380x80 400x80

2018-ci ilin dövlət büdcəsi qəbul edildi

Iqtisadiyyat

01.12.2017 | 20:45 Oxunub: 107

"2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndirdiyi təkliflər hökumət tərəfindən ilkin təhlil edilib".
 
Bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.
 
Onun sözlərinə görə, millət vəkillərinin təkliflərinə uyğun olaraq bəzi tədbirlər üzrə xərclər üçün tələb olunan maliyyə təminatını yaratmaq məsələsi nəzərdən keçirilib və bəzi istiqamətlər üzrə xərclər artırılıb.
 
"Dəyişikliklərin ediləcəyi təqdirdə 2018-ci ilin dövlət büdcəsinin xərcləri ilkin proqnoza nisbətən 141,5 milyon manat artırılaraq 21 milyard 47 milyon manata çatdırılıb. 

Bununla əlaqədar 2018-ci ilin dövlət büdcəsinin kəsiri ilkin proqnoza nisbətən müvafiq olaraq 141,3 milyon manat artırılaraq 920 milyon manata çatdırılır. Bu da cari il ilə müqayisədə 255 milyon manat və yaxud 21,7% azdır. Bu zaman büdcə kəsiri ÜDM-in 1,3%-nə bərabər olmaqla cari il ilə müqayisədə 0,4 faiz-bənd azalacaq. İcmal büdcənin gəlirləri ilkin proqnoza nisbətən 883 milyon manat və ya cari il ilə müqayisədə 1 milyard 29 milyon manat çox, xərcləri isə ilkin proqnoza nisbətən 1 milyard 737 milyon manat və ya cari il ilə müqayisədə 5 milyard 633 milyon manat az proqnozlaşdırılır. 

İcmal büdcənin kəsiri 831 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da cari il üçün təsdiq olunmuş büdcə kəsiri ilə müqayisədə 6 milyard 761 milyon manat və ya 89% azdır. Növbəti il üçün icmal büdcənin kəsiri ÜDM-in 1,2% səviyyəsində proqnozlaşdırılır", - deyə nazir vurğulayıb. 
 
Nazir əlavə edib ki, 2018-ci ilin dövlət büdcəsinə edilən artımlar Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsində də artımlara gətirib çıxaracaq. Onun sözlərinə görə, bu məqsəd üçün tələb olunan vəsait dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Muxtar Respublikaya nəzərdə tutulan dotasiyanın artırılması hesabına təmin ediləcək.
 
Layihə səsə qoyularaq qəbul edilib. 




Iqtisadiyyat

25.12.2017 | 09:48Oğuzda biznes ideyaları təbliğ olundu
05.12.2017 | 20:47

Qəzet kağızı gömrük rüsumundan tam azad edildi

01.12.2017 | 20:45

2018-ci ilin dövlət büdcəsi qəbul edildi

23.11.2017 | 19:48

Bir manat dəmir pulla əvəz olunacaq

23.11.2017 | 11:56Beynəlxalq Bank gələn il özəlləşdiriləcək
07.11.2017 | 12:40Parlament komitələri büdcə zərfini müzakirə edir
07.11.2017 | 11:39

Nazir: “Manata inam artır”

01.11.2017 | 17:12Rusiyada halal kriptovalyuta yaradılır
31.10.2017 | 11:51

“Manat ilin sonunadək bahalaşa bilər”

31.10.2017 | 10:17Masallıda bələdiyyələrə təlim keçildi
24.10.2017 | 18:24Gələn ilin yaşayış minimumu və ehtiyac meyarı açıqlandı
06.10.2017 | 10:44"Devalvasiya əhali ilə kredit təşkilatlarını üz-üzə qoydu"
29.09.2017 | 11:39“Araz” və “Favorit" supermarketləri birləşir
25.09.2017 | 15:253 rayonda “İqtisadi maarifləndirmə” aparıldı
19.09.2017 | 09:55Mərkəzi Bank: "Kredit aktivliyi bərpa olunmayıb"
15.09.2017 | 11:08Telman İsmayılovun oğlunun avtomobilinə həbs qoyuldu
10.09.2017 | 00:50Naftalan neftinin qiyməti dövlət tərəfindən tənzimlənəcək
01.09.2017 | 17:02

"Buta Airways” ilk reysini həyata keçirdi

28.08.2017 | 17:55Bayram günlərində banklar gücləndirilmiş rejimdə işləyəcək
18.08.2017 | 16:50Aqrar sektorun inkişafına dövlət dəstəyi davam edir
16.08.2017 | 18:28

Tütünçülüyün inkişafında yeni mərhələ: Azərbaycanın qazancı nə olacaq?

16.08.2017 | 16:34

Tütünçülüyün inkişafında yeni mərhələ: qazanc nə olacaq?

14.08.2017 | 23:23Naftalan neftinin qiymətini dövlət tənzimləyəcək