsi olduğu halda işsizdir. Biz onları da sürücü-təlim bazasına cəlb edəcəyik. Daşıyıcılar sürücülərin iş saatı ilə bağlı işlərə də mütləq baxmalıdır", - deyə M.Abbasov vurğulayıb. 

Qurum rəsmisi BNA-nın tələblərinə cavab verməyən daşıyıcı ilə bağlı tədbir görüləcəyini bildirib:

"Dəfələrlə demişik ki, sürücülər işə götürülərkən tibbi arayış olmalıdır, ASAN xidmətdən məhkumluğunun olub-olmaması haqqında arayışı gətirməlidir, nəqliyyat vasitələri əsaslı təmir olunmalıdır, sürücülər işə götürülərkən sürücü təlim mərkəzindən təlimdən keçməlidir. Artıq son günlər baş verən yol qəzaları bizi məcbur edir ki, müəyyən tədbirlər həyata keçirək. Hansı daşıyıcı BNA-nın tələblərinə cavab verməsə, həmin daşıyıcı ilə BNA arasında bağlanmış müqaviləyə xitam veriləcək". 

M.Abbasovun onu da vurğulayıb ki, Bakıda texniki baxımdan istismara yararlı avtobusların sayı azdır və ehtiyat avtobusların da olmaması əsas problemlərdən biridir.




İnfrastruktur

12.01.2018 | 16:47

İctimai nəqliyyatda əsas problemlər hansılardır?

28.12.2017 | 10:51Metronun daha bir stansiyası bağlanır
11.12.2017 | 22:55700 avtobus kart sisteminə keçəcək
16.11.2017 | 10:43“Dəmir yolu ilə daşınmaların tarifi çox yüksəkdir”
03.11.2017 | 10:40

BTQ ilə yola salınan ilk qatar Qarsa çatdı

30.10.2017 | 18:31

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk qatar yola salındı

24.10.2017 | 11:36"Təzəpir"in qarşısında 360 yerlik dayanacaq tikiləcək
13.10.2017 | 17:27Havanın pisləşməsi mobil şəbəkəyə təsir edir?
24.09.2017 | 22:39

Sənədsiz evlər problemi necə həll edilə bilər?

20.09.2017 | 19:41

Bakı metropolitenində “Wi-Fi” olacaq?

29.08.2017 | 22:45Ələt-Astara yolunun əsas hissəsi istifadəyə hazırdır
29.08.2017 | 11:11Azərbaycan göndərilən spam sayına görə 70-ci yerdədir
25.08.2017 | 22:22Su anbarlarında seysmiklik problemləri tədqiq ediləcək