380x80 400x80

Seyid Camal 2017-ci ilin dini mühitini dəyərləndirdi

Din

25.12.2017 | 11:53 Oxunub: 89

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli 2017-ci ildə ölkənin dini mühitində baş verən mühüm hadisələri dəyərləndirib. 

Parafraz-ın məlumatına görə, o qeyd edib ki, ən yadda qalan hadisələrdən biri prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi olub: 

“Müasir dövrümüzdə İslam dünyasının dini müstəvidə birlik və bərabərliyə ehtiyac olduğu qədər müsəlman dövlətlərinin də mənəvi cəhətdən həmrəyliyinə daha çox zərurət yaranmışdır. Belə bir həssas məqamda dövlət başçısı tərəfindən 2017-ci il “İslam Həmrəyliyi ili” elan olunması tarixi uğur kimi qiymətləndirilməlidir. Ölkəmizdə tarixən mövcud olan İslam həmrəyliyinin dövlət tərəfindən mühafizə olunması bütövlükdə dünya müsəlmanlarının birlik və bərabərliyinə səslənən uğurlu bir nümunə oldu. İstər inkişaf etməkdə olan, istərsə də dünyanın bir çox aparıcı ölkələrində konfessiyalararası münasibətlərin kəskinləşdiyi, islamafob meyllərin artdığı bir vaxtda Azərbaycan İslam dünyasının bir parçası olaraq bunun əksini sübut etdi. Ölkədəki dinlərarası, məzhəblərarası, eləcə də xalqlararası mehribanlığın, birgə yaşayışın mümkün olması nümunəsini bir daha ortaya qoydu”.

C.Əzimbəyli qeyd edib ki, bu il Bakıda IV İslam Həmrəyliyi oyunlarının keçirilməsi də Azərbaycan dövlətinin və xalqının növbəti uğuru kimi yaddaşlarda qalıb: 

“Müxtəlif adda və istiqamətlərdə keçirilən beynəlxalq konfranslarda Azərbaycanın tolerant siyasəti geniş şəkildə təbliğ olundu. Bu günlərdə Bakının ev sahibliyi etdiyi “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” adlı beynəlxalq konfransla Azərbaycan dövləti növbəti dəfə bütün dünyaya sülh və həmrəylik çağırışını etdi”. 

Şərqşünas, 2017-ci ildə dini mühitdə maarifləndirmə işinin daha uğurla planlı şəkildə həyata keçirildiyini vurğulayıb. 

C.Əzimbəylinin sözlərinə görə, il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkə boyunca milli və mənəvi dəyərlərin təbliği ilə bağlı ardıcıl səmərəli tədbirlər keçirilib:
 
“Xüsusilə, bu maarifləndirmə tədbirləri radikal dini cərəyanlara qoşulanların qarşısının alınmasına uğurlu zəmin yaratdı. Burada önəmli məqamlardan biri də komitə tərəfindən ərsəyə gələn “Fitnə” və “Şəhadət” filmləridir. Bu sənədli filmlərdə milli vətənpərvərlik ruhunun təbliğ olunması, o cümlədən radikal dini cərəyanlara qoşulan bir qrup gənclərin acı sonluğu öz əksini tapıb.

Ölkədə maarifləndirmə işinin təşkilində komitə tərəfindən nəşr olunan dini ədəbiyyatın, mətbu nümunələrin və yayımlanan televiziya verilişlərinin də ayrıca rolu var. Xüsusilə, bu il prezident tərəfindən Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında imzaladığı fərman dövlətin mənəvi dəyərlərin həqiqi təəsübkeşi olduğunu bir daha sübut etdi. Həmçinin dövlət başçısı tərəfindən dini icmalara maliyyə yardımının ayrılması onları xarici qüvvələrin təsir dairəsindən uzaqlaşdırdı və maarifləndirmə işinə təkan verdi.

Onu da qeyd edim ki, bu il də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi ilə birgə gördüyü işlər dini mühitə öz müsbət təsirini göstərdi”.

C.Əzimbəyli əlavə edib ki, 2017-ci il maarifləndirmə tədbirləri ilə yanaşı, din adı altında pərdələnmiş radikal dini qrupların zərərsizləşdirilməsi istiqamətində də hüquq-mühafizə orqanlarının uğurlu addımlarının şahidi olduq: 

“Dövlət Təhlükəsizlik Xidmətinin radikal təkfirçi qrupların vaxtında zərərsizləşdirilməsi istiqamətində keçirdikləri uğurlu əməliyyatları da ayrıca qeyd etmək istəyirəm. Bu da onu göstərir ki, istər ideoloji, istərsə də güc strukturları tərəfindən Azərbaycan dövlətinin milli maraqları hər an yüksək peşəkarlıqla müdafiə olunur”.




Din

28.12.2017 | 13:44

Həcc ziyarətinin qiymətlərində artım gözlənilir

25.12.2017 | 11:53Seyid Camal 2017-ci ilin dini mühitini dəyərləndirdi
21.12.2017 | 14:47

Dini Komitədən “ordu qəbiristanlığı” açıqlaması

30.11.2017 | 13:22

Mübariz Qurbanlı: “Məzar yerləri pulsuz veriləcək”

23.10.2017 | 19:42

Uşaqların dini mərasimlərə aparılması qadağan edilir

04.10.2017 | 14:32"İslam həmrəyliyi birliyimizin ən ali təcəssümü kimi təqdir olunmalıdır"
02.10.2017 | 12:38"Övladlarımızı yad düşüncələrdən qorumaq hər birimizin şərəf işi olmalıdır"
01.10.2017 | 09:11

Bu gün Aşuradır

25.09.2017 | 10:46

“Yeni Üfüq” Qubada - Fotolar

22.09.2017 | 09:53

Məhərrəm ayı başladı

21.09.2017 | 12:51

"İslam həmrəyliyinin qorunması sabitliyin zəmanətidir" - Fotolar

19.09.2017 | 11:23

2 nəfəri eyni qəbirdə basdırmağa icazə var

14.09.2017 | 20:10

Mübariz Qurbanlı və Allahşükür Paşazadə arasında fikir ayrılığı

29.08.2017 | 18:19Şeyxdən bayram təbriki
29.08.2017 | 12:44Məhərrəm ayının vaxtı bəlli oldu
28.08.2017 | 10:34“İslam ensiklopediyası” ilin sonunda çap olunacaq